Soyuq və külək dərini qurudur: Dermatoloqdan vacib tövsiyələr
Redaktor.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Payızda soyuq və külək dəridə quruluq, çat və qızartıya səbəb ola bilər.
Redaktor.az xəbər verir ki, dermatoloq və kosmetoloq İrina Kotova soyuq havalarda dərini qorumaq üçün bir sıra tövsiyələr verib.
Mütəxəssis xüsusilə üz və əllər kimi açıq dəri sahələrinin külək və temperatur dəyişikliklərindən qorunmasının vacib olduğunu bildirib.
Kotova bayıra çıxmazdan əvvəl əllər və üz kimi açıq sahələrin isladılmamasını və yaxşıca qurudulmasını tövsiyə edib.
Onun sözlərinə görə, çölə çıxmazdan təxminən beş dəqiqə əvvəl qidalandırıcı və günəşdən qoruyucu kremdən istifadə etmək lazımdır. Belə məhsulların tərkibində adətən keramidlər, lipidlər, allantoin və vitaminlər olur.
Mütəxəssis payız aylarında yüngül teksturalı serum, gel və emulsiyalardan daha qalın teksturalı kremlərə və məlhəmlərə üstünlük verilməsini məsləhət görüb.
Kotova soyuq havalarda əlləri qorumaq üçün əlcəkdən istifadə etməyin də vacib olduğunu vurğulayıb.
Aytəkin TOFİQQIZI
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:172
Bu xəbər 17 Sentyabr 2026 12:06 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















