Icma.az
close
up
RU
Qərb “söyüş müxalifəti”ni neytrallaşdırır...

Qərb “söyüş müxalifəti”ni neytrallaşdırır...

Axar.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Təxminən 6 il öncə - 2018-ci ildə Azərbaycan siyasi cameəsində bütün ənənə və əxlaq sərhədlərini alt-üst edən yeni xətt ortaya çıxdı: “söyüş müxalifəti”. Etik çərçivələri gözardı edənlər və ya ümumiyyətlə, tanımayanlar söyüş və təhqirlə mübarizə apardığını iddia edir, milli və dövlət maraqlarını belə nəzərə almadan, Azərbaycana qarşı planlarda həvəslə yer alırlar.

Onlar kimdir və niyə söyüş söyürlər?

Avropanın müxtəlif paytaxtlarında mənzillənən bu şəxslər özlərini “mühacir”, fəaliyyətlərini isə “bloqerlik” adlandırır. Hərçənd, onların Avropaya “mühacirəti”nin səbəbləri iddia etdikləri kimi təqib, yaxud təzyiqlə üzləşmələri yox, sırf şəxsi məsələlər olub. Biri təhsil adı ilə, biri şəxsi problemlərinə görə gedib, başqa biri əvvəldən Avropada yaşayır və s.

Onların “siyasiləşməsi”nin əsas səbəbi də Avropada müftəxor həyat sürməkdir, çünki yaşamaq üçün işləməkdənsə, Azərbaycanı söyərək, “siyasi mühacir” olduğunu iddia etmək və buna görə orada qalmaq və maliyyə əldə etmək “haqqını” qazanmaq daha asan yoldur. Söyüşə əl atmaları isə həm intellekt səviyyəsindən, həm də diqqəti daha çox çəkmək məqsədindən qaynaqlanır.

İndiyə qədər “söyüş müxalifəti” iki üstünlükdən istifadə edib.

1. Virtual aləmin cəzaslıq mühitindən;

2. Avropa paytaxtlarına “sığınmalarından”;

Və həm Azərbaycan müxalifətinin radikal qanadından, həm də Qərbdə erməni diasporu/lobbisinin də daxil olduğu anti-Azərbaycan dairələri tərəfindən dəstəkləniblər.

Bu dəstək və cəzasızlıq mühiti “söyüş müxalifəti”ndə toxunulmazlıq eqosu yaratmışdı. Onlar düşünürdülər ki, bu qalxan daim mövcud olacaq və Azərbaycana qarşı söyüş-təhqir kampaniyasını aparmaqla Avropa paytaxtlarında lüks həyatlarını davam etdirə biləcəklər. Lakin bir məqamı unudurlar: regionun ən güclüsü olan Azərbaycan xüsusi xidmət orqanlarının xaricdə geniş əlaqələri var və hər şeyi nəzarətdə saxlayır, onların nə etdiklərini faktlarla sübut edirlər.

Təsadüfi deyil ki, artıq Qərb xüsusi xidimət orqanları “söyüş müxalifəti”nin üzvlərini ifşa etməyə başlayıb. Bu ilin əvvəlində Almaniya hüquq-mühafizə orqanlarının “söyüş müxalifəti”nin üzvləri ilə bağlı apardığı geniş araşdırma bunun bariz nümunəsidir. Məlumatlara görə, araşdırma Azərbaycan xüsusi xidmət orqanlarının təqdim etdiyi faktlara əsasən aparılır.

Bununla yanaşı, “söyüş müxalifəti”nin bir sıra üzvlərinin yaşadıqları ölkələrdən deportasiya edilməsi, bəzilərinin Azərbaycana təhvil verilməsi də belə nümunələrdəndır. Əxalaqsızlığın ömrü uzun olmur və ibarəli desək, “söyüş müxalifəti”ndə “yarpaq tökümü” başlayıb.

Bu, Avropa paytaxtlarında “söyüşlə” yaşayanların etdiklərinə görə tezliklə cavab verəcəklərinin anonsu hesab edilə bilər. Onların hər biri sonda Azərbaycana təhvil veriləcək, ən geci istifadə müddətləri bitəndə...

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:202
embedMənbə:https://axar.az
archiveBu xəbər 19 Dekabr 2024 18:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

07 Oktyabr 2026 18:19see788

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

07 Oktyabr 2026 18:12see749

Tacikistan və İran quru sərhəd keçidləri də daxil olmaqla, tam vizasız rejimə keçiblər

07 Oktyabr 2026 18:17see745

Bakıda gizlin qumarxana aşkarlandı FOTO

08 Oktyabr 2026 01:13see542

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

07 Oktyabr 2026 18:13see531

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

07 Oktyabr 2026 18:21see497

Niyazi Bayramov növbəti dəfə vətəndaşlarla görüşdü Fotolar

07 Oktyabr 2026 18:20see399

Karyera seçimi, qərarvermə və liderlik: UNEC in məzunu tələbələrə təcrübəsindən danışıb

07 Oktyabr 2026 18:17see381

Yenidən məhkəmədə üz üzə gələcəklər

07 Oktyabr 2026 18:13see369

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır ŞƏRH

07 Oktyabr 2026 18:13see363

La Liqanın ən bahalı 10 oyunçusu SİYAHI

07 Oktyabr 2026 18:17see339

“Comelson Business Expo 2026”: biznesin rəqəmsal transformasiyası

07 Oktyabr 2026 17:49see335

İnnovasiya xəritəsində yüksələn Azərbaycan

07 Oktyabr 2026 17:54see290

Azercell “Gamesummit” və “Omni AI Summit”in eksklüziv tərəfdaşıdır

07 Oktyabr 2026 17:46see287

Onun Azərbaycanla əlaqəsi yoxdur Alman kəşfiyyatı

07 Oktyabr 2026 18:13see261

Azərbaycan Kuboku: 2 oyuna 18 qol

07 Oktyabr 2026 18:11see260

Arteta Arsenal la müqaviləsini uzatdı maaşı da bəlli oldu

07 Oktyabr 2026 18:14see259

Ümumdünya Layiqli Əmək Günü ilə əlaqədar tədbir keçirilib

07 Oktyabr 2026 18:16see252

Azərbaycan əsgəri cəzasının bir hissəsini Ermənistanda çəkəcək Paşinyan

07 Oktyabr 2026 18:23see223

Portnikov: Ukrayna əsgərləri və dronları müharibədə qalib gələcək...

07 Oktyabr 2026 18:12see223
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri