Icma.az
close
up
RU
Sərhəddəki “casus”lar hərəkətləndi Bakının tələbi

Sərhəddəki “casus”lar hərəkətləndi Bakının tələbi

Xalqcebhesi saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Avropa İttifaqının “mülki missiyası” 2027-dək kimi kimdən qoruyacaq?

Azərbaycanla Ermənistan sülh mətnini parafladı, Minsk Qrupunun de-yure ləğvinə nail oldu. Artıq tərəflər arasında etimad mühiti yaranmaqdadır. Yekun sənədin imzalanması üçün isə yalnızca İrəvanın son şərti yerinə yetirməsi qalır.

Buna baxmayaraq, Avropa İttifaqının (Aİ) şərti sərhəddə yerləşən mülki missiyası, əslində “casus şəbəkəsi” hələ də bölgəni tərk etmir. Amma Aİ-nin Ermənistandakı müşahidə missiyası X səhifəsində post dərc edərək, “gecə-gündüz Ermənistan-Azərbaycan sərhədi boyu müşahidə və patrul xidməti apardığını” yazıb. Sözügedən paylaşımın məhz indi - Azərbaycanın öz sülh gündəmini real addımlarla təsdiq etdiyi bir vaxtda meydana çıxması diqqət çəkir.

Onların gecə-gündüz sərhəd boyu müşahidə aparmasının isə bir əhəmiyyəti yoxdur. Bölgədə hərbi eskalasiya riskindən söhbət gedə bilməz, delimitasiya işləri üçün proses getməkdədir. O halda patrul xidməti belə bir missiyanı niyə həyata keçirir?

Yada salaq ki, Azərbaycan bu missiyanın regiondan çıxarılmasına çağırış edib. Ermənistanın baş naziri təklif edib ki, sərhədin delimitasiya olunmuş ərazilərində Aİ missiyası fəaliyyət göstərməsin. Lakin təşkilat Ermənistanda fəaliyyətinin 2027-ci ilədək uzadılmasına qərar verib.

Bəs 2027-dək “casuslar” kimi kimdən qoruyacaqlar, vaxtından əvvəl bölgədən çıxarılması mümkündümü?

Niyaməddin Orduxanlı

ƏHD Partiyasının baş katibi Niyaməddin Orduxanlı dedi ki, Avropa İttifaqının Ermənistanda şərti sərhəddə yerləşdirdiyi şəxslərin hamısı keçmiş və indiki hərbiçilərdir: “Bunlara birbaşa agentura şəbəkəsi də demək olar. Bu casuslar nəyi müşahidə edir? Tərəflər arasında münasibətlər müsbətə doğru irəliləməkdədir. Keçən həftə Azərbaycan Prezidenti cənab İlham Əliyev Ermənistana Azərbaycan üzərindən yüklərin daşınmasına icazə verilməsi ilə bağlı qərarı ilə sülhə böyük töhfə verdi, Ermənistanda sülhün perspektivlərini şübhə altına alan revanşistlərə ciddi zərbə vurdu. Sülh istəyən baş nazir Paşinyanın mövqelərini seçkilər öncəsi xeyli gücləndirdi. Azərbaycan növbəti dəfə milli maraqlara xidmət edən müstəqil xarici siyasətini nümayiş etdirdi. Biz yükdaşımalardan həm də əlavə vəsait əldə edəcəyik. Hətta biz düşünür ki, bundan sonra qardaş Türkiyə də Ermənistanla kommunikasiya xətlərini açmalı, Ermənistanla diplomatik əlaqələr qurmalıdır. Bu, regionun təhlükəsizliyi və inkişafı üçün çox vacibdir. Artıq Azərbaycan münasibətlərində gərginlik olan bütün qonşuları ilə, o cümlədən Qərblə münasibətlərini tənzimləyir. Bu siyasət region xalqlarının daha sıx inteqrasiyasına, inkişafına və təhlükəsizliyinə böyük töhfə verəcək. Regionda yaşayan Azərbaycan türklərinin milli birliyinə, canlı təmasların qurulmasına yol açacaq. Qonşularla dostluq münasibətləri təhlükəsizliyə olan təhdidləri aradan qaldıracaq, hökumətin bu istiqamətdə narahatlıqlarına son qoyacaq, quru sərhədlərinin açılmasını sürətləndirəcək. Belə bir vəziyyətdə casus şəbəkəsinin qalması və ya xidmət müddətinin 2027-ci ilə qədər davam etməsi birbaşa sülhə mane olmaq deməkdir. Azərbaycan buna etiraz edir”.

Rövşən Məhərrəmov

Polkovnik Rövşən Məhərrəmov qeyd etdi ki, son proseslərdən Azərbaycan tərəfi daha çox qazandı: “Siz də qeyd etdiyiniz kimi, həm sülh sazişi paraflandı, həm də Minsk Qrupu buraxıldı. Bir sözlə, Azərbaycan tərəfinin tələbləri yerinə yetirildi. Növbəti tələbimiz bilirsiniz ki, Ermənistan Konstitusiyasında dəyişikliyin edilməsi ilə bağlıdır. Bu məsələdə Bakı vazkeçilməz mövqeyə malikdir. Hər kəsə bəllidir ki, Paşinyan 2027-ci ildə bu dəyişikliyin olacağı barədə açıqlama verib. Hesab edirəm ki, bu baş tutacaq. Çünki son illərdə gedən proseslər bunu göstərir. Bütün bunlar isə getdikcə Cənubi Qafqazda əmin-amanlığın nail olunması deməkdir. Bir sözlə, bu regionda gərginlik durmadan götürülür. Azərbaycanın böyüklüyü idi ki, digər dövlətlərin iştirakı olmadan danışıqların aparılması təklifini etdi. Eyni zamanda paraflanma sənədinin əldə olunmasından sonra Zəngəzur dəhlizinin "Tramp yolu" adlandırılması barədə razılaşma oldu. Sülh müqaviləsinin imzalanması üçün hazırda yeganə əngəl Ermənistan Konstitusiyasıdır, bu dəyişikliklər ediləndən sonra Ermənistanın ölkəmizə qarşı heç bir ərazi iddiası qalmayacaq. Bilirsiniz ki, Qazax istiqamətində delimitasiya və demarkasiya prosesi aparılır".

Polkovnik onu da əminliklə diqqətə çatdırdı ki, Avropa İttifaqının regiondakı mülki missiyası birbaşa “casus şəbəkəsi” rolunu oynayır: “Avropa Birliyinin qüvvələrini regiona yerləşdirməsi Ermənistandan daha çox onların uğurudur. Azərbaycanla Ermənistan arasında delimitasiya və demarkasiya prosesi başa çatdıqdan sonra patrul xidmətinin aparılmasına heç bir ehtiyac da qalmayacaq. Paşinyanın onların 2027-ci ilədək orada qalacağı barədə dedikləri heç şübhəsiz ki, hakimiyyətini qorumağa yönəlib. Erməni baş nazir hər zaman Avropadan dəstək gözləyib. Bu casus şəbəkəsi də deyərdim ki, işini yaxşı görür. Burada əsas olan Avropa İttifaqının regiona yerləşməsi idi, ona da nail oldular. Buna etiraz bildirilib. Missiya heç bir halda Azərbaycana lazım da deyil. Ermənistan isə 2027-ci ilə qədər bu mülki missiyanın qalmasını istəyir, çünki azından referenduma qədər buna nail olmaq niyyətindədir. Amma ola bilər ki, həmin missiya vaxtından əvvəl fəaliyyətini dayandırsın. Onu da qeyd edim ki, bu gün Ermənistanda bir az gərginlik yaşanır. Bilirsiniz ki, Gümrü merini həbs etdilər. Paşinyan özünə alternativ olan bütün şəxslərə qarşı sərt addımlar atır. Onları həbs edir, sıradan çıxarmaq üçün yollar arayır. Amma açığı inanmıram ki, Avropa İttifaqının bu missiyası 2027-ci ildən tez sərhədi tərk etsin. O məsələyə indiki vaxtda baxılacağını zənn etmirəm. Sonda onu da bildirim ki, erməni cəmiyyəti ən nəhayətdə sülhün bütün region üçün əhəmiyyətini tam şəkildə anlamalıdır”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:234
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 28 Oktyabr 2025 16:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see325

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see319

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see304

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see299

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see298

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see297

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see294

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see286

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see286

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see275

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see271

Daxili işlər orqanlarında kütləvi yerdəyişmə

01 Noyabr 2026 17:23see264

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see254

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see250

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see247

Amazon bulud biznesindən illik 1 trilyon dollar gəlir əldə etməyi hədəfləyir İnvestisiyalar 220 milyard dollara çatır

31 Oktyabr 2026 13:45see241

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see240

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see236

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see235

Bağlanan banklara borcu olanlara xəbərdarlıq

31 Oktyabr 2026 13:05see223
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri