Icma.az
close
up
RU
Kosmetik məhsullarda olan spirt dərini qurudur?

Kosmetik məhsullarda olan spirt dərini qurudur?

Saglamolun saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Kosmetik məhsulların tərkibində spirt olması mübahisəli məsələdir.

Buna görə də çoxları tərkibində spirt olan məhsullardan imtina etməyə çalışır. Əgər etil spirtdən söhbət gedirsə, bu, kifayət qədər doğru bir qərardır. Yağlı dərilər üçün olan məhsulların tərkibində tez-tez etil spirtinə rast gəlmək olar. Lakin spirtli kosmetikalardan qəti sürətdə imtina etmək də olmaz. Spirt növləri həddən artıq çoxdur, onlardan bəziləri nəinki dəriyə ziyan verir, az da olsa faydalı ola bilər.

Publika.az oxucuları spirtlərin kosmetik məhsullarda rolu ilə tanış edir.

Zərərli spirtlərdən başlayaq. Kosmetikada etanol çox rast gəlinir. Etil spirti yağlı dəriyə qulluq vasitələrinə əlavə olunur, çünki artıq sebumu dərhal həll edir və iltihabı qurudur. Bununla birlikdə, etanol dərini çox qıcıqlandırır: səthindəki nəmi sözün həqiqi mənasında buxarlandırır, dartılma və quruluq hissi yaradır, nəticədə təbii qoruyucu baryeri məhv edir. Bundan sonra dəri daha da yağlanır, məsamələr genişlənir və yeni iltihablar əmələ gəlir. Digər sadə spirtlər - izopropil və denatürlü spirtlər də eyni xüsusiyyətlərə malikdir. Bu maddələrdən bütün dəri tiplərinin sahibləri çəkinməlidir, çünki zərərdən başqa heç nə verməyəcəklər. Etanolun ən az 70% konsentrasiyasında olduğu yeganə məhsullar əl antiseptikləridir.

Yağlı spirtlər deyilən maddələr var ki, klassik mənada spirtə bənzəmirlər: qatı, mumlu və xarakterik kəskin qoxuya malik deyillər. Yağlı spirtlər kosmetika istehsalçıları tərəfindən bir neçə səbəbdən qiymətləndirilir: məhsullara viskoz, xoş konsentrasiya verir və formulu sabitləşdirir, aktiv maddələrin faydalı xüsusiyyətlərini saxlamağa imkan verir. Bundan əlavə, yağlı spirtlər okklüziv maddələrdir, yəni dərinin səthində nəm saxlamağa kömək edir, buxarlanmasının qarşısını alır.

Yağlı spirtlərə behenil spirti, kapril spirti, setearil spirti, setil spirti, desil spirti, lauril spirti daxildir. Bu maddələrdən ibarət olan kosmetikalar yumşaq və nəmləndirici olduğu üçün bütün dəri tiplərində istifadə edilə bilər. Ancaq hər bir dərinin kosmetik məhsullara fərqli reaksiya verdiyini xatırlamağa dəyər. İlk dəfə yağlı spirtli kosmetika istifadə edirsinizsə, əvvəlcə dərinin kiçik bir hissəsinə tətbiq edin və heç bir reaksiya yoxdursa, məhsulu təhlükəsiz istifadə edə bilərsiniz.

Saglamolun.Az


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:239
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 17 Noyabr 2024 13:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Adanın paylaşdığı sonuncu videoda o da vardı Xalq artisti danışdı

23 Noyabr 2026 22:46see332

İnsandan kif qoxusu gəlirsə, hansı xəstəliyi var?

23 Noyabr 2026 16:43see304

Səhiyyə Menecmenti Forumu 2026 a son 3 gün qaldı

23 Noyabr 2026 17:48see302

Ev təsərrüfatlarının uçotunun arxasında nə dayanır? Yeni sistemin əsl məqsədi

23 Noyabr 2026 16:16see298

Marketlər istədikləri qiyməti müəyyən edə bilməyəcək?

23 Noyabr 2026 17:32see272

Düz bağırsaq xərçənginin aşkar simptomları

23 Noyabr 2026 17:12see268

Fürsətçi… Yunus Oğuz yazır

23 Noyabr 2026 17:46see258

Dünya məktəbinin şagirdləri orbitə peyk buraxacaqlar FOTOLAR

23 Noyabr 2026 16:43see249

Putin süni intellektlə bağlı qərar imzaladı

24 Noyabr 2026 23:02see247

Rusiyada meyiti taplan prodüser Elmir Məhərrəmovla bağlı yeni detallar məlum oldu

23 Noyabr 2026 23:56see243

Türkiyəli aktyor Şapkacı kadınlar a çəkilir

24 Noyabr 2026 03:23see241

Tramp Mirziyoyevə hədiyyəyə görə təşəkkür etdi

24 Noyabr 2026 23:01see225

Adanın qəzaya düşərək həlak olduğu avtomobilin son halı Video

23 Noyabr 2026 22:01see224

Qalmaqallı istefadan 11 gün sonra belə geri döndü Video

24 Noyabr 2026 02:56see224

Brilyant niyə dəyərdən düşür? (Video)

24 Noyabr 2026 23:26see222

Dünya rekordçusu 33 yaşında vəfat etdi

24 Noyabr 2026 22:59see220

Moskva ilə körpüləri yandırmaq istəmirik Ermənistan XİN

24 Noyabr 2026 23:56see216

Azərbaycanəsilli siyasətçi İsveçdə rəhbər vəzifəyə seçildi

25 Noyabr 2026 00:21see210

İran atom bombası əldə edə bilərmi? İsrailin qorxduğu ssenari

24 Noyabr 2026 23:32see209

Demet Akalın jurnalistlərin qarşısında pərt oldu VİDEO

24 Noyabr 2026 19:21see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri