Icma.az
close
up
RU
Sosial şəbəkələri qarışdıran tunel təmizliyi: AAYDA iddialara cavab verdi

Sosial şəbəkələri qarışdıran tunel təmizliyi: AAYDA iddialara cavab verdi

Icma.az, Yenisabah portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Sosial şəbəkələrdə Moskva prospekti–20 Yanvar küçəsinin kəsişməsində yerləşən “Şamaxinka tuneli”nin divarlarında aparılan kimyəvi təmizləmə işlərini əks etdirən görüntülər geniş müzakirələrə səbəb olub. Kadrlarda tunelin illərlə yığılan çirk qatından rəngini itirdiyi, xüsusi yuma prosesi tətbiq edildikdən sonra isə divarların ilkin görünüşünün bərpa olunduğu görünür.

Məsələ ilə bağlı ictimaiyyətdə yaranan sualları cavablandırmaq üçün Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə (AAYDA) müraciət etdik.

Qurumun İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Anar Nəcəfli "Yeni Sabah"a bildirib ki, tunellərin təmizlənməsi mütəmadi şəkildə həyata keçirilən prosesdir:

“Məlumat üçün bildirim ki, hər il yaz-yay aylarında tunellərin və keçidlərin yuyulması prosesi həyata keçirilir. Payız və qış aylarında yuyulma prosesinin heç bir mənası yoxdur, çünki nə qədər yuyulsa da, səhəri günü yenə palçıqla örtülür. Nəqliyyat vasitələri hərəkət etdikcə arxasınca palçıq dənəcikləri divarlara hopur. Nəticədə də bu cür mənzərə yaranır”.

A. Nəcəfli sosial şəbəkələrdə yayılan görüntülərdə təmizləmə işlərini aparan şəxsin öz yuyucu vasitələrinin reklamını etdiyini də əlavə edib:

“Sözügedən görüntülərdə həmin şəxs öz yuyucu vasitələrinin reklamını həyata keçirir. Müəyyən divarlar, kafellər, nəqliyyat vasitələrini təkərlərinin disklərini təmizləməklə məhsulları reklam edirlər. Burada qeyri-adı heç nə yoxdur. Dediyim kimi, hər il yaz və yay aylarında yuyulma prosesi həyata keçirilir. Bakı da tozlu şəhərdir. Belə olan halda payız aylarında yağış yağanda mənzərə dəyişir və divarlara palçıq hopur”.

Əsmətxanım Rzazadə


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:219
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 10 Dekabr 2025 21:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see292

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see258

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see243

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see242

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see231

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see229

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see228

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see219

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see216

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see216

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see213

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see211

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see202

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see199

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see196

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see191

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see190

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see190

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see189

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri