Icma.az
close
up
RU
“Sovet dövrünün tikinti standartları məhdudiyyətlər yaradır”

“Sovet dövrünün tikinti standartları məhdudiyyətlər yaradır”

Qafqazinfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.

“Azərbaycanda hazırda məktəbəqədər uşaqların sayı 650 minə çatıb. Həmin 650 mindən uşaqdan yalnız 120 mini dövlət məktəbəqədər təhsil müəssisələrində təhsil ala bilirlər”.

“Qafqazinfo” xəbər verir ki, bunu Milli Məclisin Elm və təhsil komitəsinin sədr müavini Fariz İsmayılzadə bu gün keçirilən iclasda “Təhsil haqqında” və “Məktəbəqədər təhsil haqqında” qanunların müzakirəsi zamanı bildirib. 

“Digər uşaqlar ya bu prosesdən uzaqda qalırlar, ya da özəl bağçalarda, kurslarda təhsil alırlar. Biz bu rəqəmləri kütləvi olaraq artırmalıyıq. Bizim milli strategiyamızda məqsəd qoyulub ki, məktəbəqədər hazırlıq əhatəsi 50% olsun, amma eyni zamanda qeyd etməliyəm ki, BMT standartlarına görə bu, ölkələrdə 90% olmalıdır. Təəssüf ki, biz bu rəqəmlərə çata bilməmişik. Bu qanunlara təklif olunan dəyişiklik əhatəni artırır və özəl kursları da bu prosesə cəlb edir.

Eyni zamanda biz Bakıda bağçaların, kursların sayını artırmaq istəyiriksə, yenidən tikinti standartlarına baxmalıyıq. Çünki Sovet dövründə qəbul olunmuş tikinti standartları müasir məktəbəqədər hazırlıq mərkəzlərinin inkişafına məhdudiyyətlər yaradır”, - deyə Fariz İsmayılzadə qeyd edib.

Nuranə Daxilqızı 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:139
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 11 İyun 2025 15:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Londonda Cənubi Qafqazda sülh və regional təhlükəsizlik məsələləri müzakirə olunub

28 Yanvar 2026 06:56see347

Vensin səfəri həm də bəzi qüvvələrə ABŞ ın siyasi mesajıdır

27 Yanvar 2026 11:50see284

Yeni yaradılan Komando briqadasının komandiri kimdir? VİDEO

27 Yanvar 2026 05:37see236

Dəhşətli müharibənin astanasındayıq: ölkə sərhədlərini aşacaq Türk ekspert

28 Yanvar 2026 01:54see234

“Nikosayağı” 3 il sonra ilk dəfə öz görüntüsünü PAYLAŞDI VİDEO

27 Yanvar 2026 00:39see195

Çin şirkəti Anta Sports Puma nın ən böyük səhmdarı olacaq

27 Yanvar 2026 22:03see192

Saat 10:00 da qaz kəsiləcək Bu ərazilərdə

28 Yanvar 2026 09:42see190

PAŞA Bank səhmlərinin 5% ni hərraca çıxaracaq

28 Yanvar 2026 11:10see177

Qarabağ ın vingeri MLS liqasında?

27 Yanvar 2026 17:12see175

Nazirlərin və komitə sədrlərinin qəbuluna düşmək istəyənlərin NƏZƏRİNƏ

27 Yanvar 2026 13:00see173

Liverpul Qarabağ la oyunun hazırlığını başa vurdu FOTOLAR

27 Yanvar 2026 19:28see164

Azərbaycan ABŞ münasibətlərində yeni mərhələnin siyasi anatomiyası ŞƏRH

27 Yanvar 2026 15:09see161

Əhalinin faktiki yaşayış yerinə əsaslanan məlumat bazası hazırlanır Zaur Əliyev

27 Yanvar 2026 10:58see156

Pinqvin hekayəsi Azərbaycanda gəlirə çevrildi FOTO

27 Yanvar 2026 12:23see156

Ən çox şikayət olunan bankları hansı cəza gözləyir?

28 Yanvar 2026 15:56see153

“Everton” “Lids”lə oyun məğlubiyyətdən qurtarıb VİDEO

27 Yanvar 2026 02:12see151

Məhyəddin Aydəmirov vəfat etdi Foto KONKRET

27 Yanvar 2026 00:38see151

İsrail İrana cavab zərbəsinə hazırlaşır

27 Yanvar 2026 13:54see146

“Qarabağ” “Enfild Roud”da Fotolar+Video

27 Yanvar 2026 22:58see140

Əvvəl bir birlərinə qədəh atırdılar, indi isə... VİDEO

27 Yanvar 2026 22:38see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri