Icma.az
close
up
RU
Sosial şəbəkələrdə ianə toplayanlarla bağlı XƏBƏRDARLIQ

Sosial şəbəkələrdə ianə toplayanlarla bağlı XƏBƏRDARLIQ

Icma.az, Bizim media saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Ağır xəstəlikdən əziyyət çəkən şəxslər üçün ianə kampaniyalarına demək olar ki, hər gün rast gəlinir. Bir çox hallarda vətəndaşlar qısa müddətdə böyük məbləğlər toplayaraq insanların müalicəsinə dəstək olur. Lakin bəzi kampaniyalarla bağlı saxtakarlıq iddiaları, köhnə görüntülərin yenidən paylaşılması və toplanan vəsaitin taleyi barədə suallar da gündəmə gəlir.
Bəs sosial şəbəkələr üzərindən fərdi qaydada ianə toplamağın hüquqi statusu nədir? Bu ianələrin reallığına necə inanaq? Vətəndaşlar yardım etməzdən əvvəl hansı məqamlara diqqət etməlidir?
Mövzu ilə bağlı Bizim.Media-ya danışan hüquqşünas Elnur Məmmədovun sözlərinə görə, bu kampaniyaların bir hissəsi həqiqi ehtiyacdan qaynaqlansa da, saxta ianə toplama halları da mövcuddur:
“Vətəndaşlar belə müraciətlərə hüquqi və faktiki baxımdan ehtiyatla yanaşmalıdırlar. İlk növbədə fiziki şəxsin digər fiziki şəxsə könüllü şəkildə pul köçürməsi, qanunvericiliyin tələblərini pozmursa və cinayət yolu ilə əldə edilmiş vəsaitlərin leqallaşdırılması və ya digər qanunsuz məqsədlərlə əlaqəli deyilsə, hüquqi baxımdan qadağan olunmuş əməl hesab edilmir. Belə köçürmələr mahiyyət etibarilə könüllü maddi yardım və ya bağışlama xarakteri daşıyır.
Lakin hüquqi cəhətdən vətəndaşın pul köçürməsi həmin kampaniyanın həqiqiliyinə dövlət təminatı vermir. Sosial şəbəkədə yayılan foto, video və tibbi sənədlərin həqiqiliyi əvvəlcədən yoxlanılmadığı üçün yalnız emosional çağırışlara əsaslanaraq qərar vermək risklidir.
İnsanlar yardım etməzdən əvvəl mümkün qədər lazımlı məqamları yoxlamalıdırlar:
- xəstəliyi təsdiq edən tibbi sənədlərin mövcudluğu və aktuallığı;
- müalicənin aparıldığı tibb müəssisəsi barədə məlumat;
- ianənin hansı məqsəd üçün toplandığının aydın göstərilməsi;
- vəsaitin hara köçürüldüyü və hesabatlılığın təmin olunması;
- kampaniyanın etibarlı ictimai birlik, xeyriyyə təşkilatı və ya fond vasitəsilə aparılıb-aparılmaması”.
Hüquqşünas bildirir ki, Azərbaycanda bu sahədə sosial və humanitar yardım göstərən müxtəlif fondlar, ictimai birliklər və xeyriyyə təşkilatları fəaliyyət göstərir:
“Belə təşkilatlar adətən müraciət edən şəxsin sənədlərini yoxlayır, ehtiyacın real olub-olmadığını araşdırır və yardım prosesinə müəyyən nəzarət mexanizmləri tətbiq edirlər. Buna baxmayaraq, bütün ehtiyac sahibləri müxtəlif səbəblərdən həmin qurumlara müraciət etmir. Bəzən yardımın təcili olması, fondların imkanlarının məhdudluğu, müraciət prosedurlarının vaxt aparması və ya insanların qısa zamanda daha geniş auditoriyaya çatmaq istəyi sosial şəbəkələrə üz tutulmasına səbəb olur.
Şəxs bilərəkdən yalan məlumat yaymaqla, saxta tibbi sənədlər təqdim etməklə və ya aldatma yolu ilə insanlardan pul toplayırsa, bu artıq hüquqi məsuliyyət yarada bilər. Belə hallarda əməlindən və nəticəsindən asılı olaraq həmin şəxs Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq mülki-hüquqi məsuliyyət daşıya, habelə dələduzluq və ya digər hüquq pozuntularına görə inzibati və ya cinayət məsuliyyətinə cəlb oluna bilər. Bundan əlavə, zərərçəkmiş şəxslər vurulmuş maddi ziyanın ödənilməsini də məhkəmə qaydasında tələb etmək hüququna malikdirlər”.
Elnur Məmmədov vətəndaşlara tövsiyə edib ki, humanist yanaşmanı qorumaqla yanaşı, hüquqi ehtiyatlılığı da əldən verməsinlər.
“Yardım etmək nəcib addımdır, lakin ianə qərarı mümkün qədər yoxlanılmış məlumatlara əsaslanmalıdır. Xüsusilə böyük məbləğlər köçürülərkən kampaniyanın etibarlılığı araşdırılmalı, imkan daxilində tanınmış və şəffaf fəaliyyət göstərən xeyriyyə təşkilatları və ya fondlar vasitəsilə yardım göstərilməsinə üstünlük verilməlidir. Sosial şəbəkələrdə yayılan bütün yardım kampaniyalarını saxta hesab etmək doğru olmadığı kimi, onların hamısını qeyd-şərtsiz etibarlı qəbul etmək də düzgün yanaşma deyil” - o, qeyd edib.
Xədicə Paşayeva, Bizim.Media

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:89
embedMənbə:https://bizim.media
archiveBu xəbər 06 İyul 2026 09:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see319

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see310

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

19 Noyabr 2026 00:18see307

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see298

Cəmi 1 saata 3 növ xərçəngi aşkar edən metod

18 Noyabr 2026 19:49see289

Azərbaycanda qızıl 15 faizə qədər ucuzlaşa bilər

18 Noyabr 2026 21:21see277

Tarixi körpüdən strateji tərəfdaşlığa: Azərbaycan və Vyetnamı iqtisadi uğura aparan ortaq yollar

18 Noyabr 2026 21:07see265

Bakının 27 istiqamətində tıxac VAR Foto

18 Noyabr 2026 19:16see258

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

19 Noyabr 2026 19:51see256

Altı vəkil Kollegiyadan xaric olunub, 27 si cərimələnib

18 Noyabr 2026 20:00see250

Bu qədər “xiyar” bir arada Yeni dünya rekordu+Fotolar

19 Noyabr 2026 00:23see247

Slovakiyalı basketbolçu: “Məncə, Bakıda bizim azarkeşlərimiz daha çox idi”

19 Noyabr 2026 01:24see242

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see240

Hövsanda dəniz qəhvəyi rəngə boyandı Xəzəri kim çirkləndirir? Foto/video

19 Noyabr 2026 14:04see233

C vitaminini necə qəbul etmək lazımdır? Həkimdən məsləhət

19 Noyabr 2026 09:27see220

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see213

Bəxtiyar Aslanbəyli: AÇG də sərbəst qaz layihəsi üzrə işlər qrafikə və büdcəyə uyğun aparılır

19 Noyabr 2026 15:22see211

İstehlakçıları hansı hallarda aldadırlar? 41 protokol tərtib edilib

19 Noyabr 2026 17:17see206

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see197

Xərçəngə səbəb olan qidalar Siyahı yeniləndi

19 Noyabr 2026 18:59see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri