Icma.az
close
up
RU
Söyüş müxalifəti nin səhifəsi bağlanır Azərbaycan hərəkətə keçdi

Söyüş müxalifəti nin səhifəsi bağlanır Azərbaycan hərəkətə keçdi

GlobalInfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Martın 16-da Azərbaycan Respublikası Baş Prokurorluğunun qanunvericiliyə uyğun olaraq bəzi şəxsləri – Qabil Məmmədov, Məhəmməd Mirzəlini, Elşad Məmmədov, Məmmədov Qurbanı İstintaq İdarəsinə çağırılması diqqət çəkib. Ölkə xaricində fəaliyyət göstərən və ictimaiyyətdə “söyüş müxalifəti” kimi tanınan bu şəxslər müxtəlif maddələr üzrə təqsirli bilinirlər.

Bu, nəyin əlamətidir? Onları sığındıqları Avropa ölkələrindən Bakıya gətirmək mümkün ola bilərmi?

Globalinfo.az-a danışan Mili Məclisin deputatı Hikmət Babaoğlu deyib ki, “söyüş müxalifəti”nin qərəzli fəaliyyəti əslində islamafob və ermənipərəst mərkəzlərin Azərbaycana qarşı apardıqları dəyərsizləşdirmə siyasətinin tərkib hissəsidir:

“Onlar Azərbaycan xalqının, dövlətinin dəyərlərinə hücum etmək, onu gözdən salmaqla dəyərsizlik mühiti yaradırlar.

Hikmət Babaoğlu

Liderlərimizə hücum etməklə lidersizləşdirmə siyasətinə xidmət edirdilər. Hazırda informasiya müharibəsində yeni mərhələyə qədəm qoymaqdayıq. “Söyüş müxalifəti”ilə yanaşı, dünyada ideoloji müstəvidə fəaliyyət göstərən digər cərəyanlar da ifşa olundu. Ona görə də yeni mərhələyə qədəm qoymalıyıq. Məsələn, Amerikanın Səsi, Azadlıq Radiosunun ABŞ tərəfindən bağlanması, USAİD-in fəaliyyətinin dayandırlması və s. olarkən “söyüş müxalifətinin” dəyərsizləşdirmə və lidersizləşdirmə siyasətini davam etdirməsi mümkün deyil. Azərbaycan Respublikasının Baş Prokurorluğu vaxtında qərar qəbul edib. Ölkəmizə, xalqımızın milli maraqlarına qarşı ermənipərəst, islamafob mərkəzlərlə əlbir olub, fəaliyyət göstərən şəxslər mütləq Azərbaycan hüquq-mühafizə orqanları qarşısında cavab verməlidirlər.

Onların Azərbaycana gətirilməsi də mümkün haldır. Çünki Avropa başa düşür ki, bu siyasət onlar üçün uğurlu nəticələnmədi. Fransa Prezidenti Emmanuel Makronun önümüzdəki mərhələdə hakimiyyətdən getməsi ilə yeni nəsil liderlərin hakimiyyətə gəlişini görəcəyik. Böyük Britaniya, Almaniya buna misaldır. Artıq Avropanın öz problemləri ilə məşğul olması üçün zərurət yaranıb. Azərbaycan da öz nüfuzundan istifadə edib həmin cinayətkarları ölkəmizə gətirilməsinə və layiqli cəzasının verilməsinə nail ola bilər”.

Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin sədri, politoloq Xəyal Bəşirov isə məsələyə belə münasibət bildirib:

Xəyal Bəşirov

“Avropanın ayrı-ayrı ölkələrindən, o cümlədən digər dövlətlərdən uzun illərdir, Azərbaycana qarşı müxtəlif qanunsuz, hüquqa zidd çağırışlar edən, ayrı -ayrı şəxslərə qarşı təhqiredici fikirlər səsləndirən bəzi şəxslərlə bağlı Azərbaycan Respublikasının Baş Prokurorluğunun istintaqa dəvət etməsi ilə bağlı məlumatların şahidi olduq. Bu o deməkdir ki, Azərbaycan dövləti bu səhifəni qapatmaq istəyir. Uzun müddətdir ki, qanunsuz fəaliyyətlə məşğul olan şəxslərdə yalnız üzdə görünən işləri var idi. Lakin prokurorluqdan ictimaiyyətə verilən məlumatlarda törətdikləri əməllər aşkara çıxacaq. Vətəndaşların hüquqlarını pozmaq, dələduzluq əməlləri törətməkdə ittiham edilirlər.

İstintaqa cəlb edilən şəxsin könüllü şəkildə gəlməsi yüngülləşdirici hal kimi qəbul ediləcək. Bu çağırış həm də həmin şəxslərin yaşadığı ölkələrə bir xəbərdarlıqdır. Həmin dövlətlər belə şəxslərin qanuna və hüquqa zidd əməlləri ilə bağlı addımlar atmalıdırlar. Əgər atmırlarsa, demək, bu şəxslərin gizlənməsi üçün şərait yaradırlar. Qanuna zidd əməl törədən istənilən şəxsin istintaqa cəlb edilməsi ayrı-ayrı dövlətlərin hüquq mühafizə orqanları tərəfindən reallaşdırılır. Bu günə qədər belə halların şahidi olmuşuq. Azərbaycanın bu müstəvidə bir çox ölkə ilə müqaviləsi var. Cinayət törətməkdə ittiham olunan şəxslərin mübadiləsi baş tutmalıdır. Tam hüquqi əsası var”.

Safura Bənnayeva
Globalinfo.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:238
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 18 Mart 2025 05:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see379

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see281

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see266

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see255

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see251

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see246

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see242

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see241

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see235

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see226

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see215

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see204

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see201

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see201

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see199

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see199

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see199

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see191

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see189

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri