Icma.az
close
up
RU
Sözdən əmələ keçid

Sözdən əmələ keçid

Icma.az, Xalq qazeti portalına istinadən məlumat yayır.

Azərbaycanın təşəbbüsləri ilə yüksələn Türk birliyi

Qlobal geosiyasətdə müşahidə olunan paradiqma dəyişiklikləri və beynəlxalq təhlükəsizlik arxitekturasının transformasiyası regional inteqrasiya birliklərinin funksionallığını, strateji əhəmiyyətini əsaslı şəkildə artırmışdır. Bu kontekstdə, Türk dünyasının inteqrasiya prosesi Avrasiya məkanında yeni geostrateji güc mərkəzinin təşəkkülü kimi xarakterizə edilməlidir. Azərbaycan Respublikasının təşəbbüskarlığı ilə Türk Dövlətləri Təşkilatı (TDT) və Türk Dövlətləri Parlament Assambleyasında (TÜRKPA) institusional əlaqələrin dərinləşdirilməsi, inteqrasiyanın normativ-hüquqi bazasının formalaşdırılmasına və vahid siyasi-iqtisadi məkanın konseptual əsaslarının yaradılmasına xidmət edən sistemli fəaliyyətin göstəricisidir. Rəsmi Bakının strateji yanaşması inteqrasiya mexanizmlərinin səmərəliliyini artırmaqla, çoxtərəfli əməkdaşlığı deklarativ səviyyədən praqmatik, nəticəyönümlü institusional müstəviyə keçirməyi hədəfləyir.

Azərbaycanın inteqrasiya proseslərinə yanaşması formal diplomatiyadan uzaq, dərin strateji məzmun kəsb edən fəaliyyət üzərində qurulmuşdur. Prezident İlham Əliyevin müəllifi olduğu xarici siyasət doktrinasında Türk dünyası ilə əlaqələr sadəcə prioritet istiqamət kimi qəbul edilmir, milli kimliyin və dövlətçiliyin təbii forması kimi dəyərləndirilir. Vətən müharibəsində qazanılan Zəfər təkcə Azərbaycanın ərazi bütövlüyünü bərpa etmədi, həm də bütün Türk dünyasında özünəinam hissini, hərbi-siyasi həmrəylik ruhunu alovlandıran qığılcım rolunu oynadı. Məhz həmin tarixi qələbədən sonra inteqrasiya prosesləri şüarçılıqdan real iş müstəvisinə keçid aldı. İndi müşahidə edilən mənzərə ondan ibarətdir ki, Bakı TDT-nin icraedici gücü ilə TÜRKPA-nın qanunvericilik potensialını vahid hədəfə yönəldən sinerji mərkəzinə çevrilmişdir. Məqsəd aydındır: Türk dövlətlərini sadəcə etnik köklər birləşdirən ölkələr qrupundan çıxararaq vahid iqtisadi, hərbi və siyasi prosesə çevirmək.

Əlaqələrin genişlənməsi inteqrasiyanın dərinliyini təmin edən ən vacib amildir. Dövlət başçılarının Zirvə görüşlərində qəbul etdiyi strateji qərarların, imzalanan bəyannamələrin və razılaşmaların həyata keçirilməsi milli qanunvericiliklərin harmonizasiyasını tələb edir. İqtisadi sərhədlərin aradan qaldırılması, gömrük prosedurlarının sadələşdirilməsi, vahid nəqliyyat və enerji məkanının yaradılması yalnız hüquqi bazanın unifikasiyası halında mümkündür. TÜRKPA məhz həmin funksiyanı yerinə yetirən, Türk dünyasının hüquqi infrastrukturunu inşa edən platformadır. Azərbaycanın təşəbbüsləri sayəsində parlament diplomatiyası icra hakimiyyətlərinin qərarlarını tamamlayan, onları hüquqi cəhətdən əsaslandıran və xalqlar arasında birbaşa təmasları təmin edən struktura çevrilmişdir.

Xüsusi vurğulamaq lazımdır ki, inteqrasiyanın iqtisadi təməlləri Azərbaycanın geostrateji təşəbbüsləri üzərində yüksəlir. Orta Dəhliz (Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu) layihəsi Türk dünyasını Çindən Avropaya qədər uzanan nəhəng ticarət yolunun əsas sahibi və operatoruna çevirmək potensialına malikdir. Şərq-Qərb ticarətinin Rusiya üzərindən keçən şimal marşrutunun aktuallığını itirməsi fonunda Azərbaycanın təklif etdiyi və Mərkəzi Asiya ölkələrinin dəstəklədiyi Orta Dəhliz qlobal logistikanın xilaskarı kimi çıxış edir. TDT və TÜRKPA çərçivəsində aparılan müzakirələr dəhlizin səmərəliliyini artırmaq, tarifləri optimallaşdırmaq və bürokratik əngəlləri aradan qaldırmaq məqsədi daşıyır. Azərbaycan Xəzər dənizindəki liman infrastrukturunu, dəmir yollarını və logistik mərkəzlərini modernləşdirməklə, faktiki olaraq Türk dünyasının iqtisadi qapısına çevrilmişdir.

Təhlükəsizlik və müdafiə sənayesi sahəsindəki əməkdaşlıq inteqrasiyanın ən həssas və strateji əhəmiyyətli hissəsidir. Azərbaycanın Türkiyə ilə qurduğu və Şuşa Bəyannaməsi ilə rəsmiləşdirdiyi hərbi müttəfiqlik modeli TDT-nin gələcək təhlükəsizlik arxitekturasının prototipi hesab olunur. Regionda mövcud olan təhdidlər, hibrid müharibələr və xarici təzyiqlər Türk dövlətlərini vahid müdafiə çətiri altında birləşməyə sövq edir. TÜRKPA-nın müdafiə və təhlükəsizlik komissiyaları səviyyəsində aparılan işlər hərbi qanunvericiliyin yaxınlaşdırılmasına, birgə təlimlərin hüquqi statusunun müəyyən edilməsinə, müdafiə sənayesi sahəsində texnoloji transferin asanlaşdırılmasına xidmət edir. Azərbaycanın Vətən müharibəsində tətbiq etdiyi müharibə modeli pilotsuz uçuş aparatlarının və yüksək dəqiqlikli silahların istifadəsi digər Türk dövlətləri üçün öyrənilməsi zəruri olan təcrübədir.

Rəqəmsal transformasiya və innovasiyalar sahəsi Azərbaycanın inteqrasiya proseslərinə gətirdiyi yeni nəfəsdir. “Rəqəmsal İpək Yolu” layihəsi çərçivəsində Xəzər dənizinin dibi ilə çəkiləcək fiber-optik kabel xətti Mərkəzi Asiyanı Azərbaycan üzərindən Avropa internet şəbəkəsinə bağlayacaqdır. Layihə Türk dünyasının informasiya təhlükəsizliyini və rəqəmsal müstəqilliyini təmin etməklə yanaşı, regionu qlobal məlumat trafiki mərkəzinə çevirəcək. TDT və TÜRKPA kibertəhlükəsizlik, elektron hökumət və kosmik sənaye sahəsində əməkdaşlığı genişləndirməklə, gələcəyin texnoloji çağırışlarına hazır olmağı hədəfləyir.

Humanitar və mədəni sahə inteqrasiyanın mənəvi təməlidir. Ortaq əlifba, ortaq tarix kitabları, mədəniyyət günləri və gənclər forumları, xalqlarımızın bir-birini yenidən kəşf etməsinə və yadlaşma prosesinin qarşısının alınmasına xidmət edir. TÜRKPA-nın bu istiqamətdəki fəaliyyəti dil və təhsil sahəsindəki maneələri aradan qaldıran qanunvericilik təşəbbüsləri ilə zəngindir. Şuşanın, Xivənin, Türkistanın mədəniyyət paytaxtları elan edilməsi simvolik məna daşımaqla yanaşı, həm də turizm potensialının artırılmasına və bölgələrarası əlaqələrin inkişafına təkan verir.

Bütün qeyd olunan proseslərin fonunda Azərbaycanın təşəbbüsləri inteqrasiyanı sürətləndirən katalizator effekti yaratmışdır. TDT-nin beynəlxalq statusunun artması, BMT və digər qlobal təşkilatlarla əməkdaşlığı Türk dünyasının geosiyasi subyektliyini təsdiq edir. TÜRKPA-nın beynəlxalq parlamentar təşkilatlarda, o cümlədən ATƏT PA və AŞPA-da nümayiş etdirdiyi həmrəylik üzv ölkələrin milli maraqlarının qorunmasında “birimiz hamımız, hamımız birimiz üçün” prinsipinin işlədiyini göstərir. Ermənistanın işğalçılıq siyasətinin ifşa edilməsi, minalanmış ərazilərin xəritələrinin tələb edilməsi və ədalətin bərpası uğrunda mübarizədə Türk dövlətlərinin Azərbaycanın yanında yer alması inteqrasiyanın siyasi yetkinlik səviyyəsinə çatdığının sübutudur.

Azərbaycanın liderliyi ilə TDT və TÜRKPA formatında genişlənən əməkdaşlıq Avrasiyanın siyasi mühitini dəyişdirən tarixi hadisədir. İnteqrasiya prosesləri artıq geridönməz xarakter almışdır və xalqların iradəsinə söykənən birlik xarici təhdidlərə qarşı ən etibarlı qalxandır. Azərbaycan Türk dünyasının ideoloji və strateji qovşağına çevrilmişdir. Gələcək məhz bu birliyin, ortaq ağlın və birgə səylərin üzərində qurulacaq. İrəli sürülən hər bir təşəbbüs, qəbul edilən hər bir qərar Türk dünyasının qüdrətli gələcəyinin təməl daşlarını hörür. Bu, bütün dünyanın sabitliyinə və inkişafına töhfə verəcək.

Fərhad MƏMMƏDOV,
politoloq

Türk Dövlətləri Təşkilatı çərçivəsində yaradılan qurumlar TÜRKSOY, TÜRKPA, Türk Akademiyası, Türk İnvestisiya Fondu və digər institusional strukturlar fəaliyyətlərini daha da genişləndirməli və dərinləşdirməlidir. Bu təsisatların gücləndirilməsi Türk dünyasında inteqrasiya prosesinin sürətlənməsinə xidmət edir.

Hazırda TDT çərçivəsində sahəvi əməkdaşlıq əsasən görüşlər formatında həyata keçirilir. Lakin nazirliklər, dövlət qurumları və qeyri-hökumət təşkilatları yalnız görüşlərlə kifayətlənməməli, daha işlək əməkdaşlıq mexanizmləri formalaşdırmalıdır. Bu məqsədlə daimi katibliklərin yaradılması vacibdir ki, fəaliyyət daha sistemli və inteqrativ şəkildə qurulsun. Bu institusional inkişaf Türk dünyasının daxilən möhkəmlənməsini təmin edəcək və təşkilatın geosiyasi subyektliyini artıracaq.

Orta Dəhlizin strateji əhəmiyyəti isə xüsusilə iqtisadi və texnoloji əməkdaşlıq baxımından önə çıxır. Bu dəhlizin əsas məqsədi nəqliyyat-kommunikasiya sahəsində rəqabətədavamlılığı gücləndirməkdir. Nəqliyyat kommunikasiyasında üç əsas komponent mövcuddur.

Birincisi təhlükəsizlikdir – yüklərin etibarlı şəkildə daşınması prosesinin təmin edilməsi. İkincisi operativlikdir – dəhlizin keçdiyi ölkələr arasında koordinasiya hesabına bürokratik maneələrin minimuma endirilməsi və yüklərin dəniz nəqliyyatı ilə müqayisədə daha qısa vaxtda çatdırılması. Üçüncü komponent isə qiymət məsələsidir – vahid pəncərə sistemi vasitəsilə tariflərin ölkələr üzrə optimal şəkildə uyğunlaşdırılması.

Rəqəmsallaşma bu üç istiqamətin hər birində həlledici rol oynayır. Rəqəmsal həllər təhlükəsizliyin artırılmasına, proseslərin operativləşdirilməsinə və vaxt itkisinin minimuma endirilməsinə imkan yaradır. Əgər bu komponentlər üzrə koordinasiyalı fəaliyyət təmin olunarsa, Orta Dəhlizin rəqabətədavamlılığı daha da artacaq.

Yusif YAQUBOĞLU
XQ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:93
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 02 Dekabr 2025 10:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yelo Bank dan mikro bizneslərə yay dəstəyi!

24 İyun 2026 14:50see302

“Aşkı Memnu”nun 82 yaşlı Firdevsi fit formada

24 İyun 2026 17:52see270

ADY Çində beynəlxalq nəqliyyat sərgisində Azərbaycanın tranzit və logistika imkanlarını təqdim edir FOTO

24 İyun 2026 17:47see255

“Fransadakı erməni diasporu maddi maraqlarını təmin etmək üçün Ermənistanın faciəsinə çalışır”

24 İyun 2026 19:47see249

Rəsmi Bakı Fransaya sərt cavab verdi

24 İyun 2026 18:34see249

QS sammitində Azərbaycan pavilyonu AÇILDI

24 İyun 2026 17:29see244

Ursula fon der Lyayenə qarşı istintaq başlanıldı − Zelenski ilə gizli söhbətə görə

25 İyun 2026 00:07see241

Uşaqların boyunu uzadan qidalar Mütəxəssislər açıqladı

24 İyun 2026 22:50see240

Maksimum bal toplayan məzunlar Siyahı

25 İyun 2026 02:56see232

Qətər millisi qrupda qaldı

25 İyun 2026 01:26see225

Prezident İlham Əliyev bir sıra fərmanlarda dəyişiklik edib

24 İyun 2026 23:38see223

Temu dan ucuz paraşüt alıb test etdi (Video)

25 İyun 2026 21:43see219

Uşağınız televizora belə baxırsa, diqqətli olun! Onlarda bu xəstəlik ola bilər

24 İyun 2026 22:43see212

ŞOK! 50 azərbaycanlı gizlicə Afrikaya aparılıb? Orqan mafiyasının dəhşətli şəbəkəsi üzə çıxdı

25 İyun 2026 12:26see210

Qobustanda yol polisindən yayınan sürücü həbs edildi KONKRET

25 İyun 2026 12:27see209

Qara Hot doq faydalı, yoxsa iyrənc?

25 İyun 2026 00:08see202

SOCAR İtaliya ilə enerji təhlükəsizliyi və investisiya layihələri üzrə fikir mübadiləsi aparıb

24 İyun 2026 17:58see199

Zelenski ilə məxfi yazışmalar üzə çıxdı: Avropa Komissiyası sədrinə qarşı araşdırma

24 İyun 2026 22:19see196

Uşaq sağlamlığı dövlətin gələcəyinə sərmayədir

24 İyun 2026 15:01see190

Xəyanətdən sonra qalmalı, yoxsa ayrılmalı?

24 İyun 2026 21:42see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri