Icma.az
close
up
RU
“Söyüş müxalifəti”ni kim(lər) aktivləşdirir?” Faktlar, sübutlar...

“Söyüş müxalifəti”ni kim(lər) aktivləşdirir?” Faktlar, sübutlar...

Icma.az, Qafqazinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Biz SSRİ dönəmində kənara çox fokuslana bilmirdik deyə, dünyada baş verən prosesləri də adekvat təhlil etməkdə, çözməkdə çətinlik çəkirdik. Amma elə ki, müstəqil olduq, necə deyərlər, bütün “panorama” üzümüzə taybatay açıldı.

Üstəlik, bir qaçılmaz (mütləq) həqiqət də ortalıqda tam görünüşlə, rakursla, anlatımla bərq vurdu: Öncə dövlətinə dil uzadan timsahlardan, yalquzaqlardan qorunmağı bacarmalı və yalnız bundan sonra inkişaf etməli, önə çıxmalı, haqq davası aparmalısan.

Niyə qorunmaq məsələsini xüsusi vurğulayıram?

Çünki, müdafiənin təməl və sütunları yerbəyer edilməyincə dövlət və dövlətçilik barədə ucadan danışmaq olmur, kimdənsə ədalət tələb etmək olmur, möhkəmlənmək, bütövləşmək olmur.

AXC - Müsavat xuntası da hakimiyyəti məhz yıpradılmış, tükədilmiş vəziyyətdə Heydər Əliyevə təhvil verdiyi üçün Ulu Öndər ilkin dövrlərdə çox yükləndi, çox əziyyət çəkdi və bir neçə missiyanı eyni anda həyata keçirmək məcburiyyəti, hətta məhkumiyyəti ilə üzbəüz qaldı.

Həm sıfırdan dövlət qurasan, həm də paralel fonda “boynuyoğun”, başıpozuq qüvvələrlə açıq mübarizə aparasan...

Ağır işdir. İnanılmaz ağır. Həddən ziyadə ağır!!!

Gerçəkdən...

Təsəvvür edin: Bir vaxtlar irəli (milli zəmində) nə addım atılırdısa, tərəfimizdən - qlobal güclərin hansısa birinin maraqları ilə üst - üstə düşməyən nə strategiya sərgilənirdisə, müstəqilliyin möhkəmləndirilməsi, kənar təsirlərin azaldılması istiqamətində nə səylər göstərilirdisə, anındaca qorxunc və təhlükəli təpkilərlə qarşılaşırdıq.

“Sadval”, “Talış Muğan Respublikası”, “OMON” təsadüfi proyektlər idimi?

Yox, əlbət!

Afiyəddin Cəlilovun, Şəmsi Rəhimovun qətli necə?

Sonrakı mərhələdə həmin siyahıya Ziya Bünyadovun da adının əlavə edilməsi necə?

1994-cü ildə Bakı Metropolitenində ard-arda törədilən terror aktları necə?

Heydər Əliyevə qarşı düzənlənən çoxsaylı sui-qəsd cəhdləri necə?

Təsadüf idimi? Yox, yox, yenə də yox, əlbət!

Təfsilatlara varıb yoruculuq etməmək üçün sadəcə bir faktı deyəcəyəm:

Yuxarıda bəhs etdiyim metro terrorları “Əsrin müqaviləsi”ndən 2 ay əvvəl, Afiyəddin Cəlilovla Şəmsi Rəhimovun qətli isə həmin müqavilədən cəmi 9 gün sonra, yəni 29 sentyabrda icra edilmişdi!

***

Yaxşı bəs bu gün nələr baş verir? - İnanın, yenə də eyni şeylər...

Sadəcə üsul fərqi ilə. Məkan fərqi ilə!

Hədəfə alınan nəqliyyat vasitələrinin rotasiya fərqi ilə!

Xəfiyyələrin, agentlərin dövrə uyğun dəyişdirilmə fərqi ilə!

“Milyarderlər İttifaqı”ndan “Milli Şura”ya qədər qət edilən yolun eniş, düşüş, rəzalət fərqi ilə!

Dəyərli oxucular!

Sizdən sadəcə 3 hadisəni yenidən xatırlamanızı xahiş edəcəyəm.

1) Rus sülhməramlılarının bölgədən tamamən çıxarılması və Qarabağ sərhədlərindən uzaqlaşdırılması.

Ardınca nə baş verdi? - Dərhal, təyyarəmiz vuruldu.

2) Vaşinqtonda keçirilən üçtərəfli görüş və sülh müqaviləsinin mətninin paraflanması.

Ardınca nə baş verdi? – Dərhal, “Ramiz Mehdiyev - Əli Kərimli” kartı şimal qonşumuz tərəfindən aktivləşdirildi və mövcud hakimiyyətin üzərinə yönləndirildi.

3) İlham Əliyev və ailəsinin Davosda xüsusi qarşılanması, orada fövqəladə əhəmiyyətli görüşlərin, qəbulların keçirilməsi və Trampın ideyası ilə yaradılan “Sülh Şurası”nın Nizamnaməsinə Azərbaycan Liderinin imza atması.

Ardınca nə baş verdi? - Dərhal, “söyüş müxalifəti” hərəkətə gətirildi və bir sürü yaramazın, üzdənirağın vasitəsilə yeni iftiralar, hədyanlar, feyk məlumatlar sosial media hesabları üzərindən tirajlandı.

***

Bizim düşmənlərin mahiyyəti, səviyyəsi, düşüncə tərzi, əhatə dairəsi, çevrəsi – eynən bayaq söylədiyim kimi – bax, budur!

Gör nə günə qalıblar ki, küçə uşağı Mehmandan, pilot layihə əsasında dünyaya gələn Qabildən, ağzının şorbası tökülən Tural Sadıqlıdan mədəd umurlar, onlara sifariş, tezis göndərirlər, belə zir - zibilləri danışdırmaqla, hürdürməklə nəyəsə nail olacaqlarını düşünürlər!

Oysa, cənablar! Bilin və agah olun: Mümkün deyil!

Pulunuzu su kimi axıtsanız da, 50 cür saxta hekayə uydursanız da, şizofren gədələri bir - birinin ardınca sirk səhnəsinə buraxsanız da, klouna çevirsəniz də alınası şey deyil!

Getdi, o dövr!

Getdi, binamusların namus moizəsi oxuduğu dövr!

Getdi, anasından, bacısından bixəbərlərin qeyrətdən danışdığı dövr!

Getdi, qızının, nəvəsinin tərbiyəsiz videolarına hətta öz tarixi araşdırmalarında belə rast gəlməyənlərin siyasi əxlaqdan, düzgünlükdən, ədalətdən dəm vurduğu dövr!

Getdi, xarici ölkələrin əlində “peşka”, alət, vasitə olanların utanmaz - utanmaz, qırmızı - qırmızı milli qürurdan, mənəviyyatdan, ləyaqətdən bəhs etdiyi dövr!

***

Bütün vətən xainlərinin Bakıya qayıdacağı, təyyarədən ürkək baxışla, dövşan yerişi ilə düşəcəyi, məhkəmə qarşısında əli qandallı, quzu balası kimi dayanacağı gün uzaqda deyil.

İnanın, heç uzaqda deyil.

Yetər ki, bir az səbrli olaq...

Elşən Musayev, Milli Məclisin deputatı, Demokratik Maarifçilik Partiyasının sədri

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:93
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 01 Fevral 2026 15:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İrana qarşı hərbi əməliyyatlar Azərbaycana təsirsiz ötüşməyəcək

31 Yanvar 2026 00:12see358

İranla birbaşa müharibə Tramp hakimiyyətinin sonu ola bilər ŞƏRH

30 Yanvar 2026 17:09see315

Qeyri neft ixracında rekord nəticə

31 Yanvar 2026 10:46see251

Məşhur memardan ev dekorasiyası dərsləri: Bu əşyaları evimə əsla qoymuram

31 Yanvar 2026 08:12see211

Gəncədə 18 yaşlı gənc bıçaqlandı

31 Yanvar 2026 23:51see198

Bürclərə inanmaq psixoloji pozuntuların əlamətidir?

30 Yanvar 2026 17:39see194

Elmi və mədəni maarif proqramları strateji əhəmiyyət daşıyır

30 Yanvar 2026 16:03see181

Hikmət Hacıyevdən İranla bağlı MÜHÜM KONKRET

30 Yanvar 2026 20:56see160

Trampdan İrana sərt mesaj: “Daha pis ssenari mümkündür”

01 Fevral 2026 02:28see159

Gəncə şəhər Baş Polis İdarəsinə yeni rəis təyin edilib

31 Yanvar 2026 02:40see159

Gec yatanlarda bu xəstəliklər yarana bilər Araşdırma

31 Yanvar 2026 01:09see158

Türkiyə serialları ailə və mədəni dəyərləri zəhərləyir Aydın Xam Əbilov

30 Yanvar 2026 19:07see158

İsveçrədəki məhkəmə prosesi İtaliya ilə gərginliyə səbəb olub

30 Yanvar 2026 22:47see156

Teleradio Akademiyasında “Mediada Azərbaycan dili” mövzusunda növbəti təlim keçirilib

31 Yanvar 2026 16:15see153

Hikmət Hacıyev: Azərbaycan İrandakı vəziyyətlə bağlı ABŞ ilə müzakirə aparmayıb

30 Yanvar 2026 23:20see150

Azərbaycan güləşçiləri Göygöldə növbəti təlim məşq toplanışına başlayıblar

30 Yanvar 2026 17:51see146

Ziya Məmmədov yeraltı biznesi geri qaytarır

31 Yanvar 2026 04:51see140

Antonio Konte: “Bu matçlar oyunçuları və futbolu öldürür”

01 Fevral 2026 01:49see140

Manatı saxta puldan necə ayırd etmək olar? Bunları bilənlər aldanmır

01 Fevral 2026 06:08see139

Neftçi Araz Naxçıvan a, Qarabağ Turan Tovuz a qarşı

01 Fevral 2026 09:33see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri