Icma.az
close
up
RU
Yaşlı nəslin sosial həyatdan uzaqlaşması problemdirmi? AYDINLIQ GƏTİRİLDİ

Yaşlı nəslin sosial həyatdan uzaqlaşması problemdirmi? AYDINLIQ GƏTİRİLDİ

Icma.az, Sia Az saytına istinadən bildirir.

"Cəmiyyətdə nəsillərarası konflikt həmişə olub. Atalar-oğullar məsələsi elə bizim elmdən əvvəl də olub, orta əsrlər dövründə də olub, müasir dövrdə də var və olacaq". Bu barədə SİA-ya açıqlamasında sosioloq Üzeyir Şəfiyev deyib.

Onun sözlərinə görə, bu, nəsillərarası, yəni generasiya – yaş generasiyaları arasında olan uyğunsuzluqlar fonundadır: "Bir tərəfdən yaşlı nəsil – ağıl nəsli, mühafizəkar, konservativ olub, konservativ dəyərlərə bağlı bir nəsildir. Digər tərəfdən isə kreativ, innovativ düşüncəli, yeniliyə açıq, pasiyonar, emosional gənclik var. Bu baxımdan həmişə nəsillərarası savaş olub.

Əlbəttə ki, burada hər nəslin – həm yaşlıların, həm gənclərin – öz həqiqətləri var və şübhəsiz ki, son dövrlər Azərbaycanda arxetiplərimiz olan ağsaqqal və ağbirçək arxetiplərinin funksionallığı bir qədər azalıb, zəifləyib. Bu da daha çox texnologiyanın təsiri, cəmiyyətdə düşüncə transformasiyası ilə bağlıdır və bu, cəmiyyətdə bəzi problemlər yarada bilir.

Ona görə də zəruridir ki, nəsillərarası körpü qorunsun – uşaq, yeniyetmə, gənc, orta nəsil, yaşlı nəsil arasında bu körpü itməməlidir. Bu ənənəvi yanaşmanı sosial varisliklə gələcək nəsillərə ötürmək lazımdır.

Çünki bizim cəmiyyətimizin özünəməxsusluğu məhz arxetiplərimiz olan aqsaqqal və ağbirçəklərə hörmət və sayqı ilə bağlıdır. Bizim düşüncəmizdə, arxetiplərimizdə belə bir yanaşma var: imansız yerdə otur, ağsaqqalsız yerdə oturma. Bunu biz qorumaq məcburiyyətindəyik.

Tarixən Azərbaycan cəmiyyəti ağsaqqal və ağbirçəklərə hörmət göstərib. Onların funksionallığının zəifləməsi cəmiyyətdə sosial anomaliyalara yol aça bilir. Məsələn, ailələrdə böhranlar yarana bilir, gənc ailələr böhran anında çıxış yolu tapa bilməyib boşanmağa üstünlük verirlər. Halbuki əvvəllər ağsaqqal və ağbirçəklərin yumşaq müdaxiləsi ilə bu böhranlar tənzimlənirdi, ailə dayanıqlığı təmin olunurdu.

Son vaxtlar sosial mediada süni intellekt vasitəsilə ağsaqqal və ağbirçəklərin gözdən salınması, onlara qeyri-ciddi yanaşma hallarına rast gəlinir. Hüquq-mühafizə orqanları da bununla bağlı tədbirlər görür. Unutmayaq ki, süni intellekt və digər internet resursları ilə belə hüquqazidd və əxlaqazidd əməllər hüquqi məsuliyyət yaradır.

Azərbaycanda təsadüfi deyil ki, 19 mart 2025-ci ildə cənab Prezident süni intellektlə bağlı milli strategiyanı təsdiqlədi. Bu strategiyada qeyd olunur ki, süni intellektdən istifadə zamanı etik çərçivələr gözlənilməli, təhlükəsizlik təhdidlərinə qarşı ehtiyatlı davranılmalı və hüquqi məsuliyyət nəzərə alınmalıdır".

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:183
embedMənbə:https://sia.az
archiveBu xəbər 29 Avqust 2025 15:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see326

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see305

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see290

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see267

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see263

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see259

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see251

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see244

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see237

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see231

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see222

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see222

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see222

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see212

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see206

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see204

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see200

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see193

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see184

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri