Icma.az
close
up
RU
“Vətənə, xalqa həsr edilən ömür” mövzusunda dəyirmi masa keçirilib

“Vətənə, xalqa həsr edilən ömür” mövzusunda dəyirmi masa keçirilib

Yeniazerbaycan saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

11 dekabr 2025-ci il tarixdə YAP Samux rayon təşkilatında ərazi partiya təşkilat sədrlərinin və partiya fəallarının iştirakı ilə Ulu Öndərin vəfatının 22-ci ildönümü münasibətilə  “Vətənə, xalqa həsr edilən ömür” mövzusunda dəyirmi masa keçirilib.

Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

YAP Samux rayon təşkilatının sədri Gündüz Bayramov Ümummilli Lider Heydər Əliyevin hələ 1969-82-ci illərdə Azərbaycana rəhbərlik etdiyi dövrdə respublikamızda dinamik inkişafa nail olunduğunu, həmin illərdə Azərbaycanın gələcək dövlət müstəqilliyi üçün vacib potensialın yaradıldığını vurğulayıb. Ulu Öndərin təşəbbüsü və böyük səyləri nəticəsində 1971-ci ildə yaradılan Cəmşid Naxçıvanski adına Hərbi Liseyin Silahlı Qüvvələrimizin formalaşmasında müstəsna rola malik olduğunu, liseyin yetirmələri olan zabitlərin tarixi Zəfərimizlə yekunlaşan 44 günlük Vətən müharibəsində də rəşadətlər göstərdiklərini bildirib.

G.Bayramov Ulu Öndər Heydər Əliyevin uğurlu daxili və xarici siyasətinin Prezident İlham Əliyev tərəfindən yüksək səviyyədə davam və inkişaf etdirildiyini, bunun nəticəsi olaraq Azərbaycanın mühüm tarixi nailiyyətlərə, qələbələrə imza atdığını bildirib. Vurğulayıb ki, xüsusilə də 2020-ci ildə Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində möhtəşəm Zəfər əldə etdi, 30 ilə yaxın Ermənistanın işğalı altında qalmış doğma torpaqlarımız azad edildi.

Daha sonra dəyirmi masada iştirak edən Samux rayon Heydər Əliyev mərkəzinin direktoru Nuranə Həsənova,  Samux rayon Ağsaqqallar Şurasının sədri  Fidayıl Əliyev, Samux rayon İcra Hakimiyyəti başcısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin Baş məsləhətçisi Elnaz Cəfərova,  Sərkar ərazi partiya təşkilatının sədri Şəmistan Yusibov, Gəncə-Daşkəsən Regional Gənclər və İdman İdarəsinin Samux rayon Gənclər və İdman sektorunun  müdiri Rasim İmamquliyev çıxış edərək Azərbaycan xalqının Ümummilli Lideri Ulu Öndər Heydər Əliyevin doğma Azərbaycanımıza, xalqımıza, dövlət müstəqilliyimizin möhkəmlənməsinə, ordu quruculuğuna, ölkəmizdə əhalinin rifah halının yaxşılaşmasına, dünyəvi dövlət quruculuğuna xidmət edən şərəfli ömür yolundan, həyat və fəaliyyətinin ən önəmli məqamlarından danışıblar.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:95
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 11 Dekabr 2025 16:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see290

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see259

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see206

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see197

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see189

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see188

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see184

Milli Məclislə Bəhreyn Krallığı Nümayəndələr Şurası arasında anlaşma memorandumu imzalanıb

25 Yanvar 2026 20:58see171

İranlı həkimdən ŞOK SÖZLƏR Etirazlarda öldürülən 1000 nəfərin… KONKRET

25 Yanvar 2026 20:41see155

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see155

“Apple” bu il bu məhsulları təqdim etməyi düşünür YENİLİKLƏR

26 Yanvar 2026 07:23see152

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see151

Azərbaycan Premyer Liqası: Sabah Karvan Yevlax la qarşılaşacaq

25 Yanvar 2026 09:30see150

Trampın Sülh Şurası: BMT yə qarşı siyasi cihad

25 Yanvar 2026 15:28see147

Xabi Alonso Liverpul u çalışdıra bilər

25 Yanvar 2026 16:21see144

SOCAR ın əməkdaşı qəzada öldü Fotolar

25 Yanvar 2026 11:33see143

Azərbaycanda uşaqlı ailələrə 500 manat pul veriləcək? RƏSMİ CAVAB

26 Yanvar 2026 06:26see142

2000 dollarlıq ətir və eynəklər alıram

25 Yanvar 2026 17:10see139

Güclü külək, qar, yollar buz bağlayacaq Həftənin ilk iş gününün HAVASI

25 Yanvar 2026 12:44see139

Bunları edin, dırnaqlarınız möhkəm olacaq

26 Yanvar 2026 05:11see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri