Icma.az
close
up
RU
Sosial xərclər artırılır: Yeni büdcə gündəlik həyatımıza necə təsir edəcək?

Sosial xərclər artırılır: Yeni büdcə gündəlik həyatımıza necə təsir edəcək?

Bakivaxti saytından alınan məlumata görə, Icma.az bildirir.

2026-cı il üçün Azərbaycanın dövlət büdcəsinin gəlirləri 38,6 milyard manat, xərcləri isə 41,7 milyard manat təşkil edəcək.

Bakıvaxtı.az-ın məlumatına görə, maliyyə naziri Sahil Babayev bildirib ki, gələn ilin dövlət büdcəsi sosialyönümlü olacaq. Belə ki, 2026-cı ildə dövlət büdcəsi xərclərinin 41 faizi, cari xərclərin isə 68 faizi və yaxud 17,1 milyard manat sosialyönlü xərclərə yönəldiləcək. Bu, 2024-cü ilin icra göstəricisi ilə müqayisədə 2,5 milyard manat və ya 17 faiz çoxdur.

Bəs görəsən, yeni büdcə insanların gündəlik həyatına necə təsir edəcək?

Mövzu ilə bağlı sabiq maliyyə naziri Fikrət Yusifov Bakıvaxtı.az-a açıqlamasında bildirib ki, Azərbaycanın dövlət büdcəsi demək olar, həmişə sosialyönlü olub. Yəni, büdcədə bir qayda olaraq, sosial xərclər üstünlük təşkil edib:

"Gələn ilin büdcəsində də xərclərin 41%-nin sosial önlü olması bu dediklərimizin təsdiqidir. Nəzərə alaq ki, bizim bir dövlət olaraq öz təhlükəsizliyimizi və işğaldan azad etdiyimiz torpaqlara insanlarımızın geri dönüşü üçün nə qədər mühüm öhdəliklərimiz var. Bu halda həmin xərclərin fonunda büdcəmizdən hər 100 manatın 41 manatının sosial xərclərə yönəlməsinin nə demək olduğunu daha yaxşı dəyərləndirə bilərik”.

Sabiq nazir vurğulayıb ki, dövlətimiz vətəndaşının qayğılarını daima diqqət mərkəzində saxlayır. Dediyinə görə, ilk imkanda onların sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində addımlar atır:

“Biz illərdir ki, bu ənənənin necə davam etdiyinə şahidik. Lakin insanlarımız da bəzi reallıqları dəyərləndirmək bacarığında olmalıdılar. Bu gün dünyanın iqtisadi və maliyyə müstəvisində baş verən proseslər təbii ki, Azərbaycandan da yan ötmür. Biz nə qədər kiçik olsaq da, dünya iqtisadiyyatının və maliyyə müstəvisinin bir parçasıyıq. Bu səbəbdən orada gedən proseslərin Azərbaycana təsirləri də qaçılmazdır".

Müsahibimizin fikrincə, mühüm məqam ölkədə baş verən inflyasiyaya uyğun şəkildə əməkhaqlarının və təqaüdlərin indeksasiya edilməsidir. Bu, ciddi sosial məsələdir.

"Dövlət demək olar ki, hər növbəti ildə ötən ilin inflyasiya səviyyəsinə uyğun olaraq təqaüdləri indeksasiya edir. Əməkhaqları bu şəkildə indeksasiya edilməsə də, büdcədə imkan yaranan kimi büdcədən maliyyələşən təşkilatlarda çalışanların əməkhaqları artırılır”.

Fikrət Yusifov: Ölkədə baş verən inflyasiyaya uyğun şəkildə əməkhaqlarının və təqaüdlərin indeksasiya edilməsidir

Bu gün milyardlarla manat vəsaiti dövlətimizin müdafiə qüdrətinin artırılması yolunda xərclədiyimiz deyən Yusidov buna məhkum olduğmuzu qeyd edib:

“Şimalda, cənubda qonşularımız adekvat davranışa sahib ölkələr deyillər. Ermənistan isə daha bir böyük təhlükədir. İndi Ermənistanda sülh istəyən qüvvələr hakimiyyət başındadılar, lakin sabah Moskvanın dirijorluğu ilə orada hakimiyyət başına 5-ci kolonun Sarkisyan, Köçaryan tipli nünayəndələri gələ bilər. Bu olarsa, sülh olmayacaq. İnsanlarımız bu kimi ehtimalları da diqqətdən qaçırmamalıdırlar. Eyni qaydada biz bu gün yalnız öz gücümüzlə işğaldan azad etdiyimiz torpaqların məskunlaşmasını təmin edir və bu məqsədlə büdcədən milyardlarla manat vəsaitlər xərcləyirik".

F.Yusifov hesab edir ki, bu ərazilərdə yaxın on ildə ən azından 500 minə qədər insanın yaşaması üçün şəraitin yaradılması strateji xəttimiz olmalıdır. Əgər dövlət büdcəmizdən hər il bu iki istiqamətdə xərclər indiki qədər  böyük olmasaydı, o halda heç şübhəsiz dövlətimiz həmin vəsaitləri birbaşa sosial xərclərin maliyyələşməsinə yönəldərdi.

Gülşən Şərif

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:107
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 05 Dekabr 2025 12:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see272

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see215

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see195

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see168

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

19 Yanvar 2026 00:27see162

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see159

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see153

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see152

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see148

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see144

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see143

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see140

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see139

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

18 Yanvar 2026 16:12see138

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see135

“Bavariya” Avropanın top 5 liqasında bir mövsümdə 100 qola çatan ilk komanda olub

18 Yanvar 2026 01:11see133

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see133

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

19 Yanvar 2026 08:05see129

Azərbaycanlı aparıcı özündən gözəl QIZI İLƏ VİDEO

18 Yanvar 2026 17:34see127

Sabah qar yağacaq, şaxta olacaq 19.01.2026

18 Yanvar 2026 13:17see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri