Soyuq hava dərini qurudur: Qırmızı və qaşınan dərisi olanlar...
Medicina portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Qapalı məkanlarda rütubət və soyuq hava dəriyə mənfi təsir göstərir. Artan quruluq qaşınma və qızartı problemlərinə səbəb olur.
Medicina.az xəbər verir ki, türkiyli dermatoloq Makbule Dündar, bu dövrdə quruluq, qızartı, yanma və qaşınma kimi şikayətlərin tez-tez rast gəlindiyini bildirib:

"Xüsusilə quru və ekzemaya meylli dərilərdə risk daha yüksəkdir.
Soyuq hava və qapalı məkanlarda aşağı rütubət dəri baryerini zəiflədir.
Qış dərinin ən çox diqqətə ehtiyac duyduğu dövrdür.
Dəri quruduqda qızartı, yanma və qaşınma əhəmiyyətli dərəcədə artır. Xüsusilə quru dərili və ya ekzemaya meylli insanlarda vəziyyət daha ağır ola bilər. Buna görə də, qış aylarında nəmləndirici seçmək vacibdir.
Xüsusilə qış aylarında seramidlər və hialuron turşusu tərkibli nəmləndiricilərə üstünlük verilməlidir. Hialuron turşusu nəmləndiricilərin əsas tərkib hissələrindən biridir və dərinin su saxlama qabiliyyətinə təsir göstərir. Bu maddələr qış dəri baxımı üçün vacibdir".

Dr. Dündar atopik eqzema kimi xroniki dəri xəstəlikləri olanlarda vəziyyətin pisləşə biləcəyini vurğulayıb:
"Yayda zədələnmiş dəri qış aylarında bərpa oluna bilər. Qış olsa da, günəşin mənfi təsirləri davam edir. Xüsusilə ləkə müalicəsinə başlayanlar üçün ən azı SPF 30 günəşdən qoruyucu krem istifadə etmək lazımdır.
Həmçinin, qış aylarında susuzluq hissi azalır.
Su istehlakı dəri sağlamlığı üçün vacibdir. Gündə ən azı 2-3 litr su içilməlidir.
Qış aylarında artan qızartı, yanma, quruluq, qaşınma və ya ləkələr yaşayan şəxslər dərhal dermatoloqa müraciət etməlidirlər.
Dəri problemi irəliləməzdən əvvəl müdaxilə daha yaxşı nəticələr verir".

Aygün
Medicina.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:76
Bu xəbər 13 Dekabr 2025 14:14 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















