Icma.az
close
up
RU
Soyuq və şirin dad...

Soyuq və şirin dad...

Yeniazerbaycan saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Keyfiyyətli dondurmanı necə seçməli?

Dondurmanın xeyri və zərərləri haqqında nə qədər danışılırsa-danışılsın, bu soyuq və ləzzətli təam hələ də həm uşaqların, həm də böyüklərin sevimli desertlərindən biridir. Dondurmalar ölçüsünə, dadına və qiymətinə görə fərqlənir. Marketlərdə müxtəlif şirkətlərin istehsalı olan dondurmaya rast gəlmək olar. Ölkəmizdə yerli istehsalla yanaşı, Türkiyə və Rusiyadan gətirilən dondurmalar da satılır. Onların qiyməti isə müxtəlifdir. Ən ucuz dondurma 50 qəpik, ən bahalısı isə 47 manatadır.

Araşdırmalara görə, dondurma insanın əhvalını yaxşılaşdırır, stressi azaldır. Təbii ki, bütün bunlar yalnız keyfiyyətli məhsula aiddir. Saxta, ucuz, tərkibində palma yağı, kimyəvi qatqılar və s. ziyanlı maddələr olan dondurma sağlamlığa yalnız ziyan vura bilər.

Dondurmanın xeyri və zərərləri haqqında nə qədər danışılsa da, heç kim bu soyuq və dadlı təamdan vaz keçə bilmir. Düzgün olmayan və antisanitariya şəraitində satılan dondurmalar asanlıqla yararlı qida məhsulundan təhlükəli məhsula çevrilə bilir. Bu baxımdan, yuxarıda qeyd etdiyimiz məqamlara diqqət etməkdə fayda var. Bəs, keyfiyyətli dondurmanı necə seçmək olar?

Acı dadı varsa...

Sualımızı cavablandıran Azad İstehlakçılar İctimai Birliyinin (AİİB) sədri Eyyub Hüseynov “Yeni Azərbaycan”a açıqlamasında qeyd edib ki, dondurmalar süd məhsulu olaraq təhlükəli məhsullar sırasına daxildir. Onun sözlərinə görə, isti aylarda ən çox gəlir gətirən sahələrdən biri də dondurma ticarətidir: “Dondurma tez həzm olunan süd məhsuludur. Bütün dondurmaların istehsalında kərə yağından istifadə edilir. Bəzi hallarda kakos yağından da istifadə edilə bilər. Dondurmanın dadında acılıq hiss olunursa, yaxud  boğazda acılıq yaranırsa, bu, o deməkdir ki, hazırlanarkən ya vaxtı keçmiş, ya da turşumuş kərə yağından istifadə edilib. Yaxud da bitki yağı ilə hazırlanıb. Bu, yararsız dondurma hesab edilir. Hazırda ölkədə 27-dən çox dondurma istehsalçısı var ki, onlardan bəziləri kiçik sexlərdir”.

Maksimum 10 ay...

Birlik sədrinin sözlərinə görə, dondurma maksimum 10 ay müddətinə istifadə edilməlidir: “Bu gün ölkəyə xaricdən dondurmalar gətirilir ki, 1 ilə qədər yararlıq müddəti var. Belə hallar süd məhsulu üçün arzuolunan deyil. Xaricdən gətirilən dondurmalar daha təhlükəli hesab edilir. Çünki onlar daşınma zamanı müəyyən temperatur riskinə məruz qalırlar”.

1500 manat cərimə

E.Hüseynov qeyd edib ki, əgər dondurma əvvəl istiyə məruz qalıb, sonra yenidən dondurulursa, satışı qadağan olunmalıdır: “Belə məhsul satan şəbəkəni minimum 1500 manat cərimə gözləyir. Vətəndaşları bu cür şübhəli vəziyyətlər zamanı Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) qaynar xəttinə məlumat verməyə çağırıram”.

Bu dondurmalardan uzaq durun!

AİİB sədri vurğulayıb ki, açıq şəkildə satılan dondurmalardan mümkün qədər uzaq durmaq lazımdır. Çünki adətən vaxtı keçmiş dondurmalar açıq şəkildə satılır və onun istehsal tarixi haqqında məlumat əldə etmək mümkün olmur: “Hətta bəzi sexlər var idi ki, yanvar ayından dondurma istehsalına başlayıb, qablaşdırmanın üzərində aprel ayını qeyd edərək satışa veriblər”.

Dondurma qabı əzilibsə...

E.Hüseynov bildirib ki, bir çox dondurma istehsal edən müəssisələr əhalinin xarici dondurmaya üstünlük verdiyini nəzərə alaraq xarici dondurmaların qablaşdırmasını imitasiya edərək yerli dondurmanı həmin qabda qablaşdıraraq satışa təqdim edirlər: “Bununla paralel satışda kifayət qədər köhnə dondurmalar var. Alarkən qablaşdırmaya fikir vermək lazımdır. Əgər qab əzilibsə, dondurma formasını itiribsə, bu, dondurmanın temperatur dəyişikliyinə məruz qaldığını göstərir. Vətəndaşların sağlamlığı öz əllərindədir. Dondurma alarkən onun hansı şəraitdə saxlanıldığına, məhsulda qeyd etdiyimiz keyfiyyətsizlik əlamətlərinin müşahidə edilib-edilmədiyinə fikir verməlidirlər”.

Yeganə BAYRAMOVA

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:109
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 12 İyun 2026 10:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see423

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see415

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see291

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see272

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see261

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see254

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see252

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see249

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see246

Bəzi magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq

25 Oktyabr 2026 13:45see231

Dünyanın diqqətlə izlədiyi tibbi sensasiya Erkən ölümün qarşısını alan ən sadə formul açıqlandı

25 Oktyabr 2026 15:32see219

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see215

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see213

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see211

İnsanlar cəmi 6 deyil, 27 fərqli emosional hal var

25 Oktyabr 2026 13:08see208

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see206

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see205

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see202

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see202

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see199
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri