Icma.az
close
up
RU
Sosial şəbəkələrdə ideal həyat: mənfi təsirləri nələrdir?

Sosial şəbəkələrdə ideal həyat: mənfi təsirləri nələrdir?

Xalqcebhesi portalından alınan məlumata görə, Icma.az xəbər verir.

İnternetin cəmiyyət həyatına müsbət təsiri ilə yanaşı, mənfi təsirləri də var. Xüsusən də son zamanlar sosial şəbəkələrdə sanki nağıllar aləmindəyik kimi görüntü yaradan şəxslər insanların həyatına təsir edir. Belə ki, sosial şəbəkələrdə bəzi blogerlər, influenserlər tərəfindən lüks həyat görüntüləri nümayiş olunur. Bir növ bəzi insanların həyatlarının yalnız ən yaxşı tərəfləri göstərilir. Bu isə insanlarda, xüsusən də gənclərdə özünə inamın azalması, yetərsizlik və s. kimi halların yaranmasına gətirib çıxara bilir. Gördüyü ideal görüntünü yaşaya bilməyən insanlarda bir müddət sonra depressiv hallar da yarana bilir.
Psixoterapevt və sosioloqlar nümayiş olunan bu ideal həyatın insanlara, xüsusilə də gənclərə təsirləri və bununla mübarizə haqqında “Xalq Cəbhəsi”nə danışıblar.
“Övladlarımızı körpəlikdən adekvatlığa öyrətməliyik”
Həkim-psixoterapevt Elmir Əkbər bunun çox ağrılı məsələ olduğunu vurğulayıb: “Burada o qədər gizli təhlükə var ki. Bu, cəmiyyəti içindən çürüdən mənfi bir tendensiyadır. Onlar çox vaxt heç həyatlarının gözəl tərəflərini də göstərmirlər. Onların göstərdikləri saxta bir görüntüdür, o, onların əsl həyatları deyil, yalançı görüntüdür. Bəziləri varlı sponsor tapıb onun sayəsində yalançı təəssürat yaradırlar ki, guya bunlar nələrsə əldə edib. Amma ən böyük zərbə odur ki, bununla gənclərə hansı mesaj ötürülür? Yəni burada həmin o uğurun, dırnaqarası xoşbəxtliyin arxasında nə durur? Hansı təhsil? Hansı zəhmət? Axı, normal həyat adekvatlıqdır. Biz övladlarımızı körpəlikdən, uşaqlıqdan adekvatlığa öyrətməliyik. Real dünya hansı qanunla işləyir biz uşaqları da, yeniyetmələri də, ümumən, cəmiyyəti buna hazırlamalıyıq. Bunu da deyim ki, bax, bu yanlış ideyalar, fikirlər də hamısı sosial şəbəkələrdən, pullu verilişlərdən qaynaqlanan, təbliğ olunan, təhsilsiz, saxta dırnaqarası psixoloqların təbliğatının nəticəsidir. Bu da vacib məsələdir”.
E.Əkbər bildirib ki, bu, gəncləri özlərinə əmtəə kimi yanaşmağa səsləyir: “Məsələn, bir gənc qız baxır, görür ki, kimsə nağıllarda, xəyallarda ola biləcək xoşbəxt bir həyatı göstərir. Bəs o həyata necə nail olub? Zəhmətinin, təhsilinin sayəsindəmi? ən yaxşı halda təlxəklik sayəsində nail olub”.
“Bağıranlar həqiqi xoşbəxt adamlar deyil”
Psixoterapevtin sözlərinə görə, xoşbəxtlik heç zaman çığırmır, bağırmır, haylı-küylü olmur: “Xoşbəxtlikdə bir hüzur, sakitlik, alicənablıq, kübarlıq var, həyasızlıq yoxdur. Çığıranlar, bağıranlar həqiqi xoşbəxt adamlar deyil. Mənə təsir edən odur ki, gənclərin alternativ seçimi yoxdur, nümunə necə olmalıdır onu bilmirlər. Mən hər zaman valideynlərə deyirəm ki, onlar özləri bu missiyanı çiyinlərinə almalıdırlar, övladlarını iyrənclikdən, çirkabdan qoruya, düzgün böyüdə bilsinlər. Xoşbəxtliyindən dəm vuran, saxta şüşə kimi brilyant, almaz rolu oynayan gündəmi zəbt etmiş məşhurlar, əslində, nə qədər cılız, aciz, boş biridirlər və orada xoşbəxtliyin heç əsər-əlaməti də yoxdur. Hamı qışqırır, düzgün yolun göstəricisi olduğunu deyir, amma mahiyyətinə varanda görürsünüz ki, o da əyriliyin bir başqa növüdür. Zərrə qədər ağlı olan insanlar ancaq özünü aldatmaqla bu həyatdan tutub yaşaya bilir. Başını yastığa qoyanda o, övladının sabahını düşünməkdən qorxur, baş verən bu tendensiyaların onun övladına olan təsirini etiraf etməkdən qorxur”.
“İnsanlar özlərini başqaları ilə müqayisə etməyə meyillidirlər”
Araşdırmaçı ekspert Məhbubə Mehdiyeva deyib ki, sosial şəbəkələrdə blogerlər və influenserlər tərəfindən təqdim olunan “ideal həyat” obrazı son illərdə təkcə sosial deyil, həm də psixoloji və ictimai bir fenomen kimi tədqim olunur: “Dünya təcrübəsi göstərir ki, insanların həyatlarının yalnız uğurlu və parlaq tərəflərinin nümayiş etdirilməsi auditoriyanın, xüsusilə də yeniyetmə və gənclərin dünyagörüşünə, özünüqiymətləndirməsinə və davranışlarına ciddi təsir göstərə bilir. İnsanlar təbii olaraq özlərini başqaları ilə müqayisə etməyə meyillidirlər. Lakin sosial şəbəkələrdə müqayisə obyektləri əksər hallarda reallığın tam mənzərəsini deyil, onun xüsusi seçilmiş hissəsini təqdim edir. Nəticədə insan öz adi həyatını başqalarının idealizə edilmiş həyatı ilə müqayisə edir və bu müqayisə çox vaxt onun zərərinə işləyir”.
“Sosial şəbəkələrin təsiri yalnız psixoloji sahə ilə məhdudlaşmır”
M.Mehdiyeva söyləyib ki, ABŞ, Böyük Britaniya, Kanada və Avstraliyada aparılmış müxtəlif araşdırmalar göstərir ki, sosial şəbəkələrdə ideal həyat tərzini əks etdirən məzmunların intensiv izlənilməsi gənclərdə narazılıq hissinin, özünəinam problemlərinin, narahatlıq və depressiv simptomların artması ilə əlaqələndirilir: “Xüsusilə yeniyetməlik dövründə şəxsiyyət formalaşdığı üçün gənclər xarici təsirlərə daha həssas olurlar. Bu səbəbdən onlar sosial mediada gördükləri standartları real həyat norması kimi qəbul edə bilirlər. Akademik ədəbiyyatda “Fear of Missing Out” (FOMO) adlandırılan fenomen də bu kontekstdə xüsusi diqqət çəkir. Bu anlayış insanın başqalarının daha maraqlı, daha uğurlu və daha xoşbəxt həyat yaşadığı düşüncəsi ilə özünü kənarda qalmış hiss etməsini ifadə edir. Davamlı olaraq bu hissi yaşayan şəxslərdə stress səviyyəsinin yüksəlməsi, həyat məmnuniyyətinin azalması və emosional yorğunluğun artması müşahidə olunur. Sosial şəbəkələrin təsiri yalnız psixoloji sahə ilə məhdudlaşmır. Onlar davranış modellərinin formalaşmasına da təsir göstərirlər. Ümumdünya Səhiyyə Təşkilatı və bir sıra beynəlxalq tədqiqat institutlarının hesabatlarında qeyd olunur ki, sosial mediada məşhur şəxslər tərəfindən nümayiş etdirilən davranışlar gənclərin seçimlərinə birbaşa və ya dolayı yolla təsir edə bilir. Bu, xüsusilə zərərli vərdişlər kontekstində daha həssas məsələdir”.
“Riskli davranışlar əyləncəli həyat tərzinin elementi kimi təqdim olunur”
Onun sözlərinə görə, bəzi hallarda alkoqol istifadəsi, elektron siqaretlər, qəlyan və digər riskli davranışlar əyləncəli həyat tərzinin elementi kimi təqdim olunur: “Gənclər isə sosial öyrənmə mexanizmi vasitəsilə bu davranışları təqlid etməyə meyilli olurlar. Sosial öyrənmə nəzəriyyəsinin müəllifi göstərirdi ki, insanlar yalnız öz təcrübələrindən deyil, müşahidə etdikləri nümunələrdən də öyrənirlər. Əgər nüfuz sahibi hesab edilən şəxslər müəyyən davranışları cəlbedici formada təqdim edirlərsə, həmin davranışların təkrarlanma ehtimalı artır. Dünya təcrübəsində bu risklərin azaldılması üçün müxtəlif tədbirlər görülür. Məsələn, bəzi Avropa ölkələrində reklam xarakterli paylaşımların xüsusi işarələrlə qeyd olunması tələb edilir. Bir sıra ölkələrdə isə uşaqlar və yeniyetmələr üçün media savadlılığı proqramları məktəb kurikulumlarına daxil edilib. Məqsəd gənclərin gördükləri məlumatları tənqidi şəkildə təhlil etmələrinə, manipulyativ məzmunu ayırd etmələrinə və sosial mediada təqdim olunan obrazlarla reallıq arasındakı fərqi anlamalarına kömək etməkdir”.
“Sosial şəbəkələrdə görüntülər həyatın tam mənzərəsi deyil”
Ekspertin fikrincə, müasir dövrdə rəqəmsal savadlılıq ən azı ənənəvi savadlılıq qədər vacibdir: “Gənclər anlamalıdırlar ki, sosial şəbəkələrdə gördükləri görüntülər həyatın tam mənzərəsi deyil. Hər bir uğurun arxasında görünməyən zəhmət, çətinlik və bəzən uğursuzluqlar dayanır. Eyni zamanda, zərərli vərdişlərin hər hansı formada normallaşdırılması və ya cəlbedici təqdim olunması ictimai sağlamlıq baxımından ciddi risk yaradır. Sağlam cəmiyyət formalaşdırmaq üçün gənclərə yalnız təhlükələri izah etmək kifayət deyil. Onlarda tənqidi düşüncə, emosional dayanıqlılıq, media savadlılığı və sağlam həyat tərzi vərdişləri inkişaf etdirilməlidir. Çünki rəqəmsal dövrdə insanın özünü qorumasının ən effektiv yolu informasiyanı düzgün qiymətləndirmək və gördüyü hər görüntünü reallıq kimi qəbul etməməkdir”.
“Hər kəs öz üzərində işləsə bu fəsadların qarşısını almaq olar”
Sosioloq Mail Yaqub bildirib ki, təəssüflər olsun ki, sosial şəbəkələrin yaratdığı fəsadlardan biri də budur: kim hansı formada həyat tərzi sürürsə, çəkib göstərir: “Bu, yeniyetmələrdə, gənclərdə, ümumiyyətlə, insanlarda müqayisə problemi yaradır. Psixoloqlar deyir ki, insanlar öz həyatlarını həmin o ideal görünən həyatlarla müqayisə edəndə özlərində naratlıq yaranır, həyatlarından narazı olurlar, məmnunluq hissi ölür, həyatları acıya dönüşür. Təcrübə göstərir ki, sosial şəbəkələrdə bəzi insanların anormal hərəkətlərinin qarşısını almaq çox çətindir. Hətta hüquqi mexanizmlə də bunun qarşısını almaq olmur. Yəni nə qədər qadağalar qoysaq da, yenə də bəzi insanlar bunu edirlər. Yeganə yol ona qalır ki, hər bir insan özü-özünü kontrola alsın, özü başa düşsün ki, həmin o insanların həyatını izləyib, narahatlıq yaşamaq absurddur, mənasızdır. Biz onların həyatlarını o cür ideal qəbul etməyək, düşünməyək ki, onlar xoşbəxtdir. Xeyr, bəzi insanlar özlərini yalandan xoşbəxt göstərirlər. Əlimizdə olana şükr etməyi bacaraq. Hər kəs öz üzərində işləsə məncə bu fəsadların qarşısını almaq olar”.

Röya İsrafilova

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:144
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 03 İyun 2026 23:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see372

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see368

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see345

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see340

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see339

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see305

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see297

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see274

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see272

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see251

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see245

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see229

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see213

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see210

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see203

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see203

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see201

Второй день мероприятий OBS Global в ОАЭ

25 Oktyabr 2026 00:17see179

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see173

Anamla atam ailə qurmağımı istəyir

25 Oktyabr 2026 00:12see170
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri