İqlim dəyişiklikləri gündəlik həyatımıza birbaşa təsir göstərir EKOLOQ DANIŞDI
Sia Az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
"İqlim dəyişiklikləri artıq abstrakt elmi anlayış deyil, birbaşa gündəlik həyatımıza təsir edən real prosesdir. Bu təsirlər həm qlobal, həm də lokal səviyyədə özünü açıq şəkildə göstərir". Bu sözləri SİA-ya açıqlamasında ekoloq Ənvər Əliyev deyib.
Onun sözlərinə görə, Azərbaycanda son illər müşahidə olunan temperatur artımı, yağıntı rejiminin dəyişməsi, quraqlıq dövrlərinin uzanması və ekstremal hava hadisələrinin artması iqlim dəyişikliklərinin konkret nəticələridir: "Gündəlik həyatda bu təsirlər ilk növbədə su ehtiyatları və kənd təsərrüfatında hiss olunur. Su mənbələrinin azalması içməli su təminatına, əkin sahələrinin məhsuldarlığı isə ərzaq təhlükəsizliyinə birbaşa təsir edir. Fermerlər daha çox risklə üzləşir, məhsul itkisi artır, bu isə qiymət artımlarına və sosial gərginliyə səbəb ola bilir. Eyni zamanda, havanın həddindən artıq isinməsi şəhər mühitində enerji istehlakını yüksəldir, kondisionerlərdən asılılıq artır və bu da əlavə ekoloji yüklənmə yaradır. İqlim dəyişiklikləri insanların sağlamlığına da təsirsiz ötüşmür. İstidən qaynaqlanan stress, allergik xəstəliklərin artması, hava çirkliliyinin güclənməsi xüsusilə yaşlılar və uşaqlar üçün riskləri artırır. Bundan əlavə, təbii fəlakətlərin sel, daşqın, torpaq sürüşməsi kimi hadisələrin intensivləşməsi insanların yaşayış təhlükəsizliyini və psixoloji vəziyyətini də ciddi şəkildə sarsıdır. Ekoloji baxımdan iqlim dəyişiklikləri ekosistemlərin tarazlığını pozur, biomüxtəlifliyin azalmasına gətirib çıxarır. Bu isə uzunmüddətli perspektivdə həm iqtisadi inkişaf, həm də sosial rifah üçün ciddi təhdidlər yaradır. Ona görə də iqlim dəyişikliklərinə uyğunlaşma və təsirlərin azaldılması yalnız dövlətlərin deyil, hər bir fərdin gündəlik davranışlarında da məsuliyyət tələb edən məsələdir".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:106
Bu xəbər 26 Dekabr 2025 13:49 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















