Sosial Xidmət Mərkəzinin uşaqları üçün oyun terapiyası keçirilib
Icma.az, Azertag portalına istinadən məlumat yayır.
Bakı, 8 aprel, AZƏRTAC
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin Nərimanov Sosial Xidmət Mərkəzində sosial reabilitasiya xidmətlərindən yararlanan 18 yaşınadək əlilliyi müəyyən edilmiş uşaqlar üçün oyun terapiyası təşkil edilib.
Agentliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, psixoloji oyunlar və incəsənət terapiyası vasitəsilə uşaqların sosial və emosional bacarıqlarının inkişafına yönəlmiş fəaliyyətlər həyata keçirilib.
Tədbirdə iştirak edən valideynlər də xüsusi olaraq qrup terapiyasına cəlb olunublar. Qrup terapiyası valideynlərin bir-biri ilə təcrübə mübadiləsi aparması, qarşılaşdıqları çətinliklərə yeni yanaşmalar tapması, həmçinin daxili komplekslərdən azad olmağa dəstək vermək məqsədi daşıyıb.
Terapiya müddətində valideynlik bacarıqlarının inkişafına yönəlmiş çalışmalar da aparılıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:69
Bu xəbər 08 Aprel 2025 15:53 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















