Icma.az
close
up
RU
Şou biznesin xoşbəxt ailə həyatı olan məşhurları SİYAHI

Şou biznesin xoşbəxt ailə həyatı olan məşhurları SİYAHI

Baku.ws portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Şou-biznesin bütün gün çal-çağır edən, deyib, gülən, əylənən, o toydan bu toya gedib pul qazanan məşhurları vaxt tapanda şəxsi həyatlarına da zaman ayırırlar. Bəzən elə onlar şəxsi həyatları ilə də gündəmə gəlirlər. Belə məşhurlar arasında xoşbəxt ailə həyatı sürən tanınmışlar da var.

BAKU.WS həmin məşhurların siyahısını təqdim edir:

Xalq artisti Brilliant Dadaşova ilə həyat yoldaşı Ədalət Hacıyev

Cütlük 1988-ci ildə ailə həyatı qurub. Onların 1990-cı ildə Cahad adlı oğlu dünyaya gəlib. Sənətçinin həyat yoldaşı Əməkdar mədəniyyət işçisidir və Səməd Vurğun adına Rus Dram Teatrının direktorudur. 1989-2008-ci illərdə Azərbaycan Dövlət Akademik Rus Dram Teatrında direktor müavini, 2008-ci ildən isə direktor vəzifəsində çalışır. Dadaşova müsahibələrindən birində "Hamı elə bilir ki, bu illər ərzində Ədalət mənim kaprizlərimə dözüb. Amma bizi yaxından tanıyanlar yaxşı bilirlər ki, əksinə onun xasiyyəti daha çətindir" - deyə, qeyd edib. Brilliant və Ədalət cütlüyünün illərdir davam edən xoşbəxt ailə həyatı var.

Müğənni Elvin Abdullayev ilə həyat yoldaşı Afət Mehdiyeva

Cütlük 2014-cü ilin martında ailə həyatı qurub. Həmin vaxt Afət Mehdiyeva ATV telekanalının "Şarm" verilişinin rejissoru olub. Elvin toyunda həyat yoldaşı üçün yeni yazdırdığı mahnını təqdim edib. Hazırda xoşbəxt ailə həyatını davam etdirən Afətlə Elvinin iki övladı var. Onların adı Səid və Tuncaydır.

Müğənni İradə İbrahimova ilə həyat yoldaşı Ceyhun İzer

Sənətçi uzun illərdir Türkiyədə yaşayır. O iş adamı Ceyhun İzerlə evlidir. Cütlüyün İpek adlı qızı, Əli adlı isə bir oğlu var. İpek hazırda Türkiyədəki "Robert" kollecində təhsil alır. İradə ilə Ceyhun 2009-cu ildə ailə qurub. Onlar uzun illərdir Türkiyədə xoşbəxt ailə həyatı sürür.

Əməkdar artist Elton Hüseynəliyev ilə həyat yoldaşı Tamilla Hüseynəliyeva

İllər əvvəl cütlük qısa ayrılıq yaşasa da, hazırda çox xoşbəxt halda evlilik həyatına davam edirlər. Belə ki, Elton Hüseynəliyev həyat yoldaşı prodüser Tamilla xanımla ilə 2015-ci ilin yayında ayrılıb daha sonra yenidən barışıb. Hazırda onların iki böyük qız övladı var. Elton evliliklərinin 15-ci ilində T.Hüseynəliyevaya bu sözləri ithaf edib : "Axı sən olmasan neylərəm? Xəyalımı, ümidimi neylərəm? Sən yanımda olmasam, bu həyatı, ömrü neylərəm? Sağlam ol, inşallah bizə balalarımızın xoş günlərini görmək qismət olsun!". Cütlük artıq 20 ildir ki, evlidir.

Müğənni Safura Əlizadə və həyat yoldaşı Fərhad Əliyev

Müğənni Safura Əlizadə də şou-biznesdə xoşbəxt ailə həyatı olan məşhurlardandır. O 13 il əvvəl evlənib. Sənətçi mərhum Energetika naziri Natiq Əliyevin oğlu Fərhad Əliyevlə evlidir. Cütlüyün Aişə, İsgəndər və Natiq adlı 3 övladı var.

Aktyor Kənan Mahmudov və həyat yoldaşı Aygün Mahmudova

Rejissor və aktyor Kənan Mahmudov müğənni həyat yoldaşı Aygün Mahmudova ilə 2008-ci ildə qurub. Cütlüyün uzun illərdir ki, xoşbəxt davam edən ailə həyatı var. Bu evlilikdən onların 3 övladı dünyaya gəlib.

Xalq artisti Gülyanaq Məmədova və həyat yoldaşı Ziya

Sənətçi illər əvvəl Ziya bəylə sevərək ailə həyatı qurub. Cütlüyün toyu Bakıda baş tutub. Uzun illərdir xoşbəxt olan Gülyanaqla Ziyanın 4 övladı var.

Müğənni Xuraman Şuşalı və həyat yoldaşı Elçin

İfaçı illər əvvəl rejissor Elçinlə ailə həyatı qurub. Onların toyu 2010-cu ilin avqustunda paytaxtdakı restoranlardan birində keçirilib. Hazırda cütlüyün 4 övladı var. Xuraman Şuşalı ailə qurduqdan sonra bir müddət sənətdən uzaqlaşıb. Lakin o hazırda aktiv şəkildə müğənnilik sənəti ilə məşğul olur.

Müğənni Sevda Yahyayeva və həyat yoldaşı Zakir Bayramov

Müğənni Sevda da xoşbəxt ailə həyatı olan məşhurlardandır. O 2021-ci ildə həkim Zakir Bayramovla evlənib. Cütlüyün Aida və Ayla adlı iki qızı var. Hazırda Sevda aktiv şəkildə sənəti ilə məşğul olur. Fotosessiyalar etdirir, klip çəkdirib, toylarda iştirak edir. Sevda ilə Zakir daha çox xaricə etdikləri səyahətləri ilə gündəmə gəlirlər.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:346
embedMənbə:https://baku.ws
archiveBu xəbər 22 Yanvar 2026 17:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see329

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see265

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see252

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see252

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see247

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see239

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see237

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see236

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see232

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see228

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see223

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see220

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see213

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see212

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see212

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see209

Əraqçi: İran ABŞ a Hörmüz boğazı ilə bağlı şərt qoyub

08 Noyabr 2026 22:06see195

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see189

Bir sıra avtomobil yollarında görünüş məsafəsi azalacaq

08 Noyabr 2026 22:13see188

Bitcoin in SON qiyməti

09 Noyabr 2026 12:45see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri