Icma.az
close
up
RU
Subaylıq sultanlıqdır? Gənclər evlənmək istəmir: Sosioloq SƏBƏBLƏRİ SADALAYIR

Subaylıq sultanlıqdır? Gənclər evlənmək istəmir: Sosioloq SƏBƏBLƏRİ SADALAYIR

Bakivaxti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Ötən ilin 11 ayında Azərbaycanda nikahların sayı azalıb, boşanmaların sayı isə dəyişməyib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Məlumata görə. 2024-cü ilin 11 ayında Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 46 min 146 nikah və 19 min 597 boşanma halları qeydə alınıb.

Belə ki, 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə nikahların sayı azalaraq 5,3-dən 4,9-a düşüb, boşanmaların sayı isə dəyişməyərək eyni səviyyədə (2,1) qalıb.

Maraqlıdır, nikahların sayının azalmasına səbəb nədir? Gənclər niyə ailə qurmaqdan “qaçır”?

Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən sosioloq Üzeyir Şəfiyev bildirib ki, nikahların sayının azalması yaxın və orta perspektivdə Azərbaycanda təbii artıma da mənfi təsir göstərəcək.

Nikahların sayının azalmasının bir çox səbəbləri olduğunu deyən Ü.Şəfiyevin qeyd edib ki, ilk səbəb Azərbaycanda gənclərin sayının azalmasıdır. Onun sözlərinə görə, 10 il əvvəl Azərbaycanda gənclər ölkə əhalisinin 29-30%-ni təşkil edirdisə, indi onlar ölkə əhalisinin təqribən 21%-ni təşkil edir. Eyni zamanda xaricdə təhsil və karyera dalınca gedən gənclərin sayında artım müşahidə olunur. Bu da şübhəsiz ki, nikahların sayına təsir göstərir.

Sosioloq nəzərə çatdırıb ki, Azərbaycan əvvəllər ənənəvi cəmiyyət idi və “tez evlənən udar” yanaşması ilə gənclər tez ailə qururdular:

“Amma indi gənclər əvvəl təhsil almaq, karyera qurmaq, mənzil-məişət şəraitini təmin etmək istəyir, daha sonra ailə qurmaq barədə düşünürlər. Əslində düz edirlər. Çünki bu kriteriyalar ailə dayanıqlılığına müsbət təsir göstərən amillərdir”.

Gənclər arasında bütövlükdə ailə qurmağa marağın azaldığını diqqətə çatdıran müsahibimiz söyləyib ki, təkcə Azərbaycanda yox, qbobal miqyasda gənclərdə eqoist həyata maraq artıb. Sosioloq izah edib ki, onlar artıq ailə-uşaq məsuliyyəti daşımaq istəmirlər, öz eqoist həyatlarını sürdürmək istəyirlər. O, hətta Asiya ölkələrində gənclər arasında subaylıq sindromunun yayıldığını vurğulayıb. Bildirib ki, gənclər ünsiyyət ehtiyaclarını virtual aləmdə realizə etdiklərinə görə real həyatda buna maraqlı deyillər və qlobal dünyanın bir parçası kimi bu tendensiya Azərbaycan gənclərinə də yansıyıb:

“Digər bir səbəb gənclərin məşğulluq məsələsi ilə bağlıdır. Rəsmi statistika deyir ki, ölkə üzrə 5,6% işsizlik var. Amma gənclər arasında işsizliyin sayı 11%-dən yuxarıdır. Yəni gənclərin ailə qurmasına həm də onların işsizliyi mane olur. Gənclərin məşğulluq məsələsi ilə bağlı addımlar atılması lazımdır. Düzdür, hökumət tərəfindən müvafiq addımlar atılır, ancaq daha da sürətli və davamlı şəkildə olmalıdır”.

Üzeyir Şəfiyev: Gənclərdə eqoist həyata maraq artıb

Həmsöhbətimiz gənclərin mənzil-məişət şəraitinin yaxşılaşdırılmasının önəmini vurğulayaraq deyib ki, Azərbaycanda Güzəştli Mənzillər Fondu, gənclərlə bağlı ipoteka güzəştləri var. Amma bu fond və ipoteka şərtlərini bir qədər əlçatan etmək lazımdır.

Güzəştli Mənzillər Fondunun gənclərin bəlli bir kateqoriyasını əhatə etdiyini bildirib və bunu genişləndirməyin lazım olduğunu söyləyib.

“Məsələn, Türkiyədə Ailə Gənclər Fondu var ki, həmin fonddan yeni ailə quran gənclər faizsiz kredit götürə bilir. 4 ildən sonra hissə-hissə güzəştli şərtlərlə ödəməyə başlayır. Oxşar fond Azərbaycanda da yaradıla bilər”.

Müsahibimizin fikrincə, gənclərin regionlardan paytaxta axını çoxdur ki, bu da nikah müqaviləsinə təsir göstərir. Həm regionda demoqrafik vəziyyəti dəyişir, həm də gənclərin paytaxtda işlizliyi ilə bağlı problem biraz da dərinləşir.

Sosioloq boşanmaların sayının çox olmasının gənclərin ailə qurmasına psixoloji təsir göstərdiyini və bununla da onların əgər ailə qursalar boşana bilərlər düşüncəsində olduqlarını vurğulayıb:

“Gənclər arasında ailə dəyərlərini təbliğ etmək lazımdır. Ailə ilə bağlı motivasiyaedici dəstək layihələri təqdim etsək, daha yaxşı olar. Gənclərin ailə qurmağa marağının azalması onların dünyagörüşündə qlobol tendensiyanın daha dominant olmasından da irəli gəlir. Çünki onlar qlobal tendensiyanı özlərində hiss edirlər. Təəssüf ki, ölkəmizdə çox məşhur adamlar subaylığı təşviq edir və bu da ailə qurmağa qarşı apatiya yaradır. Ailə dəyərləri hər daim təbliğ olunmalıdır”.

Mina Mikayılova

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:272
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 04 Fevral 2025 10:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see320

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see286

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see278

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see274

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see269

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see265

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see263

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see248

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see243

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see239

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see229

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see228

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see225

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see225

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see223

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see220

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see216

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see202

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see197

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri