Sosial xidmət müəssisəsinin uşaqları Dövlət Film Fondunda ekskursiyada olublar
Azertag saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Bakı, 30 may, AZƏRTAC
Mayın 30-da Dövlət Film Fondu və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin birgə təşkilatçılığı ilə 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə tədbir keçirilib.
Agentliyin 1, 2, 3 saylı Uşaq evi və 1 saylı Ailə tipli kiçik qrup evi sosial xidmət müəssisələrinin uşaqlarının Dövlət Film Fondunun direktoru, Əməkdar incəsənət xadimi Cəmil Quliyevlə görüşü olub.
Dövlət Film Fondundan AZƏRTAC-a verilən məlumata görə, əvvəlcə “Alma almaya bənzər” filmindən hazırlanmış fraqment nümayiş etdirilib.
Uşaqların iştirakı ilə müsabiqə keçirilib və fərqlənənlər sertifikatlara layiq görülüb, müxtəlif hədiyyələrlə mükafatlandırılıblar.
Azyaşlı tamaşaçılar üçün Mədəniyyət Nazirliyinin sifarişi ilə istehsal olunmuş “Baharın oğurlanması” və Seyid Əzim Şirvaninin təmsilləri əsasında çəkilmiş “Ayı və siçan”, “Aslan və iki öküz” animasiya filmləri nümayiş olunub.
Dövlət Film Fonduna ekskursiya çərçivəsində uşaqlara qurumun yaranması, tarixi və fəaliyyəti haqqında ümumi məlumat verilib. Azyaşlılar məşhur Azərbaycan filmlərinin lentə alındığı tarixi kino avadanlıqları, muzey və kino lentlərinin saxlanma boksları ilə tanış olublar.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:50
Bu xəbər 30 May 2025 15:33 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















