Icma.az
close
up
RU
“Sosiolinqvistika” ali məktəblər üçün dərslik

“Sosiolinqvistika” ali məktəblər üçün dərslik

Icma.az bildirir, Azertag saytına əsaslanaraq.

Bakı, 28 avqust, AZƏRTAC

Azərbaycan Dillər Universitetinin Beynəlxalq əlaqələr üzrə prorektoru dosent Jalə Qəribovanın “Sosiolinqvistika” adlı dərsliyi çap olunub.

Universitetdən AZƏRTAC-a bildirilib ki, nəşrin elmi redaktoru akademik Kamal Abdulla, rəyçiləri akademik Nizami Cəfərov, professor Fikrət Cahangirov və dosent Əsgər Quliyevdir. Azərbaycan Dillər Universiteti Elmi şurasının qərarı ilə işıq üzü görmüş dərslik ali təhsil müəssisələrində bakalavriat səviyyəsində təhsil alan tələbələr üçün nəzərdə tutulub.

Yeni nəşrdə sosiolinqvistika elminin əsas istiqamətləri, dilin sosial mühitlə qarşılıqlı əlaqələri, dil və kimlik, çoxdillilik, regional və sosial dialektlər, kod keçidi, süni dillər, dil siyasəti və dil ekolojisi kimi aktual mövzular geniş şəkildə təhlil olunub. Müəllif mövzulara müasir elmi yanaşmalar əsasında baxıb və sosiolinqvistikanın interdisiplinar əlaqələri nəzərə alınıb.

Dərslik Azərbaycan dilçiliyində sosiolinqvistika fənninin elmi-metodik bazasının zənginləşdirilməsinə, tələbələrin nəzəri biliklərinin dərinləşdirilməsinə və mövzunun qlobal elmi kontekstdə araşdırılmasına mühüm töhfədir.

Jalə Qəribova kitabın “Ön söz”ündə qeyd edib ki, dərsliyin yazılmasının əsas məqsədi Azərbaycanda sosiolinqvistika sahəsində araşdırmalara az da olsa töhfə vermək, universitetlərin proqramlarında yer alan bu fənnin tədrisi üçün ana dilində müasir tələblərə cavab verməyə cəhd edən bir dərslik ərsəyə gətirməkdir: “Qeyd etməliyəm ki, bu dərslikdən əvvəl Azərbaycan dilində Əbülfəz Rəcəblinin “Sosiolinqvistika” (2004) və Fəxrəddin Veysəllinin “Sosiodilçilik” (2022) əsərləri nəşr olunub. Hər iki müəllifdən faydalanmaqla yanaşı, bu dərslikdə əvvəlki mənbələrdə yer verilməyən bir çox yeni mövzulara işıq salmağa, problemlərə yeni bucaqlardan baxmağa, araşdırılan məsələlərə yeni metodoloji yanaşma tətbiq etməyə çalışmışıq. Onu da qeyd etmək istərdim ki, sosiolinqvistik araşdırmalarda ilk addımları “Azerbaijan International” jurnalının redaktoru Betti Bleyer ilə birlikdə həmin jurnalda “Sosiolinguistically Speaking” (“Sosiolinqvistik etiketlər”) rubrikası çərçivəsində yazdığımız yazılarla atmağa başlamışdıq”.

Kitab sosiolinqvistikanın əsas anlayışlarını, nəzəri müddəalarını və metodlarını öyrənmək və araşdırmaq istəyən tələbələr, tədqiqatçılar, eləcə də dil-cəmiyyət əlaqələri ilə maraqlanan oxucu kütləsi üçün nəzərdə tutulub. Kitabda dilin sosial faktorlarla əlaqəsi haqqında müfəssəl nəzəri müddəalar təqdim edilib və dilin həm ümumilikdə cəmiyyət, həm də cəmiyyətdəki müxtəlif təbəqələr, sosial şəbəkələr və fərdi kimliklər ilə əlaqəsinə çeşidli yönlərdən nəzər salınıb. Dərslikdə dil variantlaşmasının təbiəti, regional dialektlər, sosial dialektlər, çoxdillilik, kod keçidi, təmas dilləri, dil siyasəti, eləcə də dil və kimlik əlaqələri kimi geniş mövzular əhatə olunub. Bundan başqa, nəşrdə sosial dilçiliyin çoxyönlü tədqiqat metodlarının təsvirinə və izahına yer verilib. Qeyd olunan mövzulara mikrososiolinqvistik və makrososiolinqvistik məsələləri əhatə edən müxtəlif nəzəri çərçivələr daxilində baxılıb. Dərslikdə nəzəri müzakirələrdən başqa, empirik yolla toplanılan nümunələrin təhlilinə, müqayisələrə, reflektiv və müşahidə əsaslı praktik tapşırıqlara da yer ayrılıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:165
embedMənbə:https://azertag.az
archiveBu xəbər 28 Avqust 2025 16:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see387

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see381

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see256

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see236

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see224

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see218

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see211

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see208

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see207

Bəzi magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq

25 Oktyabr 2026 13:45see184

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see184

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see181

Dünyanın diqqətlə izlədiyi tibbi sensasiya Erkən ölümün qarşısını alan ən sadə formul açıqlandı

25 Oktyabr 2026 15:32see177

İnsanlar cəmi 6 deyil, 27 fərqli emosional hal var

25 Oktyabr 2026 13:08see176

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see172

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see171

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see170

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see164

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see163

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see163
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri