Icma.az
close
up
RU
Ağanəzərəm, belə gəzərəm : bitdi!

Ağanəzərəm, belə gəzərəm : bitdi!

Ses qazeti saytına istinadən Icma.az xəbər verir.

Ötən gün Prezident İlham Əliyev əksəriyyətimizin narahat olduğu bir məsələnin həllində əhəmiyyətli bir dəyişikliyə imza atıb. Söhbət “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsindən gedir.

Dəyişikliyə görə kütləvi nümayiş etdirildiyi halda ictimai mənəviyyatı təhqir edən, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlərin edilməsinə, yəni əxlaqsız ifadələrin səsləndirilməsinə və ya belə məzmun təəssüratı yaradan jestlərin edilməsinə, yaxud insan bədəninin hissələrinin əxlaq normalarına və milli-mənəvi dəyərlərə zidd formada göstərilməsinə dair məlumatlar yayan şəxslər qanunla məsuliyyət daşıyacaqlar.

Bu dəyişiklik ölkədə mənəviyyatın, mədəniyyətin, milli-mənəvi dəyələrin mühavizə edilməsində istisnasız mühüm rol oynayacaq. Çünki hər gün yenisi peyda olan sosial şəbəkə fenomenlərinin "xüsusi fədakarlığı" sayəsində sosial şəbəkələrdə ciddi əxlaqi deformasiyalar yaranır və bu deformasiyaların bərpası da mümkün olmur.

Doğrudur, sosial şəbəkələrin süzgəc mexaanizmləri sayəsində zərərli, təhlükəli kontentlər yaymlanma qadağası ilə üzləşir, lakin bir çox hallarda bu sistemin də mühavizəsi yetərli olmur. Qlobal miqyasda zorakılıq ehtiva edən videoların yayılması, tıklanması göstərir ki, mərkəzləşmiş platforma siyasətlərinə baxmayaraq, zorakı və zərərli kontent çox vaxt geniş auditoriyaya çatır və zərər göstərir. Deməli, süni intellektlə idarə olunan sosial şəbəkə süzgəc sistemləri bəzən yetərsiz qalır.

Bir başqa diqqətə alınmalı məsələ də odur ki, qlobal təhlükə ərz etməyən bəzi kontentlər bəzən lokal təhlükə yarada bilir. Bu, ölkənin, cəmiyyətin milli dəyərlərinə, ənənələrinə, mental xüsusiyyətinə əsaslanan vəziyyətdir. Dünyanın hər hansı bir ölkəsində ombasını kameraya tərəf çevirib seksual hərəkətlər ehtiva edən rəqs nümayiş etdirmək adı hal sayıla bilər, bizim ölkəmiz üçün bu normal hal deyil.

Etik, əxlaqi, mədəni baxımdan qlobal standartların yaradılması çətindir, çünki bir ölkədə normal sayılan hərəkət başqa bir ölkədə anormal hesab edilir. Porno xidmətlərin leqal olduğu hər hansı bir ölkədə seks xidmətləri göstərən bir qadın sosial şəbəkə hesabında bunu açıq formada elan edə bilər, amma Azərbaycan üçün bu cür kontentlərin nümayiş etdirilməsi normallaşdırılmamalıdır.

Əxlaq anlayışı hər ölkə üçün fərqli məna daşıyan məfhumdur. Bir ölkədə düzgün hesab edilən davranış başqa bir ölkədə yanlış təsir bağışlayır. Məsələn, bizim böyüklərə, qadınlara ictimai nəqliyyatda yer vermək kimi bir adətimiz İsveç, Norveç kimi ölkələrdə gender bərabərliyinin pozulması, kişinin qadın üzərində güc nümayişi kimi qəbul edilə bilir. Bu tip ölkələrdə “kömək istəməyənə kömək təklif etmə” prinsipi hökm sürür.

Bir ölkədə qəbul olunan hər hansı bir ictimai davranış forması başqa bir ölkədə qəbul olunmayan vəziyyətdir. Məsələn, bizim ölkəmizdə ictimai yerlərdə açıq və ya yarıaçıq tualetin olması ədəbsizliyin göstəricisidir, Niderland, Almaniya kimi bəzi ölkələrdə rahatlığın və punktuallğın. Bir ölkədə qadınların saçının görünməsi əxlaqsızlıq hesab edilir, bir çox ölkədə bu tamamilə normal vəziyyətdir. Yəni, əxlaq və ədəb çərçivəsinə girən bir çox davranış nümunələri ölkəsinə, cəmiyyətinə görə fərqli qəbul edilə bilər.

Azərbaycan üçün də sinəsini, ombasını kamera önündə nümayiş etdirmək, seksual hərəkətlər ehtiva edən rəqs nümayiş etdirmək, söyüşlə zəngin danışıq üslubundan istifadə etmək normal vəziyyət deyil. "Deyildi" - bir zamanlar. İndi normallaşıb. Sosial şəbəkələrdəki videoların əksəriyyətinin məzmunu budur.

Prezidentin imzaladığı yeni dəyişiklik bu sahədəki biabırçılığın qarşısını əhəmiyyətli dərəcədə alacaq. İnsanlar sosial şəbəkələrdə nümayiş etdirdikləri davranışın, istifadə etdikləri sözün məsuliyyətini daşıdığının fərqində olacaq. "Ağanəzərəm, belə gəzərəm" dövrü bitdi daha.

Qeyd etməliyəm ki, bu qanun dəyişikliyinin imzalanması prosesinə qədər olan yolda jurnalistlərin, ictimai şəxslərin də əməyi az deyil. Əksəriyyətimiz mütəmadi olaraq əxlaqi normalara sığmayan paylaşımlar haqqında fikir bildirir, material hazırlayır, gündəmdə saxlayırdıq. Mənəviyyatı hər şeydən uca tutan insanların bir amalı var - mənəviyyata təcavüz edənlərə qarşı mübarizə aparmaq, ictimai əxlaqı mühavizə etmək, mənəvi dəyərləri hər şeydən ali tutmaq. Təmənnamız, televiziya kanallarına nəzarətin gücləndirilməsi, dəvət olunan qonaqların ictimai çəkisinə diqqət edilməsi, bəzi aparıcıların efirə uyğun olmayan davranış və danışıq üsulubuna da əncam çəkilməsi yönündədir.

Lalə Mehralı

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:73
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 16 Yanvar 2026 15:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan nümayəndə heyəti Oljas Süleymenova həsr olunmuş beynəlxalq forumda iştirak edir FOTO

26 May 2026 15:33see194

Alyona Əliyeva: Evinizə bolluq, bərəkət və ruzi dolu günlər arzulayıram

27 May 2026 01:19see193

Zehni və sinir sisteminizi necə gücləndirmək olar..?

26 May 2026 20:49see190

Tbilisidə Röya Ayxan coşğusu!

27 May 2026 03:20see187

Azərbaycanda Qurban bayramı qeyd olunur

27 May 2026 00:03see177

Yekun sənədi imzalayacağıq Mirzoyandan TRİPP AÇIQLAMASI

26 May 2026 23:17see176

Masada 3 ssenari var: Hansı ağır gələcək?

26 May 2026 19:36see175

Günün canlı yayımlanacaq matçları TV AFİŞA

27 May 2026 09:46see172

Azərbaycan ilə Bəhreyn arasında regional və beynəlxalq təhlükəsizlik məsələləri ətrafında fikir mübadiləsi aparılıb

27 May 2026 01:41see171

Yastığın yuxuya təsiri

26 May 2026 09:38see167

NASA hər ay Yerin peykinə pilotsuz gəmilər göndərəcək

27 May 2026 06:14see166

Aviabiletləri Azərbaycan dövlətini istəməyənlər bahalaşdırır AZAL la bağlı elə şeylər açıqlandı ki… KONKRET

27 May 2026 15:14see165

Belarusda işçilər “yoxa çıxır”...

26 May 2026 21:15see163

“Lill”in baş məşqçisi “Fənərbağça” ilə oyundan danışdı

27 May 2026 14:43see162

Nəriman milliyə dəvət olundu FOTO

27 May 2026 22:21see159

SEPAH Hörmüzdəki 25 gəmi ilə bağlı qərarını verdi

27 May 2026 01:08see158

Azərbaycan liderinə təbriklər gəlməkdədir

27 May 2026 01:14see158

Mourinyo “Barselona”dan onu istəyir

27 May 2026 16:39see158

28 May Respublika Günü qeyd olunur

28 May 2026 01:18see157

İnşaatda yeni dövr başlayır: Poladdan yüngül, zəlzələyə və suya davamlı yeni material gəldi

28 May 2026 00:38see146
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri