Icma.az
close
up
RU
Menu

SOCAR-ın işçilərinə böyük sürpriz: 2026-cı ilin əvvəlindən maaşlar 30% artırılacaq? - FOTO

SOCAR maaşları 20% artırdı

SOCAR da işləyənlərə ŞAD XƏBƏR: Maaşlar bu qədər artdı

Azərbaycan Mərkəzi Asiya dövlətləri ilə əməkdaşlığa xüsusi əhəmiyyət verir Azərbaycan XİN sözçüsü

BIAF 2025 Yang Liping Contemporary Dance (Çin) qrupunun Bahar ayini xoreoqrafik tamaşasını böyük uğurla təqdim etdi FOTO

VFS Global şirkəti fərdi məlumatların qanunsuz istifadəsi ilə gündəmə gəldi

Bu gün noyabrın 17 si Azərbaycanda Milli Dirçəliş Günüdür.

Avropa İttifaqının 2026 cı il üçün büdcəsi barədə razılıq əldə olunub

İşdə oturub işdən çıxmaq: İşçiləri “candərdi” işləməyə nə vadar edir?

İrşaddan alınan kameranın qaytarılması müştərini bezdirib

Özbəkistan mətbuatı Prezident İlham Əliyevin səfərini geniş formada işıqlandırıb

Rəqqasə Fatimənin qızının toyundan görüntülər VİDEO

Yaşar Nurinin qızı dünyasını dəyişib

Azərbaycanda bu tarixdə qar yağacaq: temperatur 0 dərəcəyə enəcək XƏBƏRDARLIQ

“İran daxilində böhran daha da gərginləşir“ İsrail mətbuatı

Sürücülük vəsiqəsi almaq üçün yezda imtahanı nda yenilik Bundan sonra...

“Süni intellekt “insan kimi görməyi” öyrənib: mənanı anlamağa başlayır“ Elmi tədqiqat

İlham Əliyevin sosial şəbəkə hesablarında Özbəkistana səfərindən görüntülər paylaşılıb VİDEO

Nazir: Biz bu iş üçün 100 min manat ayırmışıqmı? Xeyr...

HƏMAS ı kimin silahsızlaşdıracağını açıqladı KONKRET

Ölkədəki boşanmalarda psixoloqların rolu 90% dir SOSİOLOQDAN TƏNQİD FOTO

Ölkədəki boşanmalarda psixoloqların rolu 90% dir SOSİOLOQDAN TƏNQİD FOTO

Icma.az, Avtosfer portalına istinadən məlumat yayır.

Azərbaycanda psixoloqa müraciət etmək hələ də bir çox insanlar üçün tabu olaraq qalır. Cəmiyyətin müəyyən təbəqələrində bu addım zəiflik, ruhi pozuntu və ya "dəli olmaq" kimi qəbul edilir. Bu səbəbdən psixoloji dəstəyə ehtiyac duyan şəxslər belə, çox vaxt susur, problemləri ilə təkbaşına mübarizə aparmağa çalışırlar.


Ənənəvi düşüncə tərzi və ictimai qınaq qorxusu psixoloji yardımı bir çox ailələrdə qəbuledilməz edir. Halbuki, psixoloqa müraciət etmək insanın öz rifahına və həyat keyfiyyətinə verdiyi dəyərin göstəricisidir.
Son illər gənclər arasında bu məsələ ilə bağlı daha açıq yanaşma formalaşsa da ümumi tendensiya dəyişməkdə gecikir.
Bəs psixoloqa getmək ayıb sayılan mövzu olmaqdan nə vaxt çıxacaq və insanlar nə zaman bu addımı normal qəbul edəcək?


Mövzu ilə bağlı “Sağlam Cəmiyyət Hərəkatı”nın rəhbəri, sosioloq Elçin Bayramlı Avtosfer.az-a açıqlamasında bildirib ki, psixoloqa getməklə bağlı bizdə tabu yoxdur:


“Baxmayaraq ki, psixoloqa getmək lazım deyil, bu, tamamilə faydasız və mənasız bir şeydir. Azad düşüncəli, ağıllı insan psixoloqa getməz, çünki psixologiya bir elm sahəsi deyil. Effektiv və faydalı bir mexanizm də deyil. Sadəcə, boş sözlərdir, hamının bildiyi ümumi məsləhətlərdir. Əksər hallarda isə bu, insanlara zərər də vurur. Məsələn, boşanmalarda psixoloqların rolu 90%-ə qədərdir. Yəni psixoloqlar cəmiyyətə zərər vurur, heç bir fayda vermir.
Azərbaycanda psixiatra getməklə bağlı tabu faktiki olaraq mövcuddur. Əhalinin çox əhəmiyyətli bir hissəsi faktiki olaraq psixi xəstədir, sadəcə müayinəyə getmir, yoxlamadan keçmir və qeydiyyata düşmür. Bu gün Azərbaycanda qeydiyyatda olan psixi xəstələrin real sayını bilmək üçün həmin rəqəmi ən azı beşə, bəlkə də ona vurmaq lazımdır. Çünki dediyim kimi, insanlar psixoloqa getməkdə tərəddüd edir, istəmirlər, amma faktiki olaraq problemləri var və bu insanlar psixi xəstələrdir.
Bizim psixi xəstəliyin müxtəlif növləri var və ətrafdakı insanların davranışlarından da görünür ki, bu, həddindən artıq çoxdur, kütləvi xarakter daşıyır. Belə insanlar sadəcə ortalıqda sərbəst gəzirlər. Halbuki, qanunla bu şəxslər dispanser müalicəsi almalıdırlar, çünki cəmiyyət üçün təhlükə yaradırlar. Məsələn, baş verən cinayətlərin, zorlamaların və digər bu kimi halların xarakterinə baxanda görürük ki, bunlar mütləq şəkildə psixi müayinədən keçməlidirlər. Əgər bu həyata keçirilsəydi, bugünkü rəsmi psixi xəstə sayı ən azı 5-10 dəfə artıq olardı və həmin şəxslər də məcburi müalicəyə cəlb olunmalı olardı”.


Sosioloq əlavə edib ki, çox təəssüf ki, bu məsələ reallaşmır. Halbuki, əksər inkişaf etmiş ölkələrdə bu tətbiq edilir:


“Müayinələr keçirilir, psixoloji izləmə aparılır. Amma həmin xəstələr ən məsuliyyətli işlərdə – dövlət qurumlarında, ictimai sahələrdə, insan həyatı ilə birbaşa bağlı olan vəzifələrdə işləyirlər və bir çox hallarda da cinayətlər törədirlər. Bu baxımdan, psixiatriya – psixiki sağlamlıq – bir elmdir və hər bir insan mütləq şəkildə müayinədən keçməlidir.
Psixologiya isə elm sahəsi deyil. Bu gün özünü psixoloq kimi təqdim edənlərin 90 faizinin bu sahəyə heç bir aidiyyəti yoxdur. Sadəcə, bu sahə bazara çevrilib, hər kəs adını psixoloq qoyub, insanları aldadaraq pullarını almaqla məşğuldur. Boş sözlər və təsirsiz məsləhətlərlə insanlara yanaşırlar. Ordan-burdan oxuyub, mənimsədiklərini tətbiq edirlər. Bir çoxu isə qəsdən insan şüurunu dəyişmək, qərb dəyərlərini gətirib burada tətbiq etməklə, insanların mənəvi dəyərlərini, ilkinlərini və münasibətlərini dəyişdirirlər. Bu, insanlara zərər verir”.
Elçin Bayramlı son olaraq qeyd edib ki, bu gün cəmiyyətdə müşahidə olunan tərbiyəsiz uşaqlar problemi, boşanma hallarının çoxluğu, əxlaqsız davranışların artmasında psixoloqların böyük rolu var:
“Bu baxımdan, psixoloqa getmək lazım deyil, ehtiyac yoxdur. Əgər insanın psixi problemi varsa, mütləq şəkildə psixiatra getməlidir. Amma qeyd etdiyim kimi, insanların çoxu bunu könüllü şəkildə etməyəcək. Ona görə də bəzi ölkələrdə əhali məcburi psixi müayinədən keçirilir”.


Psixoloq Aygül Məlikovanın fikrincə, əslində, bir çox insanlar əvvəllər bu düşüncəyə daha aktiv yanaşırdılar, amma hal-hazırda insanların əksəriyyəti bunu özlərində aşmışdır:


“Çünki psixoloq və psixiatr arasında fərq var. Psixoloq, bizim düşüncələrimizi, uşaqlıqdan gələn və ayrılmasını bacarmadığımız duyğuları ayırd etməyə dəstək göstərir. Psixiatr isə dərman vasitələri ilə müalicə edir. Amma bu düşüncənin toparlanmasına icazə vermir. Məsələn, əgər insanlar özlərini müəyyən mənada "qurban psixologiyası"nda görürlərsə və ya insanları "yox" deyə bilmirlərsə, bağlılıqlara düşürlərsə və heç cür bəzi duyğularını və düşüncələrini idarə edə bilmirlərsə, bunu səbəblərini ayırd edərək və yaşadıqları hadisələrin reaksiyalarını anlamağa öyrənirlər. Bu səbəbdən də bir çox insan psixoloqun işini yanlış başa düşür və ya "Məndə heç bir problem yoxdur, niyə psixoloqa getməliyəm?" düşüncəsi ilə sıxıntılarını davam etdirirlər”.


Psixoloq əlavə olaraq qeyd edib ki, amma nəzərə almaq lazımdır ki, bədənimizin hər hansı bir hissəsində bir problem yarandığı zaman, əgər biz həkimə gedərək müalicə alırıqsa, deməli, ruhumuzun da sağlamlığı üçün düşüncələrimizin ağrısına görə həll yolu tapmalıyıq:


“Bu məqsədlə özümüzü sağaltmaq və özümüzə yaxşılıq etmək üçün psixoloqa müraciət etməliyik”.


Eltac Zülfüqaroğlu

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:70
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 13 May 2025 18:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

SOCAR-ın işçilərinə böyük sürpriz: 2026-cı ilin əvvəlindən maaşlar 30% artırılacaq? - FOTO

16 Noyabr 2025 13:53see17490

SOCAR maaşları 20% artırdı

16 Noyabr 2025 17:28see1048

SOCAR da işləyənlərə ŞAD XƏBƏR: Maaşlar bu qədər artdı

16 Noyabr 2025 17:20see239

Azərbaycan Mərkəzi Asiya dövlətləri ilə əməkdaşlığa xüsusi əhəmiyyət verir Azərbaycan XİN sözçüsü

17 Noyabr 2025 19:21see178

BIAF 2025 Yang Liping Contemporary Dance (Çin) qrupunun Bahar ayini xoreoqrafik tamaşasını böyük uğurla təqdim etdi FOTO

17 Noyabr 2025 19:47see174

VFS Global şirkəti fərdi məlumatların qanunsuz istifadəsi ilə gündəmə gəldi

17 Noyabr 2025 02:48see146

Bu gün noyabrın 17 si Azərbaycanda Milli Dirçəliş Günüdür.

17 Noyabr 2025 00:00see144

Avropa İttifaqının 2026 cı il üçün büdcəsi barədə razılıq əldə olunub

16 Noyabr 2025 17:59see139

İşdə oturub işdən çıxmaq: İşçiləri “candərdi” işləməyə nə vadar edir?

16 Noyabr 2025 16:02see136

İrşaddan alınan kameranın qaytarılması müştərini bezdirib

17 Noyabr 2025 01:45see135

Özbəkistan mətbuatı Prezident İlham Əliyevin səfərini geniş formada işıqlandırıb

16 Noyabr 2025 19:40see135

Rəqqasə Fatimənin qızının toyundan görüntülər VİDEO

17 Noyabr 2025 04:13see135

Yaşar Nurinin qızı dünyasını dəyişib

16 Noyabr 2025 19:48see133

Azərbaycanda bu tarixdə qar yağacaq: temperatur 0 dərəcəyə enəcək XƏBƏRDARLIQ

16 Noyabr 2025 12:27see133

“İran daxilində böhran daha da gərginləşir“ İsrail mətbuatı

16 Noyabr 2025 20:49see130

Sürücülük vəsiqəsi almaq üçün yezda imtahanı nda yenilik Bundan sonra...

16 Noyabr 2025 15:57see129

“Süni intellekt “insan kimi görməyi” öyrənib: mənanı anlamağa başlayır“ Elmi tədqiqat

16 Noyabr 2025 10:50see129

İlham Əliyevin sosial şəbəkə hesablarında Özbəkistana səfərindən görüntülər paylaşılıb VİDEO

16 Noyabr 2025 20:54see129

Nazir: Biz bu iş üçün 100 min manat ayırmışıqmı? Xeyr...

17 Noyabr 2025 18:19see124

HƏMAS ı kimin silahsızlaşdıracağını açıqladı KONKRET

16 Noyabr 2025 23:38see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri