Şotlandiyada it yarışları qadağan edildi
Lent az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Şotlandiya Uelsdən sonra Böyük Britaniyada it yarışlarını qadağan edən ikinci bölgə olub.
Lent.az "Daily Record" nəşrinə istinadən xəbər verir ki, müvafiq qanun layihəsi parlament tərəfindən 70 lehinə, 27 əleyhinə və 19 bitərəf səslə qəbul edilib. Yeni qanun it yarışı meydançalarının fəaliyyətini, eləcə də it sahiblərinin bu növ tədbirlərdə iştirakını birbaşa cinayət hesab edir.
Qanun layihəsinin təşəbbüskarı Yaşıllar Partiyasının deputatı Mark Raskeldir. O bildirib ki, bu addım "qəddar və köhnəlmiş" əyləncə formasına son qoyacaq. Deputatın sözlərinə görə, beynəlxalq meyillər heyvanların qorunması naminə bu cür yarışların qadağan edilməsinə doğru yönəlib.
Qərar heyvan hüquqları təşkilatları tərəfindən böyük rəğbətlə qarşılanıb və tarixi nailiyyət kimi qiymətləndirilib. Lakin hökumətin dəstəyinə baxmayaraq, qanun layihəsi bəzi millət vəkilləri tərəfindən tənqid olunub. Mühafizəkar və leyborist deputatlar hesab edirlər ki, qadağa heyvanların rifahına real təsir göstərməyəcək. Tənqidçilərin fikrincə, tam qadağa əvəzinə bu sahənin daha ciddi tənzimlənməsi kifayət edərdi.
Baxış sayı:104
Bu xəbər 20 Mart 2026 06:54 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















