Icma.az
close
up
RU
Soyuq havalarda kombinin temperaturunu yüksəltməyin CİDDİ SƏBƏB

Soyuq havalarda kombinin temperaturunu yüksəltməyin CİDDİ SƏBƏB

Turkstan.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Qış aylarında havalar kəskin soyuduqda bir çoxumuz dərhal kombinin dərəcəsini artırmağa meyil edirik. Lakin mütəxəssislər xəbərdarlıq edirlər ki, temperaturu birdən-birə yüksəltmək həm büdcənizə zərər verir, həm də istədiyiniz səmərəli istiliyi təmin etmir. Əslində, evi isitməyin daha ağıllı və qənaətli yolları mövcuddur.

Kombini çox yüksək dərəcəyə gətirmək cihazın daha çox yanacaq sərf etməsinə, lakin evin eyni sürətlə isinməməsinə səbəb olur. Çünki divarlar və əşyalar soyuq olduqda, havanın temperaturunu artırmaq sadəcə müvəqqəti bir istilik hissi yaradır. Ən effektiv üsul, kombini orta dərəcədə (məsələn, 40-50 dərəcə arasında) sabit saxlamaqdır. Bu yolla ev tədricən isinir və divarlar istiliyi qorumağa başlayır.

Kombini tamamilə söndürmək niyə yanlışdır?

Bir çox insan evdən çıxarkən qənaət etmək məqsədilə kombini tamamilə söndürür. Lakin bu, ən böyük səhvlərdən biridir. Ev tamamilə soyuduqdan sonra onu yenidən qızdırmaq üçün kombi maksimum güclə işləməli olur ki, bu da bir neçə saat ərzində günlük sərfiyyata bərabər enerji xərcləyir. Bunun əvəzinə, temperaturu minimum həddə (məsələn, 30-35 dərəcədə) saxlayaraq evin soyumasının qarşısını almaq daha qənaətlidir.

Yalnız kombinin dərəcəsinə güvənmək əvəzinə, evin izolyasiyasına da diqqət yetirmək lazımdır. Radiatorların (batareyaların) qarşısını mebel və ya uzun pərdələrlə bağlamamaq istiliyin otağa bərabər yayılmasına kömək edir. Pəncərə və qapı kənarlarındakı boşluqları bağlamaq isə istilik itkisini 20 faizə qədər azalda bilər.

Otaq termostatı istifadə etmək enerjiyə qənaət üçün ən mükəmməl vasitədir. Termostat otağın temperaturunu ölçür və təyin etdiyiniz dərəcəyə çatdıqda kombini avtomatik dayandırır. Bu, cihazın boş yerə işləməsinin qarşısını alır və ayın sonunda kommunal xərclərinizdə nəzərəçarpan dərəcədə azalma yaradır./Musavat.com

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:344
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 11 Yanvar 2026 13:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see392

Tolerantlıq həm də qarşılıqlı etimadın bərpası deməkdir

27 Noyabr 2026 14:34see368

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see365

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

27 Noyabr 2026 12:12see283

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

27 Noyabr 2026 13:35see273

Duş qəbul etmək üçün ən doğru vaxt hansıdır? Mütəxəssis AÇIQLADI

27 Noyabr 2026 11:31see272

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see271

Silikon qablar nə zaman təhlükəli olur? MÜTƏXƏSSİS AÇIQLADI

27 Noyabr 2026 11:07see263

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see255

Mədəaltı vəzi xərçənginə qarşı yeni həbb

27 Noyabr 2026 11:13see254

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see240

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see233

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see231

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see230

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see229

Sənədsiz torpaq sahiblərinə ŞAD xəbər: Bu tarixdən çıxarış ala biləcəklər

27 Noyabr 2026 09:40see228

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see227

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see226

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see222

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see222
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri