Xarici soydaşlarımız üçün “Ana dili Azərbaycan məktəbi”
Icma.az, Qafqazinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının təşkilatçılığı ilə həyata keçirilən “Ana dili – Azərbaycan məktəbi” layihəsinə qeydiyyat başlayıb.
“Qafqazinfo” xəbər verir ki, Layihənin əsas məqsədi xaricdə yaşayan soydaşlarımızın Azərbaycan dilini öyrənməsinə, milli kimliyini daha yaxından tanımasına, milli şüurlu insan kapitalının formalaşdırılmasına və qorunmasına dəstək göstərməkdir.
Layihədə iştirak etmək istəyən şəxslər öz yaş və dilbilmə səviyyələrinə, həmçinin vaxt zonasına uyğun qruplarda Azərbaycan dili dərslərinə qoşulmaq imkanı əldə edəcəklər. Layihə 6–18 yaş aralığında iştirakçılar üçün nəzərdə tutulub və üç yaş qrupu üzrə təşkil olunur:
- 6 – 10 yaş;
- 11 – 13 yaş;
- 14 – 18 yaş.
Onlayn dərslərə 25 sentyabr 2026-cı il tarixindən başlanılacaq. Dərslər həftədə iki dəfə keçiriləcək və təcrübəli müəllimlər tərəfindən interaktiv formada təşkil olunacaq. Tədris proqramı başlanğıc, orta və yüksək olmaqla üç səviyyə üzrə hazırlanıb.
İştirakçılar yaş qruplarına, Azərbaycan dili üzrə bilik səviyyələrinə və vaxt zonalarına uyğun olaraq qruplara bölünəcəklər. Qruplaşdırma üçün əvvəlcədən qısa dil yoxlaması keçiriləcək.
Proqramı uğurla başa vuran iştirakçılara Azərbaycan dilini bilmə səviyyələrinə uyğun sertifikat təqdim olunacaq.
Layihədə iştirak etmək istəyənlər qeydiyyatdan keçə bilərlər.
Qeydiyyat linki: https://tinyurl.com/mr3h4esj
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:177
Bu xəbər 21 Sentyabr 2026 17:46 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















