Icma.az
close
up
RU
Şovinizm Rusiya üçün yaxşı heç nə vəd etmir: Baş verənlər münasibətlərə necə təsir göstərəcək?

Şovinizm Rusiya üçün yaxşı heç nə vəd etmir: Baş verənlər münasibətlərə necə təsir göstərəcək?

Icma.az, Bakivaxti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“Yekaterinburqda azərbaycanlılara qarşı törədilən cinayətlər özbaşınalıqdır və yolverilməzdir”.

Bunu politoloq Tofiq Abbasov Yakaterunburq olaylarından danışarkən Bakıvaxtı.az-a deyib.

Onun sözlərinə görə, Rusiyanın bu siyasəti anlaşılmaz və çox təhlükəlidir. Çünki Rusiyanın daxilində faktiki olaraq hər hansısa etnik qrupu hədəf seçərək zoraki əməllər tətbiq etmək heç bir yaxşı nəticə verə bilməz:

"Biz öncədən məlumatlı idik ki, Rusiya daxilində erməni lobbisi anlayışı, İslamafob, Türkiyəfob dairələri var və ayrı-ayrı mərkəzlərdən idarə olunurlar. Əlbəttə ki, bu, rəsmi dövlət nümayəndəliyini heç bir məsuliyyətdən azad etmir. Çünki sözügedən qüvvələr çox xoşagəlməz, iyrənc və idbar tədbirlər görə bilərlər. Bürokratiyanın nümayəndələri bazarlarda azərbaycanlılara və digər xalqların nümayəndələrinə qarşı hansısa tədbirlərin görülməsini  və müxtəlif cür sifarişlər verə bilərlər. Bu,  xalq səviyyəsində həyata keçirilən tədbir kimi qələmə verilə və hakimiyyətin guya bundan xəbəri yoxdur kimi münasibət sərgiləyə bilərlər. Lakin məsələ burasındadır ki, hakimiyyət orqanları varsa, onlar hər şeyə cavabdehdirlər. Son hadisələrdən görünür ki, OMON və polislər insanlara qarşı çox kobud davranış sərgiləyirlər. Bu, şovinzimin baş alıb getməsidir və Rusiya üçün yaxşı heç nə vəd etmir. Mərkəzi hökümət və yerli parlamentlər bu prosesdə cavabdehlik daşımalıdır".

T.Abbasov vurğulayıb ki, Azərbaycan dövləti və ictimai qüvvələri artıq Yekaterinburqdakı proseslə bağlı barışmaq mövqeyini ortaya qoyub.

"Sovet ölkəsinin son dönəmlərində milliyətçilik, Azərbaycan və Türkiyə vətəndaşlarına qarşı gözügötürməzlik siyasəti ortaya atılanda xalqımız yalnız cavab verən tərəf olmuşdu. Münaqişəli vəziyyəti yaradan ermənilər olsa da, Azərbaycan tərəfi artıq müdafiə olunan qüvvə kimi cavab verdi və ermənilər çıxıb getdilər. Ümumilikdə Azərbaycanda heç bir millətə və qrupa qarşı gözügötürməz yanaşmalar olmayıb. Azərbaycan cəmiyyətinin tolerant olduğunu boşuna demirik. Ola bilər ki, hansısa qruplaşmalar Azərbaycanda yaşayan rus icmalarına qarşı təqiblərin olmasına can atırlar. Lakin bu, alınmayacaq. Ona görə ki, sözün əsl mənasında Azərbaycan xalqı özünü etik cəhətdən yüksək səviyyədə nümayiş etdirir".

Tofiq Abbasov: Bu qətllər heç bir hüquqi normaya sığmır və vəhşilikdir

Son hadisələr Azərbaycan-Rusiya münasibətlərinə təsirinə gəlincə, politoloq Azərbaycanla Rusiya arasında prezidentlər səviyyəsində çox yaxşı münasibətin olduğunu və etimad formalaşdığını bildirib:

"Buna baxmayaraq, məlum gözlənilməz dəyişikliklər insanları narahat etməklə yanaşı, həm də qorxudur. Çünki bəzi hallarda günahsız insanlar kiminsə vuran əlinin altına düşürlər. Azərbaycanlıların Rusiyada qətlə yetirilməsi heç də rus cəmiyyətinə baş ucalığı gətirən məsələ deyil. Bu qətllər heç bir hüquqi normaya sığmır və vəhşilikdir”.

Müsahibimiz vurğulayıb ki, biz heç vaxt ölkəmizdə yaşayan ruslara qarşı xor münasibət bəsləməmişik. Rusiyanın isə vətəndaşlarımıza qarşı sərgilədiyi münasibət təəccüb doğurur.

“Hesab edirəm ki, hər iki dövlətin rəsmiləri bu məsələyə ən böyük səviyyədə münasibət bildirsinlər və bu məsələni araşdırsınlar. Əgər Rusiya Azərbaycana hesab verməsə, gələcəkdə bu cür hadisələr yenə də yaşana bilər", - deyə Tofiq Abbasov qeyd edib.

Gülşən Şərif

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:123
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 30 İyun 2025 16:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ukrayna və Finlandiya prezidentləri ABŞ görüşləri öncəsi məsləhətləşmələr aparıblar

26 Dekabr 2025 22:06see199

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

28 Dekabr 2025 01:16see165

Ərəb Liqası İsrailin bu ölkəni tanımasına etiraz üçün toplanacaq

27 Dekabr 2025 23:56see156

BMT: İsrail Livanın cənubundakı sülhməramlı patrul xidmətinə bir gündə iki dəfə hücum edib

27 Dekabr 2025 02:04see154

ВАЖНАЯ НОВОСТЬ для жителей 10 поселков Баку

27 Dekabr 2025 04:45see152

Qəfil qonaq üçün 10 dəqiqəlik tava börəyi resepti

27 Dekabr 2025 07:10see148

Levandovski futbol karyerasının son illərində nələrə nail olmaq istədiyindən danışıb

27 Dekabr 2025 09:30see147

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see140

İlon Maskın “Grok”u “ChatGPT” və “Google Gemini”dən üstün adlandırıldı

26 Dekabr 2025 23:07see139

Alzheimer xəstəliyinin müalicəsində inqilabi kəşf

27 Dekabr 2025 16:19see137

2025 ci il Qafqaz Müsəlmanları İdarəsi üçün nə ilə yadda qaldı?

27 Dekabr 2025 00:47see137

Netanyahu bazar ertəsi Trampla görüşəcək

28 Dekabr 2025 01:01see137

Beyaz bu tarixdə ekranlara dönür Video

27 Dekabr 2025 03:02see136

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

28 Dekabr 2025 00:29see136

Elm adamları araşdırdı: Uşaqlar niyə yemək seçir?

27 Dekabr 2025 08:08see134

Türkiyə millisinin üzvü keçmiş komandasına qayıda bilər

27 Dekabr 2025 00:52see132

“Mançester Yunayted” 3 xalı 1 qolla qazandı

27 Dekabr 2025 07:40see130

Öskürəyə nə yaxşı təsir edir?

27 Dekabr 2025 17:11see130

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see130

Arne Slot: “Qol oyunun gedişatını tamamilə dəyişə bilər”

28 Dekabr 2025 01:00see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri