Icma.az
close
up
RU
Astanada soydaşımızın romanı təqdim olunub

Astanada soydaşımızın romanı təqdim olunub

Icma.az, Azertag saytına istinadən bildirir.

Astana, 17 noyabr, AZƏRTAC

Astanada Rusiyada yaşayan soydaşımız, şairə və yazıçı Şahnaz Saynın rus dilində qələmə aldığı “Prednaçertannaya” (“Alın yazısı”) kitabının təqdimatı keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə mədəniyyət xadimləri, müasir poeziya həvəskarları və gənc müəlliflər iştirak edirlər.

Azərbaycanəsilli yazıçı Şahnaz Sayn kitab üzərində iş prosesindən danışıb, əsərin əsas mövzuları ilə bağlı fikirlərini bölüşüb və qonaqların suallarını cavablandırıb. O, yaradıcılıq yolu, Rusiya ədəbi mühitində qazandığı uğurlar haqqında ətraflı məlumat verib və kitabın təqdimatının məhz Qazaxıstanda keçirilməsinin səbəbini izah edib.

Yazıçının sözlərinə görə, bu tədbirin Astanada keçirilməsi qərarı onun Qazaxıstan kitab pərakəndə satış şirkəti “Meloman” ilə əməkdaşlığının davamıdır və yerli auditoriyanın güclü marağının nəticəsidir. O qeyd edib ki, qələmə aldığı şeirlərin və romanın populyarlığı o qədər sürətlə artıb ki, onun əsərləri Qazaxıstanda marketpleyslər (onlayn kitab satışı-red.) vasitəsilə kütləvi şəkildə sifariş olunmağa başlayıb.

Şahnaz Sayn qeyd edib ki, romanın birinci hissəsi Astanada təqdim olunub, ikinci hissəsi isə hələ çapdan çıxmayıb. “İkinci hissə də çox tezliklə kitab mağazalarında görünəcək”, - deyə o bildirib.

Müəllif şeir yazması haqqında hekayəsini də bölüşüb: “Uzun müddətdir, 18 yaşımdan bəri yazıram, amma ilk kitabım cəmi on iki il sonra nəşr olundu. Heç kim gözləmirdi ki, cəmi bir il yarım ərzində şeir kitabımın tirajı 70 min nüsxəni keçəcək”.

Yazıçı kitablarının Azərbaycan auditoriyasında da böyük əks-səda doğurduğunu vurğulayıb. “Elə oldu ki, kitablarım marketpleyslər vasitəsilə Azərbaycanda da peyda oldu. Keçən il iki dəfə Bakıya səfər etdim və şeir kitablarını təqdim etdik. Həmin vaxt romanı hələ çapdan çıxmamışdı”, - deyə o qeyd edib.

Yazıçı həyata keçirmək istədiyi genişmiqyaslı ədəbi və media planlarından da bəhs edib. O bildirib ki, tezliklə romanının ikinci hissəsi çapdan çıxacaq, həmçinin bu əsərin ekranlaşdırılması üçün səy göstərəcək. Şahnaz xanım layihəni Türkiyə, Azərbaycan, başqa ölkələrdə də həyata keçirmək, habelə yen romanlar nəşr etdirmək planlarını da bölüşüb.

Tədbir oxucularla söhbət və əsərin əsas ideyasının müzakirəsi ilə başa çatıb.

Elşən Rüstəmov

AZƏRTAC-ın xüsusi müxbiri

Astana

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:110
embedMənbə:https://azertag.az
archiveBu xəbər 17 Noyabr 2025 12:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Panik atakla infarktı necə ayırd etmək olar?

28 Sentyabr 2026 23:24see200

Ankarada yüzlərlə sayt BLOKLANDI

29 Sentyabr 2026 02:02see194

4SİM Türk Dövlətləri Təşkilatının Texnologiya Forumunda təmsil olunub

28 Sentyabr 2026 17:31see185

Dövlət Məşğulluq Agentliyində şöbə müdiri İŞDƏN ÇIXARILDI

28 Sentyabr 2026 19:36see160

Paytaxtda bəzi marşrutların iş saatları uzadılacaq RƏSMİ

28 Sentyabr 2026 18:45see155

Maskın raketi suya düşərək partladı Video

29 Sentyabr 2026 01:32see154

Nigerdə iki hücumda təhlükəsizlik qüvvələrinin 50 dən çox üzvü öldürülüb

28 Sentyabr 2026 23:26see154

AMEA prezidenti İsa Həbibbəyli Gürcü Ədəbiyyatı İnstitutunun yubileyində iştirak və çıxış edib

28 Sentyabr 2026 17:45see151

“Zootelepat” qadın 4 nəfəri öldürən filin aqressiyasının səbəbini AÇIQLADI

28 Sentyabr 2026 21:51see151

Azərbaycan cəmiyyətinin özünümüşahidəsi

28 Sentyabr 2026 17:30see151

Azərbaycanda məşhur universitet 3 avtomobil alacaq

28 Sentyabr 2026 18:36see149

Sərnişinlərin NƏZƏRİNƏ: 28 May və Şamaxinka da dəyişiklik

28 Sentyabr 2026 19:05see149

Tikinti sektorunda yeni dələduzluq (Video)

29 Sentyabr 2026 07:08see149

Azərbaycan Orta Dəhlizin 3,2 milyardlıq layihələrində iştirak edir

28 Sentyabr 2026 17:35see148

Starship kosmik gəmisi ilk orbital uçuşundan sonra PARTLADI VİDEO

28 Sentyabr 2026 23:28see148

Çənə və diş ağrısı İNFARKTIN GİZLİ ƏLAMƏTİ ola bilər

29 Sentyabr 2026 04:54see147

17 il əvvəl öldürülən müxalifət liderinə görə 36 nəfər həbs edildi

29 Sentyabr 2026 03:17see147

Türkiyə böyük hesabla məğlub oldu

29 Sentyabr 2026 01:02see147

Bakıda artan kreditin nəticəsi TIXAC

28 Sentyabr 2026 16:17see147

Azərbaycanda kimlər aylıq müavinət ala bilər? SİYAHI

28 Sentyabr 2026 19:33see147
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri