Icma.az
close
up
RU
Şou idi: Əliyev Qarabağda, “Qarabağ” Lissabonda...

Şou idi: Əliyev Qarabağda, “Qarabağ” Lissabonda...

Axar.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

"Benfika"nı da gətirin, qoyaq Qənimətlər Parkına - bu ifadə mənim deyil. Dünən sosial şəbəkələr partlayırdı, hamı "Qarabağ"dan yazırdı. Hər kəs öz sevgisini özünəməxsus tərzdə ifadə edirdi.

"Benfika"nı da gətirin, qoyaq Qənimətlər Parkına". Bir nəfər də belə yazmışdı. Çox gözəl idi. Xeyli güldüm. Hikmət Mirzəyevin Xüsusi təyinatlıları necə Qarabağda erməniləri tapdalayıb keçdisə, Qurban Qurbanovun da "xüsusi təyinatlıları", ayğır atları Lissabonda "Benfika"nı elə tapdalayıb keçdi.

Özü də təkcə "Benfika"nı yox, stadiondakı 40-50 min azarkeşi də tapdayıb keçdi.

Azarkeş demişkən, biz Avropa komandalarından təkcə futbol oynamağı öyrənməli deyilik, həm də azarkeşliyi öyrənməliyik. Bütün matç boyu stadion xorla oxuyurdu, öz komandalarına dəstək verirdi. Və bütün stadion "Benfika"nın formasını geyinmişdi.

Görəsən, "Qarabağ"ın, "Neftçi"nin, "Sabah"ın, "Zirə"nin, "Turan"ın nə qədər yox ey, neçə azarkeşi futbola gələrkən öz sevimli komandalarının maykasını geyinir – 50, 100?

Xalqımız oxumağı sevən xalqdır, amma bir dəfə də stadionda xorla oxuyan görmədik.

Oyunu Qurban Qurbanovun təmkini və soyuqqanlığı apardı.

Məmməd Arazın bir şeiri var:

Çox çaparaq atlını

Təmkin atımla keçdim.

İndi Qurban Qurbanov da çox çaparaq komandaları özünün təmkin atıyla keçir. Futbolçularımız sonadək dör-dör döyüşdülər. Və sübut elədilər ki, məsələ pulda deyil. "Qarabağ"ın büdcəsi 24 milyondur, "Benfika"nın isə 300-400 milyon. Məsələ ürəkdədir, qandadır, ruhdadır. Qurban Qurbanov futbolçularına bunu aşılaya bilib.

Mən həmişə "Qarabağ"ın oyununa xanımımla birgə baxıram. Qapımıza ilk top vurulandan sonra çönüb mənə baxdı və dedi:

- Narahat olma. Qurbanın at işləməz yolları var. Fasilədə futbolçulara elə bir motivasiya verəcək ki, "Qarabağ" bu oyunda qalib gələcək.

Xanımımı da özüm kimi "Qarabağ"ın xəstəsi etmişəm. Onun dediyi kimi də oldu.

Bu bir futbol matçı deyildi. Bir tamaşa idi, bir film idi... "Koroğlu" operası idi. Amma bu operanın müəllifi də, Maestrosu da Qurban Qurbanov idi.

Təkcə Qurban hocanı və futbolçuları deyil, bütün futbolsevərləri təbrik edirəm. "Qarabağ" bizə bayram yaşatdı.

Çox qəribədir, həmin gün Cənab Prezident, Ali Baş Komandan Birləşmiş Ərəb Əmirliyinin prezidenti ilə Cıdır düzündə Qarabağ atlarının şousuna tamaşa edirdilər. Çaparlar öz ustalıqlarını nümayiş etdirirdilər.

Axşam da Qurban Qurbanovun atları Lissabonda həmin şounu təkrar elədilər.

Yəqin Santuş oyuna baxıb xəcalət çəkirdi, əgər onda xəcalət hissi varsa.

Yeri gəlmişkən bir təbrik də oyunu şərh edən Tural Dadaşova düşür. 40-50 min “Benfika” azarkeşinin səsini öz səsilə batırırdı.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:99
embedMənbə:https://axar.az
archiveBu xəbər 17 Sentyabr 2025 16:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nəhəng pinqvin koloniyasında 250 mindən çox cüt yoxa çıxdı

14 Oktyabr 2026 08:23see399

Parisdə Cənubi Qafqazda dəyişən geosiyasi şəraitdə Azərbaycanın artan rolu təhlil olunub

15 Oktyabr 2026 01:57see300

Prezident və birinci xanım Vyetnam nümayəndə heyətini qəbul etdi FOTO/VİDEO

15 Oktyabr 2026 00:11see243

“Milli geyimlərimiz və kəlağayı milli mənəvi dəyərlərimizin mühüm bir hissəsidir” Nailə İsmayılova

14 Oktyabr 2026 18:54see230

ING: Neftin 10 dollar bahalaşması Azərbaycanın ixracını ÜDM in 2 4% i həcmində artıra bilər

15 Oktyabr 2026 15:39see219

ABŞ də inflyasiyaya görə qızıl ucuzlaşır

14 Oktyabr 2026 23:27see216

Rumıniya TEGoVA toplantısının Bakıda keçirilməsi təşəbbüsünü dəstəkləyib

15 Oktyabr 2026 10:19see209

Türkiyə və Azərbaycanın ortaq dil və ədəbiyyat irsi Bakıda bir araya gəldi

14 Oktyabr 2026 15:52see203

Tofiq Musayev: Azərbaycan AEBA ilə əməkdaşlığı yüksək qiymətləndirir

14 Oktyabr 2026 21:46see192

Bakı Beynəlxalq İnklüziv Məşğulluq Konfransına ev sahibliyi edəcək

14 Oktyabr 2026 10:04see190

Laos şirkətləri Azərbaycana sərmayə yatıra bilər AÇIQLAMA

14 Oktyabr 2026 23:05see186

Yüksək vəzifəyə təyin olunan Həbibə Paşayeva kimdir? DOSYE

15 Oktyabr 2026 13:55see184

COP17 ərəfəsində İrəvanda Bakını suçlamaq cəhdi

15 Oktyabr 2026 01:35see182

İlham Əliyevin ilk dəfə Azərbaycan Prezidenti seçilməsindən 23 il ötür

15 Oktyabr 2026 00:04see182

Qvardiola Mançester Siti nin matçında

15 Oktyabr 2026 00:33see181

Ankara və İrəvanın yeni məramları nədir?

14 Oktyabr 2026 18:43see180

Qara Qarayevin əsəri İsveç musiqi məktəbinin repertuarına daxil edilib EKSKLÜZİV

14 Oktyabr 2026 17:59see180

Bakı Limanında konteyner daşımaları 30% artıb

14 Oktyabr 2026 10:04see168

OPEC+ ölkələrinin hasilat güclərinin qiymətləndirilməsi ilin sonuna hazır olacaq

14 Oktyabr 2026 17:16see167

2026 da istehsal edilən neftin həcmi AÇIQLANDI

15 Oktyabr 2026 10:52see163
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri