Icma.az
close
up
RU
Sosial şəbəkələrə giriş üçün nə vaxtdan şəxsiyyət vəsiqəsi TƏLƏB OLUNACAQ? Deputatdan AÇIQLAMA

Sosial şəbəkələrə giriş üçün nə vaxtdan şəxsiyyət vəsiqəsi TƏLƏB OLUNACAQ? Deputatdan AÇIQLAMA

Turkstan.az saytına istinadən Icma.az xəbər verir.

Müasir dövrümüzdə dünya əhalisinin təxminən 60%-i sosial şəbəkələrdən istifadə edir. Həyatımızın ayrılmaz hissəsinə çevirilən sosial şəbəkələr günümüzə rəng qatıb, bizə dünyadan xəbər tutmağımıza yardımçı olsa da, bəzən təhlükə də yarada bilir. Əlbəttə ki, bu təhlükənin mənbəyi elə məhz saxta hesablardan müxtəlif məqsədlər üçün istifadə edən insanlardır.
Bəs bu təhlükələrin qarşısını almaq üçün sosial şəbəkələrə qeydiyyatın şəxsiyyət vəsiqəsi ilə baş tutması prosesi niyə tətbiq olunmur?
Mövzu ilə bağlı Bizim.Media-ya açıqlama verən deputat Razi Nurullayev bildirir ki, artıq bütün dünyada sosial şəbəkələrdən istifadə ilə bağlı qanunvericilik aktları sərtləşdirilib:

“Doğrudan da sosial şəbəkələrdə müxtəlif saxta profillər yaradılıb. Bu saxta profillər bütün dünyada vətəndaşlar üçün ciddi təhlükəyə cevrilib. Kimsə öz kimliyini gizlədərək insanların şəxsiyyətini aşağılayır, onları şantaj edir və məhz bu cür hadisələr nəticəsində nə qədər insan öz həyatına son qoyub, nə qədər insanların həyatı məhv olub. Əlbəttə ki, sosial şəbəkələrdə media, insan azadlığı deyib istənilən hərəkəti etmək olmaz”- deyə deputat bildirib.
Razi Nurullayev eyni zamanda diqqətə çatdırıb ki, bütün dünyada bu halların qarşısını almaq üçün ciddi tədbirlər görülür:
“Xüsusən də gənc nəslin sosial şəbəkənin neqativ təsirindən qorunmaları üçün addımlar atılır. Məsələn Avstraliyada bu yaxınlarda 16 yaşına qədər insanların sosial şəbəkə istifadəsinə məhdudiyyətlər qoyulması ilə bağlı qanun layihəsi qəbul edildi. Düşünürəm ki, Azərbaycanda da bununla bağlı bir qərar olmalıdır.
O ki qaldı şəxsiyyət vəsiqəsi ilə sosial şəbəkələrə daxil olmağa, mən istəməzdim ölkəmiz bu qərarı qəbul etməkdə ilk olsun. Dövlət olaraq o şirkət sahiblərindən tələb etməliyik ki, onlar insanların öz sosial şəbəkələrində təhqir olmasının qarşısını almaq üçün yeni-yeni alqoritmlər yaratsınlar.
Hələ ki, şəxsiyyət vəsiqəsi ilə sosial şəbəkələrə daxil olmaqla bağlı bir qərar düşünülmür. Əgər qeyd etdiyim vasitələrlə bu problemlərin qarşısı alınmayacaqsa əlbəttə o halda daha sərt qərarlar mütləq ki, qəbul ediləcək”.
Razi Nurullayev sözügedən məsələni Milli Məclisin gündəliyinə daxil edəcəyini də vurğulayıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:113
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 01 Aprel 2025 15:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see199

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see191

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see185

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see167

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see166

Təyyarəmizi vuran generala qarşı bütün ittihamlar ləğv edildi

09 Yanvar 2026 17:51see161

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see158

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see148

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see143

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see143

Can Yaman və tanınmış model saxlanıldı FOTOLAR

10 Yanvar 2026 10:16see141

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see140

“Rubio dövrü: ABŞ Dövlət katibi Tramp administrasiyasında ən nüfuzlu məmura çevrilib“ BBC

09 Yanvar 2026 22:05see138

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see136

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see135

“Ayntraxt” “Borussiya” matçında 6 qol

10 Yanvar 2026 01:42see129

Dembele PSJ nin təklifini rədd etdi daha yüksək məbləğ istəyir

10 Yanvar 2026 01:11see129

Bundesliqa: “Dortmund” “Ayntraxt” səfərindən bir xalla qayıdır

10 Yanvar 2026 01:27see126

“42 nömrə etibarlı əllərdədir” Ture Semenyonun Mançester Siti yə keçidini dəstəkləyib

10 Yanvar 2026 05:08see125

Xamenei: Etirazlar Trampın maraqlarına xidmət edir

09 Yanvar 2026 21:12see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri