Icma.az
close
up
RU
Sosial şəbəkələrdən necə istifadə edirik? PAYTAXT SAKİNLƏRİ DANIŞDI SORĞU

Sosial şəbəkələrdən necə istifadə edirik? PAYTAXT SAKİNLƏRİ DANIŞDI SORĞU

Icma.az bildirir, Sia Az portalına istinadən.

Müasir dövrdə sosial şəbəkələr həyatımızın ayrılmaz hissəsinə çevrilib. İstər gənclər, istər orta yaşlılar, istərsə də yaşlı nəslin nümayəndələri gündəlik həyatlarında sosial mediadan müxtəlif məqsədlərlə istifadə edirlər. Bəziləri üçün bu platformalar məlumat alma, öyrənmək və əlaqə saxlamaq vasitəsidirsə, digərləri üçün əyləncə, tanıtım və iş imkanları təqdim edir. Lakin bu texnoloji imkanların müsbət tərəfləri ilə yanaşı, mənfi təsirləri də göz önündədir vaxt itkisi, psixoloji gərginlik, asılılıq və dezinformasiya kimi hallar artmaqdadır. Məsələ ilə bağlı SİA olaraq şəhər sakinlərinin fikrlərini öyrənməyə çalışdıq.

Şəhər sakini Leyla Ağayeva: "Sosial şəbəkələr mənim üçün həm əyləncə, həm də təhsil üçün bir vasitədir. Xüsusilə "Instagram" və "TikTok"da ingilis dili öyrənmək, motivasiya videoları izləmək və maraqlı kitab tövsiyələri almaq mənə çox kömək edir. Eyni zamanda dostlarımla əlaqə saxlamaq, onların gündəlik həyatından xəbərdar olmaq üçün də istifadə edirəm. Amma etiraf etməliyəm ki, bəzən saatlarla sosial mediada vaxt keçirirəm və bu da dərslərimə mənfi təsir edir. Vaxt itkisinə çevrilməsi və bəzən real həyatdan uzaqlaşdırması sosial şəbəkələrin mənfi tərəfləridir".

Şəhər sakini Samir Qafarov: "İşimlə bağlı reklamlar paylaşmaq və fərqli dizayn trendlərini izləmək imkanım olur. Həmkarlarla əlaqədə qalmaq və yaradıcılığımı inkişaf etdirmək baxımından çox faydalıdır. Amma sosial şəbəkələrdə insanların uğurlarını davamlı görmək bəzən psixoloji təzyiq yaradır. Sanki hamı mükəmməl həyat yaşayır və bu da reallıqdan uzaq bir təsəvvür formalaşdırır".

Şəhər sakini Telman Orucov: "Mən sosial şəbəkələrdən əsasən pedaqoji yenilikləri izləmək və müəllim qruplarında təcrübə mübadiləsi aparmaq üçün istifadə edirəm. Onlayn (online) seminarlar, dərs nümunələri, faydalı vebinarlar mənim üçün olduqca dəyərlidir. Sosial media sayəsində müxtəlif şəhərlərdən olan müəllimlərlə tanış olmuşam. Eyni zamanda, bu platformalarda tez-tez yanlış məlumatların paylaşılması və dezinformasiyaların yayılması məni çox narahat edir. İnsanlar hər gördüyünə inanır və bu, cəmiyyətdə çaşqınlıq yarada bilər".

Şəhər sakini Fidan Quliyeva: "Əvvəllər sosial şəbəkələrə çox da maraq göstərmirdim, amma indi əsasən "Facebook" və "YouTube"da oluram. Müxtəlif xəbərləri izləmək, avtomobillərlə bağlı texniki məlumatlara baxmaq və digər sürücülərlə təcrübə bölüşmək üçün bu platformalardan istifadə edirəm. Sosial şəbəkələr məni məlumatlı edir. Amma bəzən əsassız xəbərlər və insanların bir-birini təhqir etməsi, aqressiv münasibətlər adamı bezdirir. Həmçinin çox vaxt alır, istədiyindən artıq ekrana baxırsan".

Şəhər sakini Etibar Həsənov: "Mən sosial şəbəkələrə son illər öyrəşmişəm. Daha çox "WhatsApp" və "Facebook" istifadə edirəm. Ailəm, uşaqlarım, qohumlarım xaricdə yaşadığı üçün onlarla görüntülü danışmaq, şəkil və xəbərlər paylaşmaq mənə böyük rahatlıq verir. Həm də bəzi yemək və əl işi səhifələrinə baxıram, yeni şeylər öyrənirəm. Amma bəzən görürəm ki, gənclər heç ara vermədən telefondadır. Məncə, sosial şəbəkə bir qədər məhdud istifadə olunmalıdır, yoxsa insanlar bir-birindən uzaq düşür".

Şəhər sakini Səbinə Əlizadə: "Sosial media işimin bir parçasıdır. Reklam strategiyaları qururam, kontent planlaması edirəm, trendləri izləyirəm. Gündəlik iş həyatımda sosial şəbəkələr olmadan işləmək mümkün deyil. Eyni zamanda şəxsi həyatımda da sosial media vasitəsilə dostlarımla əlaqə saxlayıram. Amma bəzən iş və şəxsi həyat arasındakı sərhəd itir. Günün çox hissəsi ekranda keçdiyi üçün real həyatdan bir qədər uzaqlaşıram. Buna görə balans yaratmaq vacibdir".

Şəhər sakini Həsən Eyyubzadə: "Sosial şəbəkələr mənim üçün həm istirahət, həm də məlumat əldə etmək vasitəsidir. "TikTok" və "YouTube"da dərslərlə bağlı çox maraqlı videolar olur. Bəzən isə sadəcə gülməli videolara baxıb stres atıram. Amma bəzən bu platformalarda həddindən artıq vaxt keçirdiyimə görə dərslərim yubanır. Özümə söz verirəm ki, azaldım, amma yenə telefona baxmağa davam edirəm. Asılılıq yarada bilər, buna görə diqqətli olmaq lazımdır".

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:123
embedMənbə:https://sia.az
archiveBu xəbər 28 İyul 2025 16:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Səfirlər birlikdə Liverpul Qarabağ oyununu izlədi VİDEO

29 Yanvar 2026 13:17see499

Changan dan şikayətlər artır Bəs ekspert nə deyir?

29 Yanvar 2026 12:12see226

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

30 Yanvar 2026 12:31see212

Vətəndaşın 55 minə aldığı Çin maşınının ehtiyat təkəri yoxdur ŞİKAYƏT VİDEO

29 Yanvar 2026 12:01see204

Nazirlə İlon Mask arasında qarşıdurma yaranıb

28 Yanvar 2026 18:42see202

Bu sərvətlərə qarşı ehtiyatsız davransanız, 2 ilədək həbs olunacaqsınız

28 Yanvar 2026 19:29see196

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

30 Yanvar 2026 10:23see192

Nihat Kahveci: “Liverpul”la oyunu unudun, bu büdcə ilə pley offdasınız”

29 Yanvar 2026 16:26see192

Özü və müavinləri 15 20 min, soyuq Bakı küçələrində çalışan əməkdaşları isə 500 600 manat…

29 Yanvar 2026 14:05see186

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see180

Yağ ləkələrindən bu üsullarla xilas olun

29 Yanvar 2026 05:19see176

Bakıya tramvay gətirən nazirlik: Hamının tıxacda qaldığı əraziləri unudub...

28 Yanvar 2026 18:07see170

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

30 Yanvar 2026 12:26see166

O, mərd, qürurlu və məğrur kişilərdəndir...

29 Yanvar 2026 16:25see158

Fənərbaxça Avropa Liqası matçına 8 itki ilə çıxacaq

28 Yanvar 2026 22:03see152

Müəllimlərin pensiyası ilə bağlı AÇIQLAMA

29 Yanvar 2026 22:38see151

Tay çinin faydaları Xroniki xəstəlikləri müalicə edir

29 Yanvar 2026 02:30see148

Yaxın Şərqdəki 30 40 min ABŞ əsgərinin hamısı İranın əhatə dairəsindədir Rubio

29 Yanvar 2026 02:15see146

Tramp əlindəki göyərmələrdən danışdı: 5 saat yatıram...

28 Yanvar 2026 23:33see138

Mançester Siti ni London klubuna dəyişəcək

28 Yanvar 2026 20:10see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri