Icma.az
close
up
RU
Sosioloq: “Evlənmək istəyib evlənməyənlərin sayı kütləvidir”

Sosioloq: “Evlənmək istəyib evlənməyənlərin sayı kütləvidir”

Icma.az, Demokrat.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 2024-cü il ərzində ölkədə 49 min 508 nikaha daxilolma və 21 min 384 boşanma halları qeydə alınıb. Ötən il ilə müqayisədə ölkə üzrə evlənənlərin sayı kəskin azalıb.
Bununla bağlı sosioloq Lalə Mehralı Demokrat.az-a açıqlamasında bildirib ki, evlənməyənlərin əksəriyyəti maddi problemlər, evsizlik, təminatsızlıq və işsizliyə görə evlənmir:
“Yəni, içində var bir neçə qisim insan var ki, sadəcə seçimdir, evlənmək istəmir. Bu, insandan insana dəyişən bir faktordur. Kimisə istəyir həyatını tək keçirsin,  məsuliyyəti üzərinə götürməsin. Bu, onların öz seçimidir. Amma evlənmək istəyib evlənməyənlərin sayı kütləvidir, günü-günlə artır. Yəni evlənənlərinin az olmasının əksəriyyəti maddi-iqtisadi səbəblərdir. 
Orta əmək haqqı bir ailəni saxlamağa yetmir. Sabah uşaq doğularsa, bu səbəbdən xərclərin artması ehtimalı, kirayə xərcləri, yəni, bütün bunlar göz önünə gətiriləndə evlənmək istəyində olub, amma məcburən subay davam edən insanları anlamaq asandır. Gənclərin ən böyük problemi evsizlikdir. Buna görə ciddi formada problem yaşayırlar. Şəhərdəki gənclərin əksəriyyəti evə, rayon yerlərindəki gənclərin əksəriyyəti isə işsizliyə görə evlənə bilmirlər”.
Sosioloq qeyd edib ki, rayonlarda işlə bağlı vəziyyət yaxşı deyil:
“Gənclərin əksəriyyəti gününü çay evlərində, bekar gəzməklə keçirir. Əkin, maldarlıqla bağlı ciddi problemlər olduğuna görə insanlar işsizdir. Ona görə rayonlarda iş imkanlarını artırmaq lazımdır ki, o gənclərin bir gəlir yeri olsun və ailə qurmaqda maraqlı olsunlar. Bakıda gənclər evsizliklə bağlı ciddi problemlər yaşayır. 
Kirayədə həyat keçməz, kirayədə ailə saxlamaq çətindir. Ona görə dövlət güzəşli mənzillərin təminatı ilə bağlı bir şey fikirləşə bilər.  Sosial layihələr gənclər üçün genişləndirilə bilər. Kirayə kimi qala biləcəkləri və 10-15 ilin sonunda özlərinin ola biləcəyi sosial evlər təklif olunmalıdır. Yəni, kirayə ödədiklərini öz evlərinə ödəsinlər və yekunda evin çıxarışını ala bilsinlər. Belə olan halda təbii ki, evlənmək üçün bir problemləri də həll olunmuş olur.  
Paytaxtda da işlə bağlı problemlər var, amma regiondakı kimi deyil. Bütövlükdə dövlət işlə və evlə bağlı problemləri həll etməlidir ki, gənclər evlənsin və nəsil artırmaqda maraqlı olsunlar”.
Leyla Turan
Demokrat.az
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:195
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 19 Fevral 2025 17:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see320

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see279

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see273

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see260

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see255

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see253

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see244

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see244

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see240

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see222

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see219

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see217

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see213

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see208

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see208

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see202

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see202

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see195

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see184

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri