Soydaşlarımız Kanadada Azərbaycan kitablarına qadağaya etiraz edir
Azertag saytından alınan məlumata görə, Icma.az bildirir.
Bakı, 1 may, AZƏRTAC
Kanada Britaniya Kolumbiyası Azərbaycanlıları Cəmiyyəti yerli kitabxanalarda Azərbaycan dilində nəşrlərə qarşı tətbiq edilən qərəzli yanaşmaya etiraz olaraq petisiya hazırlayıb.
Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, petisiyada uzun müddətdir Kanadanın kitabxanalarında nə uşaqlar, nə gənclər, nə də böyüklər üçün Azərbaycan dilində heç bir nəşrin olmadığı bildirilib. Həmin kitabxanalara ədəbiyyatımıza aid nümunələrin bağışlanması üçün dəfələrlə müraciət edilsə də, əsassız səbəblərlə bu təkliflərə imtina verildiyi qeyd olunub.
Cəmiyyət Azərbaycan dilində kitabların Kanadada yaşayan soydaşlarımız üçün vacibliyini vurğulayaraq, bu qərəzli imtinaya dərhal son qoyulmasını tələb edib.
Petisiyaya aşağıdakı keçidə daxil olmaqla səs vermək mümkündür: https://chng.it/cHbdr9KBQV
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:109
Bu xəbər 01 May 2025 12:47 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















