Icma.az
close
up
RU
Sosial siyasətin ünvanı xalqın yüksək güzəranıdır

Sosial siyasətin ünvanı xalqın yüksək güzəranıdır

Xalq qazeti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Növbəti islahat paketi müavinət və təqaüdlərin də artımını əhatə edir

Prezident İlham Əliyevin imzaladığı 12 iyun 2025-ci il tarixli fərman (qəzetin 2-ci səhifəsində dərc olunub) bu ilin əvvəlindən reallaşdırılan növbəti, son 7 ildə isə 5-ci sosial islahat paketi çərçivəsində şəhid ailələri, əlilliyi olan şəxslər, 5-dən çox uşağı olan qadınlar, aztəminatlı ailələr və digər kateqoriyalara yönələn müavinət və təqaüdlərin də artırılmasını gerçəkləşdirir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən aldığımız operativ açıqlamaya görə, 2025-ci ilin 1 iyulundan şəhid ailəsi, 20 Yanvar şəhidinin ailəsi, Əfqanıstanda həlak olan hərbçilərin ailələri üçün Prezidentin aylıq təqaüdü 700 manata çatdırılır. Müharibə, 20 Yanvar hadisələri, hərbi xidmət vəzifələrini yerinə yetirən zaman və Çernobıl AES-də hərbi xidmət ilə əlaqədar əlilliyi olan şəxslərə Prezidentin aylıq təqaüdü, orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə (I dərəcə) 600 manata, 61-80 faiz pozulmasına görə (II dərəcə) 500 manata, 31-60 faiz pozulmasına görə (III dərəcə) 400 manata çatdırılır.
Sənədə əsasən, Vətən Müharibəsi Qəhrəmanlarına Prezidentin aylıq təqaüdü 2 min 200 manat, Azərbaycanın Milli Qəhrəmanlarına Prezidentin aylıq təqaüdü 2000 manat, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü 1700 manat müəyyənləşdirilir.
Yeni fərmanda əsasən uşağın anadan olmasına görə birdəfəlik müavinətin 600 manata, dəfn üçün birdəfəlik müavinətin 600 manata, himayədar ailəyə verilmiş əlilliyi olan uşağa görə aylıq müavinətin 6 yaşadək  500 manata, 13 yaşadək 600 manata, 18 yaşadək arası uşaq üçün 650 manata, əlilliyi olan şəxslərə müavinət, orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə (I dərəcə) 300 manata, 61-80 faiz pozulmasına görə (II dərəcə) 250 manata, 31-60 faiz pozulmasına görə (III dərəcə) 180 manata çatdırılması nəzərdə tutulur. 
Ümumi səbəblərdən orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə (I dərəcə) gözdən əlilliyi olan şəxslərə Prezidentin aylıq təqaüdü 350 manata, ümumi səbəblərdən orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə (I dərəcə) əlilliyi olan şəxslərə (gözdən əlilliyi olan şəxslər istisna olmaqla) Prezidentin aylıq təqaüdü 250 manata, övladlığa götürülən hər uşağa görə aylıq müavinət 240 manata, bundan başqa ailə başçısını itirməyə görə aylıq müavinət (hər ailə üzvü üçün) 140 manata, bir yaşınadək uşağı olan aztəminatlı ailələrə (ünvanlı yardım alan) hər uşağa görə aylıq müavinət 140 manata, beşdən çox uşağı olan qadınlara hər uşağa görə aylıq müavinət 140 manata çatdırılır.
Müddətli həqiqi hərbi xidmət qulluqçularının uşaqlarına aylıq müavinət (hər uşağa görə) 140 manat, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum uşaqların qəyyumları üçün aylıq müavinət 140 manat, orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə (I dərəcə) və əlilliyi olan uşaqlara qulluq edənlərə Prezidentin aylıq təqaüdü 120 manat müəyyənləşdirilir. Fəxri adlara layiq görülmüş şəxslərə aylıq təqaüd “Xalq” fəxri adına görə 300 manata, “Əməkdar” fəxri adına görə 200 manata çatdırılır.
Qeyd edək ki, Prezident İlham Əliyevin 23 dekabr 2024-cü il tarixli müvafiq sərəncamı ilə icra olunan yeni sosial islahat paketi çərçivəsində bu ilin əvvəlindən ölkəmizdə minimum aylıq əməkhaqqı 400 manata, minimum pensiya fevralın 1-dən 320 manata çatdırılıb, həmçinin bütün növ pensiyalar ilin əvvəlindən 8,1 faiz indeksləşdirilməklə artırılıb. Ümumilikdə, qeyd edilən növbəti sosial islahat paketi 3 milyon insanı əhatə edir və onlara yönələn əməkhaqqı, pensiya, müavinət və təqaüdlərin artırılması üçün illik əlavə olaraq 1,4 milyard manat ayrılıb.
Növbəti sosial islahat paketi çərçivəsində müavinət və təqaüdlərin artırılmasına əsaslanıb deyə bilərik ki, respublika əhalisinin rifah halının daha da yaxşılaşmasına xidmət edən sosial siyasət Prezident İlham Əliyevin dövlət başçısı kimi fəaliyyət göstərdiyi ötən illər ərzində dövrün tələblərinə uyğun şəkildə zənginləşdirilərək hazırda yeni keyfiyyət mərhələsinə daxil olub. Bu gün ölkəmizdə yoxsulluğun azaldılması istiqamətində reallaşdırılan iqtisadi islahatlar nəticəsində əhalinin sosial şəraitinin, habelə məşğulluq səviyyəsinin əhəmiyyətli dərəcədə yüksəldilməsi özünü qabarıq büruzə verir. 
Azərbaycan iqtisadiyyatında qazanılan uğurların son nəticədə sosial ədalət prinsiplərinin möhkəmləndirilməsinə xidmət göstərdiyini vurğulayan dövlətimizin  başçısı çıxışlarının birində sosial sahədə həyata keçirilən ciddi proqramların mahiyyətini izah edərək deyib: “...Əlbəttə, bizim bütün işlərimizin təməlində və mərkəzində insan amili dayanır. Hesab edirəm ki, bu, hər bir dövlət üçün ən vacib yanaşmadır. Çünki hər şey insan üçün edilir. Onun azadlığı, təhlükəsizliyi, sağlamlığı, işlə təmin edilməsi, rahat yaşaması dövlətin başlıca qayğısıdır. Hesab edirəm ki, bu istiqamətdə də böyük addımlar atılıb, uğurlar əldə edilib. Azərbaycan vətəndaşları azad cəmiyyətdə yaşayırlar. Onlar bütün azadlıqlara malikdirlər və öz dövlətinin gücünü artırmaq üçün çalışırlar”.
Ölkə rəhbəri respublikamızın iqtisadi uğurlarından bəhrələnməklə, ilk növbədə, xalqın həyat səviyyəsini yüksəltməyə,  onun güzəranını yaxşılaşdırmağa mühüm önəm  verir,  sosial məsələlərin həllinə böyük diqqət yetirir. Eyni zamanda, sosial ədalət prinsiplərini möhkəmləndirməyi qarşıya ciddi vəzifə kimi qoyur: “Dünyada gedən xoşagəlməz halların əsas səbəbi əslində sosial ədalətsizlikdir. İqtisadi islahatlar, eyni zamanda, güclü sosial siyasətlə tamamlanmalıdır. Əgər bu olmasa, köklü iqtisadi islahatlar insanlara əziyyət gətirə bilər. Biz ona nail ola bilmişik ki, sosial sahədə də çox ciddi proqramlarımız vardır və bu proqramlar icra edilir. İnsanların rifah halının yaxşılaşdırılması onu göstərir ki, bu sahədə də addımlar uğurlu istiqamətdə atılmışdır”. 
Bu baxımdan hazırda ölkə qarşısında duran bütün əsas vəzifələrin icra olunduğunu, iqtisadiyyatımızın davamlı inkişaf etdiyini vurğulayan Azərbaycan Prezidenti sosial sahədə işlərin bundan sonra da uğurla aparılacağını deyib.

Hazırladı:
V.BAYRAMOV
XQ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:186
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 13 İyun 2025 12:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see290

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see254

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see241

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see240

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see229

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see226

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see224

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see216

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see212

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see212

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see212

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see210

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see201

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see198

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see195

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see188

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see187

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see184

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see182

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri