Icma.az
close
up
RU
Menu

Süni intellektlə bağlı fətva veriləcək?

Uzun müddət telefon və kompüter ekranına baxmaq gözlərə necə təsir edir?

Babasillə bağırsaq xərçəngini necə ayırd etməli?

675 nəfər narkotik asılılığından müalicə alır

İrem Derici hamilədir? Özü cavabladı (Foto)

Kababla soyuq Cola içənlərin öd yolları məhv olur

Z dönəm gəncləri tarixin ən bekar nəsli olacaq

Bakı üçün imtahan: Bu layihələr fəsadsız olmayacaq

Hemofiliya xəstələrinin müalicəsində tibb bacılarının rolu artırılır REGIONLARDA SEMİNARLAR

AMB nin BOKT larla bağlı yeni tələbləri maliyyə bazarının sağlamlaşdırılmasına xidmət edir

Ədəbiyyat Muzeyinə Məhsəti Gəncəvinin tut ağacından yonulmuş heykəli hədiyyə edilib

Azərbaycanda ilk dəfə unikal bank səhmdarlarının sayı açıqlanıb

Sosiallaşır, nitqi və yuxu rejimi düzəlib, qidalanması normallaşıb İnteqrativ müalicə ilə autizmli uşağın inkişafı

Korporativ sosial məsuliyyət PR strategiyasının güclü alətidir

Birləşməyə hazırlaşan bankda dəyişiklik

Fiziki aktivlik azaldıqda bədəndə tam olaraq nə baş verir? HƏKİM AÇIQLADI

Uşaq yaxşı böyümür, yorğundur, bədəni ağrıyırsa... Uzman həkim səbəbləri açdı VİDEO

Şəbnəm Tovuzlu 50 minlik qızıllarını nümayiş edirdi (Video)

“Ana və uşaq sağlamlığı: multidissiplinar yanaşmalar, perspektivlər və aktual çağırışlar” mövzusunda Beynəlxalq Elmi Konfrans keçiriləcək.

57 yaşlı Ceylodan cazibədar Fotolar

Davamlı və əhatəli sosial siyasətin uğurları

Davamlı və əhatəli sosial siyasətin uğurları

Xalq qazeti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Sağlam əsgər – güclü ordu

Hər il minlərlə gənc yetkin yaş həddinə çatdıqdan sonra çağırışa cəlb olunur, ölkənin təhlükəsizliyinin qorunmasında bilavasitə iştirak edir. Çağırış və hərbi xidmət prosesinin düzgün, şəffaf təşkili dövlətin əsas prioritetlərindən biridir. Təsadüfi deyil ki, bu sahədə qanunvericilik daim təkmilləşdirilir.

Çağırış dövrləri, orduya qəbul prosedurları, yaş həddi, tibbi yoxlamalar, habelə ali təhsil alan gənclərin vəziyyəti hər bir vətəndaş üçün önəmlidir. Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinə əsasən, hərbi xidmətə çağırışın özünəməxsus qaydaları və vaxtları var. Prezident İlham Əliyev Azərbaycan Respublikası vətəndaşlarının 2026-cı il yanvarın 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında Sərəncam imzalayıb.

Hərbi xidmətə çağırış zamanı əsas mərhələlərdən biri tibbi yoxlamalardır. Hər bir çağırışçı məcburi qaydada tibbi müayinədən keçir və onun sağlamlıq vəziyyəti komissiya tərəfindən qiymətləndirilir.

2024-cü il iyulun 1-dən etibarən müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşların tibbi şəhadətləndirilməsi zamanı yekun tibbi müayinələr Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən həyata keçirilir. Agentliyin idarə heyəti sədrinin sözlərinə görə, bu məqsədlə Agentliyin nəzdində ən son müasir avadanlıqlarla təchiz edilmiş Tibbi Qiymətləndirmə Mərkəzi yaradılmışdır. Mərkəzdə ixtisaslaşmış peşəkar həkim-mütəxəssislər tərəfindən 4 kateqoriya üzrə rəy verilmiş çağırışçıların “B”, “C”, “Ç”, “D” kateqoriyaları üzrə yekun tibbi müayinəsi aparılır. Sonda müayinəyə dair qəbul edilmiş qərar elektron sistemə daxil edilir və qərar barədə çağırışçıya elektron qaydada məlumat verilir.

Layihə çərçivəsində Nazirliyin daxili alt sistemləri ilə əlaqədar dövlət qurumlarının (Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, TƏBİB, Səhiyyə Nazirliyi) elektron sistemləri arasında məlumat mübadilələri üçün inteqrasiyalar qurulmuş, sənədlərin elektron qaydada imzalanması daxil, bütün proseslərin tam şəkildə avtomatlaşdırılması və proseslərin kağız sənədlər olmadan idarəsi təmin edilmişdir. Belə ki, yekun tibbi qiymətləndirilməsi aparılacaq çağırışçılar haqqında göndəriş (forma 44) Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin elektron informasiya sistemindən elektron qaydada qəbul olunur, avtomatik rejimdə növbə təyin olunur, çağırışçı mərkəzə yaxınlaşdıqda növbə aktivləşdirilir və vətəndaşın növbəsi çatdıqda qəbul həkimlərə yönləndirilir. Həkim qəbulu, müəssisə daxili və xarici (TƏBİB və Səhiyyə Nazirliyinin müəssisələrinə) müayinə göndərişlərinin, həkim rəylərinin verilməsi, müayinə cavablarının həmin müəssisələrdən elektron qaydada alınması, tibbi qiymətləndirmə komissiyalarına yönləndirmələr və komissiya üzvləri tərəfindən sənədlərin formalaşdırılması tam elektron mühitdə həyata keçirilir. Beləliklə, təqdim olunan xidmətlər tamamilə rəqəmsallaşdırılıb.

“Tibbi Şəhadətləndirmə” altsistemi layihəsinin əsas nailiyyəti çağırışçıların yekun tibbi qiymətləndirməsində şəffaflığın, çevikliyin, obyektiv yanaşmanın təmin olunması, proseslərin tam şəkildə avtomatlaşdırılması, anlıq hesabatlılıq, qurumlararası məlumat mübadilələrinin elektronlaşdırılması və vətəndaş məmnunluğunun təmin edilməsidir. Layihə həm dövlət qurumları arasında məlumat mübadiləsini asanlaşdırır, həm də xidmətin göstərilməsində çeviklik yaradır.

Beləliklə, “Tibbi Şəhadətləndirmə” altsistemi ölkəmizdə çağırışçıların tibbi qiymətləndirilməsi sahəsində rəqəmsal idarəetməyə keçidin, müasir yanaşmanın və institusional islahatların növbəti real nəticəsidir.

İmtiyazlı şəxslərə sanatoriya-kurort xidməti

Nazirlər Kabinetinin bir sıra qanunvericilik aktlarında dəyişikliklər edilməsi barədə yeni Qərarları əlilliyi olan və digər imtiyazlı şəxslərin sanatoriya-kurort putyovkası (yollayışı) ilə təminat imkanlarının artırılmasına xidmət edir.

Belə ki, bu dəyişikliklərə əsasən yollayışla təmin olunma hüququ yaranan 18 yaşına çatmamış uşaqlar da müşayiətçi ilə təmin oluna biləcəklər və onların putyovka ilə təmin olunduğu müddət ərzində 1 dəfə müşayiətçini dəyişdirmək hüquqları olacaq.

İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində əlilliyi olan şəxslərin çalışdığı təqsirkar müəssisə ləğv olunduqda belə işəgötürən yenidən təşkil edildiyi halda bu şəxslər həmin işəgötürənin hüquqi varisi tərəfindən yollayışla təmin olunacaqdır. Bundan başqa, orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərin və ya əlilliyi müəyyən edilmiş uşaqların yollayışla təmin olunduğu müddət ərzində 1 dəfə müşayiətçini dəyişdirmək hüququ olacaq.

Eyni zamanda, yeni qaydalarda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sistemi üzərindən “Sanatoriya-kurort” altsistemi vasitəsilə avtomatlaşdırılmış qaydada sanatoriya-kurort yollayışı ilə təminatla bağlı müddəalar da əksini tapıb. Eləcə də dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslərin, hemofiliya və talassemiya irsi qan xəstəlikləri olan şəxslərin də sanatoriya-kurort müalicəsi ilə təmin edilməsi qaydalarında uyğunlaşdırma üçün texniki xarakterli dəyişikliklər edilib.

Dövlət qurumlarında rəqəmsal körpü

Ölkədə dövlət informasiya sistemləri arasında məlumat mübadiləsini təmin edən Milli Məlumat Mübadiləsi Sistemi – “digital.bridge” üzərindən həyata keçirilən tranzaksiyaların ümumi sayı 2 milyardı ötüb. İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi tərəfindən təqdim edilən sistemə hazırda 80 dövlət qurumu və 180 informasiya sistemi qoşulub.

“digital.bridge” 2021-ci ilin aprel ayından fəaliyyət göstərir və dövlət orqanları arasında təhlükəsiz, sürətli və standartlaşdırılmış məlumat axınını təmin edən mərkəzi platformadır. Sistem dövlətin rəqəmsallaşma siyasətinin əsas infrastruktur komponentlərindən biri olmaqla, məlumatların etibarlı şəkildə ötürülməsi və paylaşılmasına şərait yaradır. Bu platforma dövlət orqanları arasında inteqrasiyanı gücləndirir, “bir dəfə təqdim et” prinsipini reallaşdırmaqla vətəndaş və biznes subyektlərinin dövlətlə münasibətlərini sadələşdirir və idarəetmədə çevikliyi artırır. Sistem rəqəmsal xidmətlərin inteqrasiyasını və sabit fəaliyyətini təmin etməklə dövlət orqanları arasında vahid və fasiləsiz xidmət modelinin formalaşmasını sürətləndirir. Eyni zamanda, milli məlumat infrastrukturunun təhlükəsizliyini qoruyan əsas platforma rolunu oynayır.

Cari ilin yanvar-oktyabr ayları ərzində sistem üzərindən 786 milyondan çox məlumat mübadiləsi həyata keçirilib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə təxminən 89 faiz artım deməkdir. Beləliklə, 2025-ci ildə “digital.bridge” üzərindən həyata keçirilən məlumat mübadilələrinin həcmi əvvəlki illərlə müqayisədə 2-3 dəfə çox olub.

Xatırladaq ki, 2021-ci ilin aprel ayından fəaliyyət göstərən Milli Məlumat Mübadiləsi Sisteminin (digital.bridge) fəaliyyəti Azərbaycan Respublikası Prezidentinin 12 sentyabr 2018-ci il tarixli 263 nömrəli “Dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi Qaydaları”nın təsdiq edilməsi və elektron hökumətlə bağlı bəzi tədbirlər haqqında Fərmanı ilə tənzimlənir. Sistem Prezident İlham Əliyevin 12 avqust 2025-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş Elektron Hökumət İnformasiya Sisteminin (EHİS) Əsasnaməsi ilə də fəaliyyət göstərir.

Hazırladı:
Mustafa KAMAL
XQ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:250
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 26 Noyabr 2025 10:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Süni intellektlə bağlı fətva veriləcək?

14 Sentyabr 2026 15:47see426

Uzun müddət telefon və kompüter ekranına baxmaq gözlərə necə təsir edir?

14 Sentyabr 2026 13:46see268

Babasillə bağırsaq xərçəngini necə ayırd etməli?

14 Sentyabr 2026 19:34see259

675 nəfər narkotik asılılığından müalicə alır

14 Sentyabr 2026 15:37see250

İrem Derici hamilədir? Özü cavabladı (Foto)

14 Sentyabr 2026 14:43see238

Kababla soyuq Cola içənlərin öd yolları məhv olur

14 Sentyabr 2026 15:45see237

Z dönəm gəncləri tarixin ən bekar nəsli olacaq

14 Sentyabr 2026 19:08see234

Bakı üçün imtahan: Bu layihələr fəsadsız olmayacaq

14 Sentyabr 2026 17:41see234

Hemofiliya xəstələrinin müalicəsində tibb bacılarının rolu artırılır REGIONLARDA SEMİNARLAR

14 Sentyabr 2026 12:43see229

AMB nin BOKT larla bağlı yeni tələbləri maliyyə bazarının sağlamlaşdırılmasına xidmət edir

14 Sentyabr 2026 14:04see225

Ədəbiyyat Muzeyinə Məhsəti Gəncəvinin tut ağacından yonulmuş heykəli hədiyyə edilib

14 Sentyabr 2026 17:45see225

Azərbaycanda ilk dəfə unikal bank səhmdarlarının sayı açıqlanıb

14 Sentyabr 2026 18:55see224

Sosiallaşır, nitqi və yuxu rejimi düzəlib, qidalanması normallaşıb İnteqrativ müalicə ilə autizmli uşağın inkişafı

14 Sentyabr 2026 14:42see221

Korporativ sosial məsuliyyət PR strategiyasının güclü alətidir

14 Sentyabr 2026 13:34see220

Birləşməyə hazırlaşan bankda dəyişiklik

14 Sentyabr 2026 12:38see219

Fiziki aktivlik azaldıqda bədəndə tam olaraq nə baş verir? HƏKİM AÇIQLADI

14 Sentyabr 2026 15:44see217

Uşaq yaxşı böyümür, yorğundur, bədəni ağrıyırsa... Uzman həkim səbəbləri açdı VİDEO

14 Sentyabr 2026 21:41see214

Şəbnəm Tovuzlu 50 minlik qızıllarını nümayiş edirdi (Video)

14 Sentyabr 2026 14:11see212

“Ana və uşaq sağlamlığı: multidissiplinar yanaşmalar, perspektivlər və aktual çağırışlar” mövzusunda Beynəlxalq Elmi Konfrans keçiriləcək.

14 Sentyabr 2026 13:14see177

57 yaşlı Ceylodan cazibədar Fotolar

14 Sentyabr 2026 16:20see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri