Icma.az
close
up
RU
Ulu Öndər Heydər Əliyevin xatirəsinə Azərbaycan təhsilinin formalaşmasında misilsiz xidmətlər

Ulu Öndər Heydər Əliyevin xatirəsinə Azərbaycan təhsilinin formalaşmasında misilsiz xidmətlər

Ses qazeti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Güclü dövlətin təməli daşdan yox, biliyə söykənən nəsillərin düşüncəsindən qurulur.

Ulu Öndər Heydər Əliyev

Azərbaycan təhsilinin bugünkü dayaqlarını ən çətin dövrlərdə iradəsi və uzaqgörənliyi ilə möhkəmləndirən Heydər Əliyev milli inkişafın yolunu elm və biliyin işığı ilə açmışdı. Hər il dekabr ayında ölkəmizdə böyük şəxsiyyət, müasir Azərbaycan dövlətçiliyinin memarı, ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla yad edilir. Tarixin nadir şəxsiyyətlərindən olan Heydər Əliyev dövlət quruculuğu ilə yanaşı, Azərbaycanın təhsil sisteminin inkişafını milli təhlükəsizlik və gələcək strategiyanın əsas dayağı kimi dəyərləndirilir. Onun hakimiyyətdə olduğu dövrlər, həm 1970–1980-ci illər, həm də müstəqillikdən sonrakı yeni mərhələ təhsil sahəsində köklü dönüşlərin baş verdiyi zaman kimi yadda qalıb.

1970–1980-ci illərin respublikasında təhsil sahəsinin maddi-texniki bazası sürətlə genişlənirdi. Həyata keçirilən dövlət proqramları çərçivəsində yüzlərlə ümumtəhsil məktəbi yenidən tikildi və ya əsaslı təmir olundu, şəhərlərlə yanaşı, ucqar rayonlarda da məktəb şəbəkəsinin genişlənməsi təmin edildi, yeni peşə məktəbləri, texnikumlar və ali təhsil müəssisələrinin filialları açıldı. Bu proses nəticəsində 1980-ci illərin əvvəlinə Azərbaycanda məktəbəqədər, orta və ali təhsil üzrə şəbəkə bütövlükdə ölkənin demoqrafik strukturuna uyğunlaşdırılmışdı. Respublikada savadlılıq göstəricisinin yüz faizə yaxınlaşması da həmin dövrdə aparılan ardıcıl işlərin nəticəsi idi.

1993-cü ildə Heydər Əliyevin yenidən siyasi rəhbərliyə qayıdışı ilə təhsil sektoru ölkənin gələcək inkişaf proqramlarının əsas bəndinə çevrildi. Çətin geopolitik və iqtisadi şəraitə baxmayaraq tam orta təhsilin mərhələli şəkildə yenilənməsi həyata keçirildi, yeni dərslik konsepsiyası tətbiq olundu, müəllim hazırlığının keyfiyyət meyarları yenidən müəyyənləşdirildi, ali təhsil müəssisələrində dünya təcrübəsinə uyğunlaşdırılmış kadr hazırlığı standartları formalaşdırıldı. Bu dövrdə ən mühüm qərarlardan biri də xaricdə təhsil alan gənclərin dəstəklənməsi və onların ölkənin gələcək elmi-pedaqoji potensialında mühüm rol almasına şərait yaradılması idi. Məhz bu xətt sonradan dövlət proqramları şəklində davam etdirildi.

Ümummilli lider Heydər Əliyevin təhsil siyasətinin mahiyyəti təkcə məktəb və universitetlərin sayının artırılmasında deyildi. O, təhsili Azərbaycan cəmiyyətinin sosial-iqtisadi inkişafının mühərriki hesab edir, bilikli və milli ruhlu gənclərin yetişdirilməsini dövlətin uzunmüddətli təhlükəsizliyi üçün əsas şərt kimi qiymətləndirirdi. Ona görə də gənclərin intellektual inkişafı, elm və təhsilin vahid sistem kimi inkişafı, milli kadrların hazırlanması həm sovet dövründə, həm də müstəqillik illərində onun siyasətinin prioritet istiqamətləri olmuşdur.

Bu gün Azərbaycan təhsilində aparılan islahatlar, beynəlxalq proqramlarda iştirak, məktəblərin yenilənməsi, müəllim əməyinin stimullaşdırılması, rəqəmsal tədris mühitinin genişlənməsi Heydər Əliyevin qoyduğu strateji xəttin müasir mərhələdə davamıdır.

Ulu öndər Heydər Əliyevin xatirəsi xalqımızın qəlbində yalnız dövlət xadimi kimi deyil, eyni zamanda təhsili millətin gələcəyi sayan böyük bir maarifpərvər kimi yaşayır.

Nigar Osmanlı
YAP Yasamal rayon təşkilatının üzvü,

308 nömrəli tam orta ümumtəhsil məktəbin direktor əvəzi

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:120
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 11 Dekabr 2025 16:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Baş katib Azər Allahverənov Azərbaycan və Türkiyə QHT nümayəndələri ilə görüşüb

26 Yanvar 2026 12:05see264

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see255

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see246

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see219

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see197

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see196

Milli Məclislə Bəhreyn Krallığı Nümayəndələr Şurası arasında anlaşma memorandumu imzalanıb

25 Yanvar 2026 20:58see185

İranlı həkimdən ŞOK SÖZLƏR Etirazlarda öldürülən 1000 nəfərin… KONKRET

25 Yanvar 2026 20:41see180

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see176

“Apple” bu il bu məhsulları təqdim etməyi düşünür YENİLİKLƏR

26 Yanvar 2026 07:23see172

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see158

Xabi Alonso Liverpul u çalışdıra bilər

25 Yanvar 2026 16:21see157

Trampın Sülh Şurası: BMT yə qarşı siyasi cihad

25 Yanvar 2026 15:28see156

Bunları edin, dırnaqlarınız möhkəm olacaq

26 Yanvar 2026 05:11see153

Azərbaycanda uşaqlı ailələrə 500 manat pul veriləcək? RƏSMİ CAVAB

26 Yanvar 2026 06:26see151

2000 dollarlıq ətir və eynəklər alıram

25 Yanvar 2026 17:10see150

Agentlik 8 ölkədən jurnalist və blogerləri Azərbaycana gətirmək istəyir

25 Yanvar 2026 21:16see145

Mənzil və Avatr 07 Pro qaliblərə təqdim olundu Birmarket lotereyası yekunlaşdı

26 Yanvar 2026 18:47see144

Sahibə Qafarova Əli bin Saleh Al Salehlə görüşüb YENİLƏNİB

25 Yanvar 2026 20:10see142

Cazibədar aparıcı görün kimin qızı imiş FOTO

26 Yanvar 2026 04:44see140
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri