Icma.az
close
up
RU
Soydaşımızın romanı beynəlxalq mükafata layiq görülüb

Soydaşımızın romanı beynəlxalq mükafata layiq görülüb

Xalq qazeti saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Yazıçı Varis Yolçiyevin Moskvada İSP nəşriyyatında “Müasirlər və klassiklər” seriyasından qısa müddətdə 2 dəfə çap edilmiş “Gecə reysinə bilet” romanı Beynəlxalq Ədəbiyyat Mükafatı – Bienalleyə layiq görülüb.  

Varis Yolçuyev Azərbaycan Yazıçılar Birliyi (AYB) İdarə Heyətinin üzvü, Avrasiya Millətlər Assambleyası Ədəbiyyat Şurasının həmsədridir. O, eyni zamanda, AYB Ədəbiyyat Fonduna rəhbərlik edir. Ədəbiyyatımızın beynəlxalq miqyasda təmsil olunmasına, xarici ölkələrdə azərbaycanlı müəlliflərin kitablarının nəşrinə, festival və müsabiqələrdə iştirakına, ədəbiyyat forumlarının keçirilməsinə layiqli dəstək göstərir.
Əməkdar jurnalist fəxri adını daşıyan Varis Yolçuyev Azərbaycan Dövlət Universitetinin (indiki BDU) filologiya fakültəsinin məzunudur. Bədii-publisistik yaradıcılığa Sumqayıtda çıxan “168 saat” qəzetinin nəşri ilə başlayıb. Dövlət televiziyasında maraqlı verilişlər müəllifi kimi tanınıb. O, həmçinin Azərbaycanda ilk “TV plyus” milli teleradio jurnalının, “Ədəbiyyat və incəsənət” portalının baş redaktorudur. 
Varisin ilk hekayələri Xalq yazıçısı İsmayıl Şıxlının təqdimatı ilə “Ulduz” ədəbi-bədii jurnalında dərc olunub. Onun “Sonuncu ölən ümidlərdir”, “Bir ovuc torpaq”, “Sənə inanıram”, “77-ci gün”, “Əzilmiş fotoşəkillər”, “Son məktub”, “Yaşıl üzlü gündəlik”, “Qızıl cib saatı”, “Uzaqdan gələn yağış”, “Metamorfoz”, “İrəvanda xan qalmadı” və s. romanlarını oxucular maraqla qarşılayıb, tənqidçilər geniş təhlil ediblər.
Soydaşımızın yaradıcılığı bir sıra mükafata layiq görülüb. Onun uğurları “Qızıl kəlmə”, “Dan ulduzu”, Əlibəy Hüseynzadə mükafatları, üzvü olduğu Rusiya Yazıçılar Birliyinin Puşkin və Mayakovski medalları, UNESCO-nun Adam Mitskeviç medalı ilə qeyd edilib. Varis həm də Soçi LİFFT – Avrasiya Ədəbiyyat Festivalının laureatıdır.
“Gecə reysinə bilet” romanının fəsilləri Moskvada “Rossiyskiy kolokol” və Bakıda “Literaturnıy Azerbaydjan” jurnallarında dərc olunub. Bu yaxınlarda isə kitab halında Bakıda, “Yazıçı” nəşriyyatında Azərbaycan dilində işıq üzü görüb. Mir Cəlalın ev-muzeyində – Ədibin Evində romanın təqdimatı keçirilib. Həmin mərasimdə AMEA-nın prezidenti İsa Həbibbəyli, Əməkdar jurnalist Nadejda İsmayılova, Bakı Dövlət Universitetinin professoru Təhsin Mütəllimov və Mərmərə Universitetinin müəllimi, ədəbiyyatşünas Mehdi Gəncəli əsəri yüksək dəyərləndiriblər. Romanın həsr olunduğu görkəmli dövlət xadimi Musa Əliyevin həyat və fəaliyyətindən, onun ədəbiyyatda yaradılan ilk bədii obrazının özəlliklərindən ətraflı bəhs edilib. 
Kitabda Musa Əliyevin Mir Cəlal Paşayevlə sonradan qohumluğa çevrilən dostluğu barədə də söz açılır. Böyük yazıçının oğlu – tanınmış diplomat, ADA Universitetinin rektoru, fizika-riyaziyyat elmləri doktoru Hafiz Paşayev xalqına və dövlətinə ləyaqətlə xidmət etmiş görkəmli şəxsiyyətlərin haqqını verməyin, onları təbliğ edərək gənc nəslin tanımasına şərait yaratmağın vacibliyini vurğulayıb, mənəvi dəyərlər zənginliyinin bir insanın formalaşmasında rolundan bəhs edib.
“Gecə reysinə bilet” hazırda dünyada geniş yayılan non-fikşn (gerçək faktlar) janrında yazılıb. Moskva nəşrinin rəyçisi Rusiya Elmlər Akademiyasının akademiki Aleksandr Momontovdur. O və Rusiyanın digər tanınmış ədəbiyyat xadimləri əsərə yüksək qiymət veriblər. Məsələn, M.Burdin Nəşriyyat Evinin direktoru Yelena Burdina qısaca yazıb: “Əsərlə tanış oldum. İncədir, valehedicidir, dərindir”.
Roman həyatın dibinə düşmüş, Moskva bazarında alverlə gün keçirən Nazim adlı gəncə sonradan örnək olan və onun xilasına çevrilən işıqlı bir ömür yolundan – görkəmli geoloq-alim, dövlət xadimi Musa Əliyevin həyat və fəaliyyətindən bəhs edir. Bu fəaliyyətin əsasında nələr yoxdur! Azərbaycanda Neft daşları epopeyasının yaradılması, ilk dəfə respublikanın zəngin faydalı qazıntı yataqlarının xəritəsinin hazırlanması, Səməd Vurğun və Mirzə İbrahimov kimi şöhrətli yazarların Stalin repressiyasından xilasına kömək, İkinci Dünya müharibəsində Moskvanın müdafiəsinin, neftçi-kadrlar yetişdirməklə faşizm üzərində Qələbənin təmin edilməsinə töhfələr verilməsi, Əlcəzairdə Saxara neft yataqlarının kəşfi və s. 
Göründüyü kimi, Musa Əliyevin ömür yolu milyonlar üçün əsl örnək olub. Romanın müəllifi də elə bu əsasda Nazimin doğru yola qayıtmasını bədii boyalarla təqdim edə bilib. Təsadüfi deyil ki, “Uğur qazanmağın ən düzgün yolu uğur qazanmış məşhurların həyatlarını öyrənməkdir” postulatı ilə çıxmış kitab xaricdə də böyük maraq doğurub. Onu da qeyd edək ki, Moskvada 14 nominasiya üzrə təqdim ediləcək mükafatların hər nominasiyasında 1 yerli və 2 əcnəbi yazıçı təmsil olunur. Roman janrı üzrə soydaşımız Varis Yolçuyev Avstriya yazıçısı Tamara Vinnerlə bərabər qalib elan edilib. 
Rusiya Yazıçılar Birliyinin, “Rossiyskiy kolokol” nəşrinin və Beynəlmiləl Yazıçılar Təşkilatının (BYT) təsis etdiyi bu mükafatın təqdimat mərasimi iyunun 6-da Moskvanın Mərkəzi Ədiblər Evində keçirilib. 

Əli NƏCƏFXANLI 
XQ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:107
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 08 Sentyabr 2026 11:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see294

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see292

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see280

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see259

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see251

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see246

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see239

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see235

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see229

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see228

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see215

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see205

Yoxa çıxan avropalı müşahidəçilər: “təhlükəsizlik mütəxəssisləri” haradadırlar?

21 Oktyabr 2026 10:33see201

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see200

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see198

Günel Afrikadan qız uşağı övladlığa götürmək istəyir

21 Oktyabr 2026 15:52see198

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see196

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see185

Səhiyyə Nazirliyi: Ölkəyə qripə qarşı vaksinlər gətirilib

21 Oktyabr 2026 14:13see184

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri