Icma.az
close
up
RU
Sözdən güclü azadlıq olmaz!

Sözdən güclü azadlıq olmaz!

Icma.az, Yeniazerbaycan saytına istinadən bildirir.

Ölkəmizdə plüralizmi məhdudlaşdıran heç nə yoxdur...

Bəşəriyyətin ən təməl və qiymətli hüquqlarından biri olan fikir və söz azadlığı yalnız hüquqi bir konsept deyil, həm də insanın daxili dünyasına, düşüncələrinə və ifadələrinə verdiyi ən böyük hörmətdir. Cəmiyyətlər fikir və söz azadlığı olmadan yalnız fiziki cəhətdən var ola bilərlər. Təəssüf ki, hələ də bir çox ölkədə fikir azadlığı məhdudlaşdırılır. Bu, insan ruhunun, insanlıq ideallarının, hətta bəşəriyyətin gələcəyinin “boğulması”dır.

Sevindirici haldır ki, Azərbaycanda söz azadlığı Konstitusiyanın əsas prinsiplərindən biri olaraq qorunur. Fikir azadlığı Konstitusiyamızın 47-ci maddəsi ilə təmin olunub. Dövlət hər bir vətəndaşın fikirlərini sərbəst ifadə etməsi hüququnu müdafiə etməyə çalışır, bu sahədə atılan addımlar və tətbiq olunan qanunvericilik, ölkədə demokratik və sərbəst mühitin mövcudluğunu dəstəkləyir. Həmçinin beynəlxalq hüquq və müxtəlif hüquqi konvensiyalarla uyğunlaşaraq Azərbaycan bu hüququn əhəmiyyətini təsdiqləyir.

Qapalı cəmiyyətlər hər zaman inkişafdan geri qalıb

Mövzu barədə “Yeni Azərbaycan”a açıqlama verən millət vəkili Azər Badamov bildirib ki, söz və mətbuat azadlığı, fikir plüralizmi açıq cəmiyyət quruculuğunun prioritet məsələlərindən biridir, söz və mətbuat azadlığı demokratiyanın göstəricisidir: “Biz açıq cəmiyyət qurmaq, vətəndaşın dövlətin həyatındakı rolunu artırmaq istəyiriksə, mütləq söz və mətbuat azadlığını təmin etməli, fikir müxtəlifliyinə nail olmalıyıq. Demokratik təsisatların inkişaf etməsinin qeydinə qalmalıyıq. Çünki şəffaf cəmiyyət quruculuğu, açıq və ədalətli mübarizə mühitinin inkişafını təmin edir, yeni hədəflərin, ideyaların ortaya çıxmasına səbəb olur. Qapalı cəmiyyətlər isə hər zaman inkişafdan geri qalıb. Fikir azadlığı və demokratiya olmayan, hamının eyni cür düşünməyə məhkum edildiyi ölkələr müxtəlif kriteriyalar üzrə rəqabətdə azad və demokratik dövlətlərə məğlub olurlar”.

Qanunvericiliyimizdə kifayət qədər maddələr var

A.Badamovun sözlərinə görə, bu gün ölkəmizin media məkanında mövcud qanunvericilik olduqca təkmilləşdirilib: “Azərbaycan demokratiya yolu ilə gedən dövlətdir. Həmçinin 1995-ci ildə qəbul edilən Konstitusiyada söz azadlığı, plüralizm, insan hüquqlarının müdafiəsi və qorunması, vicdan azadlığı, qadın və kişilərin bərabərhüquqlu olması məsələsi açıq-aydın öz əksini tapıb. Sonradan keçirilən referendumlarda da bununla bağlı təkmilləşmələr aparılıb. Qanunvericilikdə söz azadlığı və plüralizmlə bağlı kifayət qədər maddələr var. Bu gün ölkəmizdə plüralizmi məhdudlaşdıran heç nə yoxdur. Azərbaycanda sərbəst toplaşmaq, söz azadlığı haqqında qanunlar yüksək səviyyədə təsbit olunub. Bununla bağlı qəbul edilən qanunların hər biri beynəlxalq ekspertlər tərəfindən nəzərdən keçirilib. Dövlətimiz, eləcə də Milli Məclis yeni qanunların qəbul edilməsinə, mövcud qanunvericiliyin təkmilləşdirilməsində maraqlıdır. Bu, prioritet məsələlərimizdən biridir. Ölkəmizdə hazırda söz azadlığını, plüralizmin inkişafını ləngidən, problem yaradan hər hansı məsələ varsa, parlament bu məsələnin qaldırılmasına müsbət yanaşır. Belə də olmalıdır, çünki cəmiyyət inkişaf etdikcə ictimai münasibətlərdə də müəyyən tənzimləmələrə zərurət yaranır”.

Ölkəmizdə zəruri tədbirlər görülür

A.Badamov qeyd edib ki, plüralizm, söz, fikir və məlumat azadlığı Azərbaycan qanunları ilə tənzimlənir: “Azərbaycan dövləti hər zaman mətbuat azadlığı, aşkarlıq, şəffaflıq istiqamətində tədbirlər görür, qanunlar qəbul olunur. Lazım gəldikdə müəyyən dəyişikliklər də edilir. Azərbaycanda bu qədər QHT-lərin, Kütləvi İnformasiya Vasitələrinin mövcud olması özü elə media, söz azadlığıdır. Bu istiqamətdə Azərbaycanda heç bir problem və məhdudiyyətlər yoxdur”.

Deputatın sözlərinə görə, Azərbaycan söz azadlığının qorunduğu, mətbuat azadlığı prinsipinə hörmətlə yanaşılan ölkələrdəndir: “Ölkəmizdə azad medianın, insan hüquq və azadlıqlarının müdafiəsi demokratik mexanizmlərinin mövcudluğunun əsas şərtlərindən biri kimi qəbul edilir. KİV-lər cəmiyyətin inkişafına ciddi təsir göstərən, onun vəziyyətini və mahiyyətini müəyyənləşdirən siyasi sistemin mühüm tərkib hissəsidir. KİV cəmiyyətdə ictimai fikri, dövlətə inamı və sosial fəallığı formalaşdırmaqla yanaşı, həm də onları istiqamətləndirir. Bu gün ölkəmizdə medianın azad fəaliyyəti və inkişafı üçün zəruri tədbirlər görülür. Azərbaycan söz azadlığının qorunduğu, mətbuat azadlığı prinsipinə hörmətlə yanaşılan ölkələrdən hesab edilir”.

Yeganə

Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “Fikir, söz və məlumat azadlığının, plüralizmin inkişaf etdirilməsi” istiqaməti üzrə hazırlanmışdır.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:104
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 09 Oktyabr 2025 21:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see499

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see272

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see267

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see265

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see258

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see257

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see256

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see245

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see226

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see226

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see224

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see221

Gəzdikcə doymadığın, ayrıldıqca darıxdığın şəhər REPORTAJ

24 Oktyabr 2026 13:48see215

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see214

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see211

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see207

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see202

Restoran biznesi çökür 700 minlik iddia

24 Oktyabr 2026 14:11see202

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see199

Azərbaycanda istehsal olunan dərmanlar SİYAHI

24 Oktyabr 2026 17:56see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri