Icma.az
close
up
RU
Sosial şəbəkələri qarışdıran tunel təmizliyi: AAYDA iddialara cavab verdi

Sosial şəbəkələri qarışdıran tunel təmizliyi: AAYDA iddialara cavab verdi

Icma.az, Olke.az portalına istinadən məlumat yayır.

Sosial şəbəkələrdə Moskva prospekti–20 Yanvar küçəsinin kəsişməsində yerləşən “Şamaxinka tuneli”nin divarlarında aparılan kimyəvi təmizləmə işlərini əks etdirən görüntülər geniş müzakirələrə səbəb olub. Kadrlarda tunelin illərlə yığılan çirk qatından rəngini itirdiyi, xüsusi yuma prosesi tətbiq edildikdən sonra isə divarların ilkin görünüşünün bərpa olunduğu görünür.

Məsələ ilə bağlı ictimaiyyətdə yaranan sualları cavablandırmaq üçün Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə (AAYDA) müraciət etdik.

Ölkə.az xəbər verir ki, qurumun İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Anar Nəcəfli "Yeni Sabah"a bildirib ki, tunellərin təmizlənməsi mütəmadi şəkildə həyata keçirilən prosesdir:

“Məlumat üçün bildirim ki, hər il yaz-yay aylarında tunellərin və keçidlərin yuyulması prosesi həyata keçirilir. Payız və qış aylarında yuyulma prosesinin heç bir mənası yoxdur, çünki nə qədər yuyulsa da, səhəri günü yenə palçıqla örtülür. Nəqliyyat vasitələri hərəkət etdikcə arxasınca palçıq dənəcikləri divarlara hopur. Nəticədə də bu cür mənzərə yaranır”.

A. Nəcəfli sosial şəbəkələrdə yayılan görüntülərdə təmizləmə işlərini aparan şəxsin öz yuyucu vasitələrinin reklamını etdiyini də əlavə edib:

“Sözügedən görüntülərdə həmin şəxs öz yuyucu vasitələrinin reklamını həyata keçirir. Müəyyən divarlar, kafellər, nəqliyyat vasitələrini təkərlərinin disklərini təmizləməklə məhsulları reklam edirlər. Burada qeyri-adı heç nə yoxdur. Dediyim kimi, hər il yaz və yay aylarında yuyulma prosesi həyata keçirilir. Bakı da tozlu şəhərdir. Belə olan halda payız aylarında yağış yağanda mənzərə dəyişir və divarlara palçıq hopur”

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:190
embedMənbə:https://olke.az
archiveBu xəbər 11 Dekabr 2025 00:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya onların görüşünə köklənib: Müharibələrə son qoyulacaq?

18 Noyabr 2026 13:51see355

Səhiyyədə gizli qalan vergi problemi gündəmə gəldi

18 Noyabr 2026 12:19see301

Söküntü başlamazdan əvvəl vətəndaşlar əmlaklarını qiymətləndirməlidir? Açıqlama

18 Noyabr 2026 14:55see274

Nənə tarladan 20 min qiyməti olan qızıl tapıb

18 Noyabr 2026 02:56see257

MRT, KT, PET CT: Xərçəngi dəqiq hansı müayinə aşkarlayır?

18 Noyabr 2026 18:31see249

“Səhiyyə sahəsində vergi və sosial ödənişlərə yenidən baxılmalıdır”

18 Noyabr 2026 12:29see244

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see239

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

19 Noyabr 2026 00:18see225

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see219

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see219

Vətən müharibəsinin xronikası: 16 oktyabrda Xocavəndin bir sıra kəndləri işğaldan azad edilib

18 Noyabr 2026 04:19see219

Tarixi körpüdən strateji tərəfdaşlığa: Azərbaycan və Vyetnamı iqtisadi uğura aparan ortaq yollar

18 Noyabr 2026 21:07see196

Azərbaycanda qızıl 15 faizə qədər ucuzlaşa bilər

18 Noyabr 2026 21:21see196

Cəmi 1 saata 3 növ xərçəngi aşkar edən metod

18 Noyabr 2026 19:49see189

Könül Xasıyevanı pub da görəndə dəhşətə gəldim” Məşhur bloqer VİDEO

18 Noyabr 2026 17:22see188

Bu qədər “xiyar” bir arada Yeni dünya rekordu+Fotolar

19 Noyabr 2026 00:23see180

Slovakiyalı basketbolçu: “Məncə, Bakıda bizim azarkeşlərimiz daha çox idi”

19 Noyabr 2026 01:24see178

Hansı qan analizi Alsheymeri 10 il öncədən xəbər verir?

18 Noyabr 2026 16:56see178

Altı vəkil Kollegiyadan xaric olunub, 27 si cərimələnib

18 Noyabr 2026 20:00see177

Bakının 27 istiqamətində tıxac VAR Foto

18 Noyabr 2026 19:16see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri