Icma.az
close
up
RU
Dünya azərbaycanlıları təyyarə qəzasında həlak olanları anır

Dünya azərbaycanlıları təyyarə qəzasında həlak olanları anır

Newscenter.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.


Prezident İlham Əliyev: “Pilotlar və bütün ekipaj böyük qəhrəmanlıq göstərdilər”
AZAL-a məxsus təyyarənin dekabrın 25-də Qazaxıstan Respublikasının Aktau şəhərində qəzaya uğramasından sonra axtarış və xilasetmə əməliyyatları dərhal edilib. Hadisə yerində insanların xilas edilməsi üçün müvafiq qurumlar dərhal fəaliyyətə keçib. Təhlükəsizlik və müayinə işləri aparılb. Hadisə yerinin təhlükəsizliyi təmin edilib. Azərbaycan tərəfindən qəzaya səbəb olan amillərin araşdırılması üçün mütəxəssislər cəlb olunub. Qəzaya uğrayan təyyarə ilə bağlı ətraflı məlumatlar ictimaiyyətə təqdim olunub, ailələrə dəstək göstərilib. Prezident İlham Əliyev dekabrın 29-da Azərbaycan Televiziyasına verdiyi müsahibə bildirib ki, qəzanın təfərrüatları tam araşdırılacaq: “Bundan mənim şübhəm yoxdur. Onu da bildirməliyəm ki, Azərbaycan ilk gündən beynəlxalq ekspertlərdən ibarət qrupun bu işlə məşğul olmasının tərəfdarı idi. Rusiya tərəfi rəsmi qaydada bizə təklif etmişdi ki, Dövlətlərarası Aviasiya Komitəsi bu işi araşdırsın. Biz isə qəti şəkildə bundan imtina etdik. Səbəb də aydındır. Çünki sirr deyil ki, bu qurum daha çox Rusiya məmurlarından ibarətdir və qurumun başında Rusiya vətəndaşları dayanır. Burada obyektivlik amilləri tam təmin edilməyə bilərdi. Əgər qəza baş verəndən dərhal sonra biz Rusiya tərəfindən ədalətli və adekvat addımlar görsəydik, bəlkə də buna etiraz etməzdik. Amma biz gördük ki, burada məsələni ört-basdır etmək cəhdləri göz qabağındadır”. Bu cür hadisələrin dəqiq təhlili və nəticələrinin öyrənilməsi vacibdir ki, gələcəkdə oxşar insidentlərin qarşısını almaq mümkün olsun. Bu, həm də aviasiya təhlükəsizliyinin artırılmasına kömək edəcək. Hər hansı əlavə məlumat və ya inkişaflar olduqda, bu barədə ictimaiyyətə məlumat veriləcək.
Azərbaycan hökumətinin qəzanın araşdırılması üçün beynəlxalq ekspertlərdən ibarət bir qrupun cəlb edilməsini təklif etməsi obyektivlik baxımından mühüm əhəmiyət kəsb edir. Bu yanaşma, hadisənin obyektiv və ətraflı şəkildə araşdırılmasını təmin etmək məqsədini güdür. Beynəlxalq ekspertlərin iştirakı, həm də müstəqil qiymətləndirmələrin aparılmasına və nəticələrin etibarlılığının artırılmasına kömək edir. Bu, həmçinin ölkənin aviasiya təhlükəsizliyinin yüksəldilməsi baxımından önəmli addımdır.
Azərbaycanın istəyi və tələbi bu faciənin bütün təfərrüatlarının ciddi və hərtərəfli araşdırılması və günahkarların məsuliyyətə cəlb edilməsidir. Əminik ki, faciə ilə əlaqədar başlanılmış istintaq prosesi tam şəffaf şəkildə aparılacaq. Prezident İlham Əliyev müsahibdə eyni zamanda, qəzanın səbəblərinin aydınlaşdırılmasını və hadisədə günahkar olanların məsuliyyətə cəlb edilməsini önəmli bir məsələ kimi qeyd edib. Bu, həmçinin ictimaiyyətin etimadını artırmaq və gələcəkdə oxşar hadisələrin baş verməsinin qarşısını almaq üçün əhəmiyyətlidir. Araşdırmanın şəffaf olması və beynəlxalq ekspertlərin iştirakı da bu prosesin düzgünlüyünü təmin edəcək.
Cənab Prezident müsahibədə pilotların və bütün ekipajın böyük qəhrəmanlığını da xüsusi vurğulayıb: “Bu gün mən vida mərasimində iştirak etdim, həlak olan ekipaj üzvlərinin yaxınlarına başsağlığı verdim. Bu gün ekipaj üzvlərinin təltifi ilə bağlı mənim Sərəncamım olacaq. Mən onların fəaliyyətini, peşəkarlığını, fədakarlığını çox yüksək qiymətləndirirəm. Pilotlar və bütün ekipaj böyük qəhrəmanlıq göstərdilər. Pilotlar həm peşəkarlıq, həm qəhrəmanlıq göstərmişlər ki, idarəedilməz vəziyyətdə olan təyyarəni müxtəlif üsullarla idarə edirdilər. Baxmayaraq, təbii ki, pilotlar təcrübəli pilotlar idi və bilirdilər ki, onlar bu qəza enişindən sağ çıxa bilməyəcəklər. Ancaq sərnişinləri xilas etmək üçün onlar maksimum böyük qəhrəmanlıq göstərmişlər və məhz bunun nəticəsində təyyarə qəzasında sağ qalanlar var. Məhz bunun nəticəsində füzelyajın bir hissəsi yanmayıb və məhz bunun nəticəsində bu gün biz tam açıq-aydın deyə bilərik ki, təyyarə Rusiya tərəfindən vuruldu. Bax bu faktdır və bu faktı heç kim dana bilməz. Yenə də biz demirik ki, bu, qəsdən edildi, amma bu, edildi. Pilotlar və ekipaj üzvləri – onlar həm peşəkarlıq, həm soyuqqanlılıq göstərmişlər. Xüsusilə mən qadın ekipaj üzvlərini qiymətləndirməliyəm. Onlar özləri stres vəziyyətində idi. Ancaq sərnişinləri sakitləşdirmək, təyyarənin içində xaos vəziyyəti yaratmamaq üçün görün, onlar nə qədər böyük insani davranış göstərmişlər. Onların fəaliyyəti, yenə də deyirəm, Azərbaycan dövləti tərəfindən layiqincə qiymətləndiriləcək. Allah ölən ekipaj üzvlərinə və bütün həlak olanlara rəhmət eləsin və biz sağ qalanlara Allahdan şəfa diləyirik. Sağ qalanların böyük hissəsi artıq Bakıdadır. Onlar Qazaxıstanda dərhal müalicə almışlar. Bəziləri hələ ki, müalicə alır və imkan olan kimi onlar da Azərbaycana təxliyə ediləcəklər”. Qeyd edək ki, dekabrın 29-da baş vermiş qəza zamanı yüksək peşəkarlıq və şücaət göstərmiş şəxslərin təltif edilməsi haqqında Prezident İlham Əliyev Sərəncam imzalayıb. Sərəmzamda qeyd ediib ki, insan tələfatı və xəsarət alanlar olmasına baxmayaraq, pilotların, bələdçilərin yüksək peşəkarlığı, şücaəti və cəsurluğu sayəsində təyyarə qəza enişi həyata keçirmiş və sərnişinlərin bir qismi xilas edilib. Sərəncama əsasən pilotlar Kşnyakin İqor İvanoviç (ölümündən sonra) və Kalyaninov Aleksandr Georgiyeviç (ölümündən sonra), eləcə də bələdçi Əliyeva Hökumə Cəlil qızı (ölümündən sonra) “Azərbaycanın Milli Qəhrəmanı” adı ilə təltif edilib. Sağ qalan bəldçilər Əsədov Zülfiqar Sərdar oğlu və Rəhimli Aydan Vaqif qızı isə 1-ci dərəcəli “Rəşadət” ordeninə layiq görülüblər.
Xatırladaq ki, Aktauda təyyarə qəzası nəticəsində 38 nəfər həlak olub. Göyərtədəki 37 Azərbaycan vətəndaşından 23-ü həlak olub, 14-ü sağ qalıb. Qırğızıstandan olan 3 sərnişinin hamısı sağ qalıb. 16 Rusiya vətəndaşından 7-si həlak olub, 9-u sağ qalıb. Təyyarədəki 6 Qazaxıstan vətəndaşının hamısı həlak olub. Təyyarə ekipajı 5 nəfərdən ibarət olub: 2 nəfər həlak olub, 3 nəfər sağ qalıb. Bu faciəvi qəza hər bir soyadaşımız sarsıdıb. Xarici ölkələrdə yaşayan azəbaycanlılar da Prezident İlham Əliyevə başsağlığı məktubları yazırlar. Eyni zamanda soydaşlarımız təyyarə qəzasında həlak olanların ailələrinə başsağlığı veriblər. Başsağlığı müraciətlərində bu ağır günlərdə ölənlərin yaxınları ilə birgə kədərləndiklərini, faciədə ölənlərin yaxınları ilə birgə acını bölüşdüklərini qeyd edirlər. Həmçinin bu faciədən xilas olanlara tezliklə sağalmağı arzulayırlar.
Bütün bunlarla yanaşı, müxtəlif ölkələrdəki səfirliklərimizdə, Azərbayan evlərində anım mərasimləri təşkil edilir. Soydaşlarmız bu yerlərə axın edərək təyyarə qəzasında həlak olanların xatirəsinə öz ehtiramını bildirlər. Onlar hadisə ilə əlaqədar təşkil olunmuş xatirə lövhəsinin önünə gül dəstələri düzüb, həlak olanlara Allahdan rəhmət, yaralılara tezliklə şəfa arzulayırlar.
Göründüyü kimi, dünya azərbaycanlıları Aktauda baş vermiş təyyarə qəzasında həlak olanları anır. Bu cür faciələr, təkcə onların yaxınları üçün deyil, həm də bütün azərbaycanlılar üçün dərin bir itkiyə səbəb olur. Həlak olanların xatirəsi hörmətlə anılır və bu çətin dönəmdə ailələrinə dəstək göstərmək önəmlidir. Cəmiyyət, bu itkiləri unutmadan, həm də aviasiya təhlükəsizliyi məsələlərinə daha ciddi yanaşmağa çağırılır.
Nurullayeva Zenfira İslam qızı
Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin xor ixtisası üzrə müəllimi, Azərbaycan Respublikasının Əməkdar müəllimi
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:196
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 30 Dekabr 2024 11:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see347

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see331

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see273

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see265

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see243

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see234

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see222

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see214

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see213

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see210

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see206

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see206

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see202

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see188

Piylənmədən əziyyət çəkən insanlarda şəkər riski artıq olur

12 Noyabr 2026 01:42see188

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see182

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see177

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see176

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see168

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri