“Söz haqqınız ola bilməz” Xamenei Trampa etiraz etdi
Azpolitika.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
İranın ali dini lideri Ayətullah Əli Xamenei ABŞ Prezidenti Donald Trampın İranla imzalanması planlaşdırılan nüvə anlaşması layihəsində Tehranın uranyum zənginləşdirmə imkanının olmadığını açıqlamasına münasibət bildirib.
O, çərşənbə günü verdiyi bəyanatda ABŞ-nin bu məsələyə müdaxilə etməyə haqqının olmadığını bildirib.
Xamenei dövlət televiziyasında yayımlanan çıxışında, “İranın uranyum zənginləşdirməsi edib-etməməsi məsələsinə niyə müdaxilə edirsiniz? Söz haqqınız ola bilməz”, – deyə bildirib.
Qeyd edək ki, Ağ Ev sözçüsü Leonid Livitt ABŞ ilə İran arasındakı nüvə danışıqlarına dair mətbuat konfransında danışarkən ABŞ-nin İran üçün təqdim etdiyi təklif layihəsində məhdud miqdarda uranyum zənginləşdirmə imkanı verilməsi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.
“Bu iddiaların detalları barədə şərh verməyəcəyəm. Biz danışıqları media üzərindən aparmırıq. Prezident (Tramp) dünən Truth Social hesabında mövqeyini açıq şəkildə ortaya qoydu”, – deyə vurğulayıb.
"AzPolitika.info"
Baxış sayı:55
Bu xəbər 04 İyun 2025 11:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















