Icma.az
close
up
RU
Soydaşlarımız təyyarə qəzasında həlak olanları anır FOTOLAR

Soydaşlarımız təyyarə qəzasında həlak olanları anır FOTOLAR

Unikal.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Bakı-Qroznı reysini yerinə yetirən sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində çoxsaylı insan tələfatı səbəbindən dekabrın 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə matəm elan edilib.

"Unikal" xəbər verir ki, müxtəlif ölkələrdə yaşayan soydaşlarımız, diaspor təşkilatları və fəalları təyyarədə həlak olanların xatirəsini anmaq üçün tədbirlər keçirirlər.

Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyasının (TADEF) üzvləri, diaspor təmsilçiləri, Türkiyədə fəaliyyət göstərən azərbaycanlı sənət adamları, şirkət rəsmiləri, ictimaiyyət nümayəndələri həlak olanların xatirəsini anmaq üçün AZAL-ın İstanbuldakı baş ofisinin qarşısına gəlib. Binanın önünə əklil qoyulub, qara lentlər asılıb, faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Həlak olanların ailələrinə başsağlığı verib, yaralılara tezliklə sağlamlıq arzulayıblar. 

"Land of Fire" təşkilatı Praqanın Köhnə Şəhər Meydanında anım guşəsi yaradıb. Çexiyada yaşayan soydaşlarımız oraya gedərək qərənfillər düzüb, faciə qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad edib, yaralananlara şəfa diləyiblər. 

Misir-Azərbaycan Dostluq Cəmiyyətində soydaşlarımız, cəmiyyətin nəzdindəki kurslarda təhsil alan misirli və xarici tələbələr təyyarə qəzasında həlak olanların xatirəsinə hörmət əlaməti olaraq yaradılan anım guşəsinə güllər düzüblər.

Almaniyanın Münster şəhərində Avropa Azərbaycan Mərkəzinin təşkilatçılığı ilə keçirilən anım tədbirində Dövlət Himnimiz səsləndirilib, həyatını itirənlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbir iştirakçıları hadisə nəticəsində həlak olanların ailələrinin və yaxınlarının kədərinə şərik olduqlarını bildiriblər.

Niderland Azərbaycan-Türk Kültür Dərnəyinin binasında matəm günü ilə əlaqədar bayraqlar yarıya qədər endirilib. Həmin ölkədəki soydaşlarımız faciə qurbanlarını ehtiramla anıblar.

MADANİ Platform və Brüssel azərbaycanlıları Azərbaycanın Belçikadakı Səfirliyinin önündə qəza qurbanlarını anıb, xatirə kitabına ürək sözlərini yazıblar. 

Kanadada yaşayan soydaşlarımız Torontoda Azərbaycan Evi və “Vətən” Azərbaycan İncəsənət və Mədəniyyət Mərkəzində yaradılmış guşəni ziyarət edərək gül dəstələri düzüb, şamlar yandırıblar.

Anım tədbirlərinin iştirakçıları Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təyyarə qəzasının səbəblərinin araşdırılması və onun ağır nəticələrinin aradan qaldırılması ilə əlaqədar atdığı çevik addımları, qəbul etdiyi qərarları dəstəklədiklərini bildiriblər. 

Vətəndən uzaqda yaşayan soydaşlarımız bu dəhşətli hadisədən sonra da bütün dünyaya azərbaycanlıların həmrəyliyini və xalq-dövlət birliyini növbəti dəfə nümayiş etdiriblər.


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:79
embedMənbə:https://unikal.az
archiveBu xəbər 27 Dekabr 2024 17:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see264

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see261

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see249

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see233

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see219

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see210

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see201

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see194

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see186

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see185

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see173

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see171

Hansı ölkədə nazirlərin maaşı çoxdur: Gürcüstanda, yoxsa Azərbaycanda?

21 Yanvar 2026 17:13see170

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see167

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see159

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see157

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see156

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see153

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see150

Bağça müəllimi uyğunsuz görüntülərə görə işindən azad edildi RƏSMİ

21 Yanvar 2026 20:41see147
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri