Icma.az
close
up
RU
Sosial yardım sistemində görünməyən problemlər KONKRET

Sosial yardım sistemində görünməyən problemlər KONKRET

Icma.az bildirir, Konkret.az portalına istinadən.

Aztəminatlı ailələrin ünvanlı dövlət sosial yardımından kənarda qalmasının əsas səbəblərindən biri ailənin adambaşına düşən orta aylıq gəlirinin müəyyən edilmiş ehtiyac meyarından yüksək hesablanmasıdır. Burada yalnız əməkhaqqı deyil, pensiya, müavinət, təqaüd, aliment və qanunvericilikdə nəzərdə tutulan digər gəlirlər də nəzərə alına bilər. Bu isə bəzi hallarda ailənin faktiki olaraq sərəncamında qalan vəsaitlə hesablamaya daxil edilən gəlir arasında fərqin yaranmasına səbəb olur.

Bu fikirləri Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli KONKRET.az-a açıqlamasında səsləndirib.

Ekspertin sözlərinə görə, ailənin əmlak vəziyyəti də sosial yardım hüququnun müəyyənləşdirilməsində mühüm meyarlardan biridir:

“ Ailənin adına daşınmaz əmlakın, avtomobilin və digər əmlakın olması, bəzi hallarda həmin əmlakdan faktiki olaraq gəlir əldə edilməsə belə, sosial yardım almaq hüququna təsir göstərir. Bu, xüsusilə əmlakı olan, lakin həmin əmlakdan real gəlir götürməyən ailələr üçün problem yarada bilər”.

A.Nəsirli bildirib ki, rəqəmsal qiymətləndirmə sistemi müraciətlərin daha operativ və şəffaf şəkildə araşdırılmasına, müxtəlif dövlət məlumat bazalarındakı məlumatların müqayisə edilməsinə imkan verir.

“Lakin hər bir avtomatlaşdırılmış sistem ailənin real həyat şəraitini tam şəkildə qiymətləndirə bilməz. Məsələn, gəlirin qeyri-sabit olması, ailənin faktiki xərclərinin yüksəkliyi, sağlamlıq və digər sosial problemlər, eləcə də mövcud əmlakın gəlir gətirməməsi kimi hallar rəqəmlərdə ailənin real sosial vəziyyətindən fərqli görünə bilər.

Bu baxımdan əsas məsələ sosial yardım sistemində yalnız gəlir və əmlakın formal göstəricilərinin deyil, ailənin faktiki sosial vəziyyətinin də nəzərə alınmasıdır. Ehtiyacı olduğu halda sistem tərəfindən sosial yardım hüququndan kənarda qalan ailələr üçün məlumatların yenidən yoxlanılması və fərdi qiymətləndirmə mexanizmlərinin daha effektiv işləməsi vacibdir”, – deyə ekspert vurğulayıb.

Aynurə İsmayıl
KONKRET.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:123
embedMənbə:https://konkret.az
archiveBu xəbər 26 Avqust 2026 15:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see439

Hicab üzərindən manipulyasiya və etiqad azadlığının sərhədi: reallıq nədir?

11 Oktyabr 2026 19:35see309

Xarici turizmə maraq azalır: Ekspertlər üç əsas səbəbi açıqladılar

11 Oktyabr 2026 14:45see287

Türkiyədə yük maşını sərnişin avtobusu ilə toqquşub 11 nəfər ölüb, 27 insan xəsarət alıb

11 Oktyabr 2026 13:57see259

Məktəblərdə vahid geyim niyə vacibdir? Aygün Bağırlı

11 Oktyabr 2026 10:22see237

Dövlətçilik və strateji məsuliyyət

11 Oktyabr 2026 16:15see229

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see229

“Özünü ələ al” müalicə deyil Ölkədə bu xəstəliyə qarşı mübarizə necə aparılır? KONKRET

11 Oktyabr 2026 09:56see228

Ukrayna Ordusu Rusiyada qitələrarası raketlərin xidmət mərkəzinə zərbə endirib

11 Oktyabr 2026 14:40see225

“Qarabağ atı” heykəlinin müəllifi danışdı

11 Oktyabr 2026 08:00see215

Sərhəd tanımayan təhdidlər: Azərbaycanın ideoloji təhlükəsizlik gündəliyi TƏHLİL

11 Oktyabr 2026 16:24see207

Azərbaycan Çexiya ilə dəmir yolu əməkdaşlığını genişləndirmək istəyir

12 Oktyabr 2026 10:36see200

Azıx mağarasından reportaj VİDEO

11 Oktyabr 2026 20:41see198

Mixək çayının yaddaşa faydası

12 Oktyabr 2026 03:03see197

Gəncədə 36 yaşlı kişi ÖLDÜRÜLDÜ

11 Oktyabr 2026 23:39see197

Sabah ın rəqibi Bakıya gəldi VİDEO

12 Oktyabr 2026 00:36see190

Zelenski Trampın Ukrayna siyasətini tənqid etdi

11 Oktyabr 2026 23:57see190

Formula 1 də unikal göstərici

12 Oktyabr 2026 00:30see189

Makrona aid edilən irqçi ifadə Fransada siyasi qalmaqala səbəb olub

11 Oktyabr 2026 16:34see188

Pakistanda etirazların bürüdüyü vilayətə qoşun göndəriləcək

11 Oktyabr 2026 19:16see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri