Icma.az
close
up
RU
Sosioloq: Azərbaycan qanunvericiliyi qadınların hüquqlarını qorumaqda yetərlidir

Sosioloq: Azərbaycan qanunvericiliyi qadınların hüquqlarını qorumaqda yetərlidir

Sherg.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Azərbaycan dövləti qadınların hüquqlarının təmin olunması və onların cəmiyyətdə rolunun genişləndirilməsi istiqamətində ardıcıl siyasət həyata keçirir. Ölkəmizdə qadınlar öz mədəni-elmi potensialları ilə ictimai-siyasi proseslərdə yaxından iştirak edir, dövlət qurumlarında layiqincə təmsil olunurlar.

Teleqraf xəbər verir ki, bu fikirlər Azərbaycan Prezidenti İlham Əliyevin Türk Dövlətləri Təşkilatının ailə məsələləri və sosial siyasət sahəsinə məsul nazirlərinin və qurum rəhbərlərinin “Müasir cəmiyyətdə qadının rolu: dayanıqlı inkişaf və ənənəvi dəyərlər” mövzusunda ikinci iclasının iştirakçılarına ünvanlandığı məktubda yer alıb.

Dövlətimizin başçısı, həmçinin bildirib ki, zəngin ortaq tarixi-mədəni köklərə malik türk xalqlarının həyatında ailə həmişə sosial nizamın bünövrəsini təşkil edib. “Bütün şanlı keçmişimiz boyunca qadınlar həm ailənin mənəvi dayağı olmuş, həm Vətənin müdafiəsini özlərinin müqəddəs vəzifəsi bilmiş, həm də yüksək ictimai mövqelər qazanaraq cəmiyyətin tərəqqisinə töhfə vermişlər. Müştərək əxlaqi sərvətlər xəzinəmizin yaşadılmasında onların müstəsna xidməti vardır”, - deyə Azərbaycan Prezidenti vurğulayıb.

Prezident İlham Əliyev qeyd edib ki, hazırkı qlobal çağırışlar dövründə Türk Dövlətləri Təşkilatı miqyasında ailə məsələləri və sosial siyasət sahəsində əlaqələrin dərinləşdirilməsi ölkələrimizdə ailə institutunun qorunması və gücləndirilməsi baxımından böyük əhəmiyyət daşıyır, ənənəvi dəyərlərlə uzlaşan dayanıqlı inkişaf və inklüzivlik yolunda yeni imkanlar açır.


Sosioloq Mətanət Məmmədova "Sherg.az"a bildirib ki, Bugünkü Azərbaycan, Xalq Cümhuriyyətinin xələfi olaraq, Şərqdə ilk dəfə qadınlara seçmək və seçilmək hüququ verən, bu hüququn davamı kimi onların digər hüquqlarına da təminat yaradan müstəqil bir ölkədir:


“Hansı ki, qadınların dövlətlərin sosial-iqtisadi həyatında bərabər iştirakı hələ də dünyanın bütün aparıcı təşkilatlarının gündəmində duran aktual məsələlərdən biridir. Ölkəmizdə müstəqilliyin bərpası illərindən başlayaraq qadınların hüquqlarının təmin olunması və cəmiyyətdə rolunun artırılması istiqamətində siyasət həyata keçirilir. Ümummilli Lider Heydər Əliyevin bu sahədə başladığı işlərin sonrakı illərdə dövlət başçısı tərəfindən layiqincə davam etdirilməsi Azərbaycan qadınının hüquqlarının təmin olunmasında və cəmiyyətdə rolunun genişlənməsində müstəsna rola malik olub. Bu gün  Azərbaycan qadını dövlət qulluqçusudur, millət vəkilidir, sahibkardır, bir sözlə, iqtisadiyyatda, siyasətdə, elmdə, təhsildə, mədəniyyətdə, ədəbiyyatda öz mövqeyi olan, sözünü deyən vətəndaşdır. Bütün bunlara isə şərait yaradan ölkəmizdə qadın hüquqlarının qorunması üçün bir çox qanunların qəbul edilməsi, bu sahədə fərman və sərəncamlarınimzalanmasıdır.

Bəli, bu gün Azərbaycan qanunvericiliyi qadınların hüquqlarını qorumaqda yetərlidir. Bu sahədəki qanunlar dünya ölkələrinin heç də hamısında yoxdur. Sadəcə qanunları lazımi şəkildə icra etmək lazımdır. Məsələn, bu gün üçün ən aktual olan məsələlər- sahibkarlıqla məşğul olmaq istəyən qadınlara dəstəyin göstərilməsi, işsiz çoxsaylı qadınların məşğulluğunun təmin edilməsi, sağlamlığının qorunması kimi. Bunların hər biri haqqında qanunlar mövcuddur. Lakin icrası, bax, əsas məsələlərdən biri də budur. Bütün qanunlar vaxtında və yüksək səviyyədə yerinə yetirilərsə, bəli, qadınların hüquqları təmin olunar və cəmiyyətdə rolu daha da artar.  Beynəlxalq analitiklər təsdiq edirlər ki, siyasi strukturlarda qadınların təmsil olunma faizi 20 faizdən çoxdursa, həmin dövlətdə, sosial, təhsil və səhiyyə sahələrinin inkişafında real dönüşlər müşahidə edilir”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:66
embedMənbə:https://sherg.az
archiveBu xəbər 12 İyun 2025 15:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Donbas iddiası təsadüfi deyil: Rusiya və ABŞ arxa planda razılaşıb

11 Dekabr 2025 13:27see196

İlham Rəhimovun gömrükdə işləyən qohumu həbs edildi

11 Dekabr 2025 16:56see187

Fransada etirazçılara qarşı gözyaşardıcı qaz və səs qumbarasından istifadə edilib

12 Dekabr 2025 16:22see186

Məşhur futbolçu karyerasını sonlandıracaq SƏHHƏTİNƏ GÖRƏ

13 Dekabr 2025 00:58see176

Kartof qızardarkən duz nə vaxt əlavə olunmalıdır?

13 Dekabr 2025 00:26see160

Vikinq kimi yaşayır Video

12 Dekabr 2025 08:55see145

Özcan Dənizin inanılmaz sərvəti ÜZƏ ÇIXDI FOTO

11 Dekabr 2025 23:53see143

Zelenski yeni sülh planı vəd edir: Müharibə bu həftə dayanacaq? ŞƏRH

11 Dekabr 2025 17:36see142

Bakıda bu yolda işıqforun hər üç işığı eyni anda yanır

12 Dekabr 2025 08:55see142

Üzgüçülük üzrə Azərbaycan çempionatı start götürüb

11 Dekabr 2025 20:15see138

İsrailin işğal siyasəti İranı nüvə silahına itələyir ŞƏRH

12 Dekabr 2025 04:26see135

Arteta “Vulverhempton”la oyundan əvvəl: “Sabah üç xal qazanmalıyıq”

12 Dekabr 2025 21:09see134

“Daxilmdə nəsə mənə kifayət qədər yaxşı olmadığımı deyirdi” Norris

12 Dekabr 2025 02:00see130

Ukrayna millisi DÇ 2026 nın seçmə mərhələsinin pley offunda ev oyunlarını keçirəcəyi yeri müəyyən edib

12 Dekabr 2025 01:05see129

ABŞ bizi AB dən ayıra bilməz Avstriya

12 Dekabr 2025 01:32see127

Ukrayna və ABŞ nümayəndə heyətləri görüşdü

11 Dekabr 2025 23:50see124

Audi TT əfsanəsi 2027 ci ildə geri dönəcək FOTO

13 Dekabr 2025 06:22see123

Azərbaycan Ərdəbil ilə investisiya üzrə birgə fəaliyyətini gücləndirə bilər FOTO

12 Dekabr 2025 04:52see123

500 manat pensiyalar bu qədər artacaq Açıqlama

12 Dekabr 2025 22:34see121

Ukrayna müharibəsinin bitməsi üçün... Ərdoğan

12 Dekabr 2025 18:26see121
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri