Icma.az
close
up
RU
Sosioloqdan nazirin müşavirinə sərt tənqid: “Bu, tamamilə biabırçılıqdır”

Sosioloqdan nazirin müşavirinə sərt tənqid: “Bu, tamamilə biabırçılıqdır”

Cebheinfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.

“Efirdə gedən proqram xoşlarına gəlmirsə, övladlarının tərbiyəsini pozursa, baxmasınlar”.

Bunu mədəniyyət nazirinin müşaviri Cahangir Səlimxanov bildirib.

“Adi bir vətəndaş sosial şəbəkədə “Mədəniyyət naziri hara baxır? 

Niyə telekanallarda bayağı musiqi geniş yayılır?” yazsa, bu başadüşüləndir. Amma bunu bir mədəniyyət xadimi soruşanda artıq qəbulolunan deyil. Müxtəlif media platformalarının mövcud olduğu şəraitdə bütün problemləri yalnız nazirliyin üzərinə qoymaq doğru yanaşma deyil.

Hər kəs əvvəlcə öz fəaliyyətinə məsuliyyətlə yanaşmalı və dəyişikliklərə özündən başlamalıdır. Məsələn, efirdə gedən proqram xoşlarına gəlmirsə, övladlarının tərbiyəsini pozursa, baxmasınlar”, - deyə mədəniyyət nazirinin müşaviri qeyd edib. Hazırda ictimaiyyət tərəfindən nazir müşavirinin “efirdə gedən proqram xoşlarına gəlmirsə, övladlarının tərbiyəsini pozursa, baxmasınlar” fikri birmənalı qarşılanmayıb. 

Vətəndaşlar hesab edir ki, uşaqlar üçün uyğun olmayan və ya keyfiyyətsiz verilişlərə sadəcə qadağa qoymaq yetərli deyil, televiziyalara nəzarət mexanizmi gücləndirilməlidir.

Məsuliyyətin bu qədər valideynin üzərinə qoyulması nə qədər real yanaşmadır? Bugünkü media mühitində uşağı “baxmasın” deməklə zərərli məzmundan tam qorumaq mümkündürmü?

Mövzu ilə bağlı “Cebheinfo.az”-a açıqlama verən sosioloq Elçin Bayramlı bildirib ki, bu rüsvayçı bir açıqlamadır və bunun nə bizim tariximizdə, nə də dünya tarixində analoqu var.

“Belə yanaşma son dərəcə gülüncdür. Çünki ölkənin media məkanında, xüsusilə də hamının evinə zorla girən televiziya kanallarında yaranmış rəzil vəziyyətə göz yumulur və bunun dəstəklənməsi açıq şəkildə bəyan edilir. Uşaqların və böyüklərin əxlaqını, psixologiyasını pozan verilişlər efirə verilir, amma “siz buna baxmayın” deyilir. Bu, tamamilə biabırçılıqdır.

Bu o deməkdir ki, biz özümüz bilərəkdən efirdə belə səviyyəsiz kontent yaradırıq, amma vətəndaşlardan tələb edirik ki, izləməsinlər. Hamı yaxşı bilir ki, dünyanın heç bir yerində televizyaya baxmamaq praktik olaraq mümkün deyil.

İnsan evdə olmaya bilər, işdə, tədbirdə, yas mərasimində ola bilər, uşaq isə evdə təsadüfən hər hansı açıq kanala baxa bilər. Böyüklər şüurlu şəkildə seçim edə bilər, amma uşaqların televiziyadan tam uzaq saxlanılması çox çətindir”.

Onun sözlərinə görə, ağıllı valideynlərin bir qismi Azərbaycan özəl kanallarını televizordan tamamilə silib:

“Şəxsən mən öz evimdə 25 ildir bütün özəl kanalları (dövlət kanalları – AzTV və Mədəniyyət istisna olmaqla) televizordan birdəfəlik silmişəm. Ona görə də həmin kanalların biabırçı görüntülərini nə biz görürük, nə də uşaqlarımız. Amma ölkədə belə edən valideynlərin sayı maksimum 1 faiz ola bilər.

Bu yanaşma göstərir ki, düzgün psixologiyalı uşaq formalaşdırmaq marağımızda deyil, əsas kommersiyadır, şoudur, biabırçılıqdır. Tərbiyəsizliyə şərait yaradılır və deyilir ki, “kim istəyir baxmasın”. Bu rəzil və gülünc mövqedir. Belə bir açıqlamaya görə məmur istefaya göndərilməlidir.

Bizdə vətəndaş cəmiyyəti formalaşmadığı üçün, təəssüf ki, ictimai qınaq və təzyiq də olmur.Ona görə də belə danışan şəxslərin istefa verməsini gözləmək mümkün deyil. Normal olan odur ki, yuxarı orqanlar bu şəxs barədə ciddi tədbir görsünlər. Ümumiyyətlə, burda əsas məsələ şəxsdən yox, yanaşmadan gedir”.

Sosioloq qeyd edib ki, son dövrlərdə media məkanında, xüsusilə televiziyada biabırçılıq pik həddə çatıb, tam cəzasızlıq mühiti formalaşıb:

“Dünyanın bütün ölkələrində belə verilişlərə görə ciddi cəzalar tətbiq olunur, məsələn, efir vaxtının dayandırılması, kanalın bağlanması və s. Bizdə isə tam fərqli mənzərədir, heç bir cəza yoxdur. Tam azğın, anarxik vəziyyətdir, kim nə istəyirsə efirdə edir, Azərbaycan milli və ailə dəyərlərinə açıq şəkildə təhqir və terror həyata keçirilir.

Məqsəd isə budur ki, uşaqların əxlaqını pozmaq, psixologiyasını məhv etmək, ailələri dağıtmaq, milli-mənəvi dəyərləri çökdürmək və deqradasiyaya uğramış kütlə formalaşdırmaq. Ona görə də deyirlər ki, “biz buna qarşı heç nə etmirik, gedin özünüz başınızı qoruyun”. Bunu adi bir insan deyə bilər, amma dövlət rəsmisi yox.

Mən uzun illərdir təklif edirəm ki, əgər ailənizi və uşaqlarınızı qorumaq istəyirsinizsə, Azərbaycan özəl kommersiya kanallarını evinizdən rədd edin. Onları televizordan birdəfəlik silməkdən başqa yol qalmayıb. Çünki rəsmi çıxışdan da görünür ki, başqa tədbir görülməyəcək.

Hər kəsə yenidən çağırış edirəm, dövlət televiziyalarında belə biabırçılıq yoxdur, problem özəl kanallardadır və onlar televizordan çıxarılmalıdır.

Televiziyadakı bu hərəkətlərin nəticələrini isə ölkədəki ümumi vəziyyətdə görürük. Mənəvi dəyərlərin, uşaqların psixologiyasının hansı durumda olduğu aydındır. Dövlət və cəmiyyət bu məsələdə tədbir görməsə, qarşıda bizi daha dəhşətli mənzərələr gözləyir”.

Gülər
“Cebheinfo.az”

Açar sözlər: Efir proqram Elçin Bayramlı

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:74
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 20 Noyabr 2025 13:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abşeron və Tərtərə yeni prokurorlar təyin edildi

06 Yanvar 2026 06:05see287

Amerikanı kim kəşf edib? Əlbəttə ki, ermənilər!

04 Yanvar 2026 13:20see236

Maduro əməliyyatının sirləri açılır: Xeyli kubalı ölüb

04 Yanvar 2026 15:52see214

Cəlilabadda “KamAz”la “Hyundai” toqquşdu KONKRET

04 Yanvar 2026 22:07see213

Əliyev fiziki cəhətdən güclüdür, işin incəliyini bilir Tokayev

05 Yanvar 2026 09:19see205

Birbank ın bu xidməti niyə işləmir?

05 Yanvar 2026 08:08see184

Afrika Millətlər Kuboku: Mərakeş və Kamerun 1/4 finalda

05 Yanvar 2026 01:04see179

Görünməz təhlükə: Arktika buzundakı çatlar və duman iqlim bombası yaradır

04 Yanvar 2026 21:26see177

Gəncədə baş verən yanğın nəticəsində bir nəfərin meyiti aşkarlanıb

04 Yanvar 2026 23:37see174

Baktelekom abunəçilərinin NƏZƏRİNƏ: Tarif paketləri dəyişir

05 Yanvar 2026 04:33see170

ABB də xəbərdarlıqsız komissiya

05 Yanvar 2026 06:43see168

80 mlrd. dollarlıq fürsəti qaçırsaq, çox ağır durumla qarşılaşacağıq İqtisadçı

05 Yanvar 2026 14:13see166

Elman Qəmbərov general Vaqif Axundova tələ qurmuşdu Polkovnik SİRLƏRİ AÇDI

04 Yanvar 2026 17:04see153

CAR da qorxunc qətl: Gənc oğlan ayin zamanı ata anasının gözü qarşısında güllələndi

04 Yanvar 2026 12:17see150

Prezident İlham Əliyev “ASAN xidmət” mərkəzinin açılışında (FOTO)

06 Yanvar 2026 05:23see145

Aydın Sezer: ABŞ Latın Amerikasını hələ də arxa bağçası kimi görür

04 Yanvar 2026 18:38see140

Əməkdar artist gözünün ağı qarası olan qızı ilə FOTOLAR

06 Yanvar 2026 06:08see134

Qarabağın turizm brendi süni reklamla yox, reallıqlar, təcrübə üzərindən yaradılmalıdır MÜSAHİBƏ

05 Yanvar 2026 18:50see129

Afrika Millətlər Kuboku: Nigeriya və Misir növbəti mərhələdə

06 Yanvar 2026 00:59see128

Qızılın bahalaşması davam edir

06 Yanvar 2026 10:14see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri