Icma.az
close
up
RU
Sözlə əməlin vəhdəti

Sözlə əməlin vəhdəti

Icma.az, Ses qazeti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Ulu Öndər Heydər Əliyevin 1993-cü ildə respublikamıza rəhbərliyə başlamasından sonra İdman sahəsində də vəziyyət dəyişdi. Ulu Öndərin müdrikcəsinə əsasını qoyduğu idman, bədən tərbiyyəsi və gənclər siyasəti respublikamızın idman həyatındakı tənəzzülü dayandırdı, müsbətə doğru dəyişikliyin əsasını qoydu. Ulu Öndər Heydər Əliyevin sayəsində tezliklə respublikamızda idman sahəsində mühüm uğurlar əldə olundu. Azərbaycan idmançıları mötəbər beynəlxalq turnirlərdən qızıl medallarla qayıtmağa başladılar.

Azərbaycan Milli Olimpiya Komitəsinin prezidenti vəzifəsinə 1997-ci ildə İlham Əliyevin seçilməsi isə idman və bədən tərbiyəsi sferasında həyata keçirilən dövlət siyasətini daha da gücləndirərək, yeni şəraitdə reallaşmasına böyük imkanlar yaratdı. İlham Əliyev MOK prezidenti kimi ölkədə idmanın və Olimpiya hərəkatının inkişafı, Azərbaycanın beynəlxalq idman aləminə inteqrasiyası ilə bağlı həyata keçirdiyi tədbirlər tezliklə öz bəhrəsini verməyə başladı. Bu baxımdan Azərbaycanda idmanla bağlı ən böyük həqiqətlərdən biri budur ki, cənab İlham Əliyevin 1997-ci ildən MOK-a rəhbərlik etməsindən sonra ölkəmizdə idmanın inkişafı yeni keyfiyyət mərhələsinə qədəm qoyub.
Dekabrın 26-da keçirilən 2025-ci ilin idman yekunlarına həsr olunan mərasimdə dövlət başçısı, Milli Olimpiya Komitəsinin Prezidenti İlham Əliyev bir məqamı xüsusi qeyd etdi ki, bu il idmançılarımız tərəfindən qazanılan medalların sayı rekord həddə çatıb. Beynəlxalq yarışlarda idmançılarımız tərəfindən 2000-dən çox medal, təqribən 600-dən çox qızıl medal qazanılıb. Bu, bir daha onu göstərir ki, idmanın inkişafı Azərbaycanda uğurla gedir. Keçən illə müqayisədə medalların sayı daha çoxdur və bu, təbiidir. Çünki idmanın inkişafına göstərilən diqqət, aparılan dövlət siyasəti ildən-ilə daha yaxşı nəticələrə gətirib çıxarır.
Qeyd edək ki, idman sahəsində gerçəkləşdirilən dövlət siyasəti, Olimpiya ideallarının təbliği, idmanın maddi-texniki bazasının möhkəmləndirilməsi, tikilmiş müasir Olimpiya kompleksləri və digər tədbirlər nəticəsində ölkəmiz mötəbər beynəlxalq idman yarışlarının keçirildiyi məkana çevrildi. Azərbaycanın 2015-ci ildə dünyanın idman tarixində yeni bir səhifə açması - Birinci Avropa Oyunlarına ev sahibliyi, 2017-ci ildə İslam həmrəyliyinə növbəti töhfəsi kimi dəyərləndirilən IV İslam Həmrəyliyi Oyunlarının keçirilməsi də deyilənlərin təsdiqidir. 2025-ci ildə bu sıraya III MDB Oyunları da daxil oldu. “Hər qəlbdə bir qələbə!” şüarı altında 7 şəhərdə – Gəncə, Qəbələ, Şəki, Yevlax, Xankəndi, Göygöl və Mingəçevirdə təşkil olunan III MDB Oyunları Azərbaycanın idman ölkəsi kimi artan nüfuzunu daha da möhkəmləndirdi. Prezident İlham Əliyev ilin idman yekunlarına həsr olunan mərasimdə vurğuladı ki, Oyunlar çox yüksək səviyyədə keçirildi. MDB Oyunları ölkəmizin potensialını göstərir. Gəncə şəhəri mərkəz seçilmişdi. Yarışların bəziləri digər şəhərlərdə, o cümlədən Xankəndi şəhərində keçirildi. İdmançılarımız bu Oyunlarda yaxşı nəticə göstərmişlər, komanda hesabında ikinci yerə layiq görüldük. Bütövlükdə bu kimi tədbirlər ölkəmizin imicini, idman potensialını bütün dünyaya göstərir. Ümumiyyətlə, regionlarda tikilən və yenidən qurulan idman kompleksləri yerlərdə idmanın kütləviləşməsinə mühüm töhfə verir, gənc nəslin sağlam böyüməsində əhəmiyyətli rol oynayır. Eyni zamanda, Azərbaycan müntəzəm olaraq qitə və dünya miqyaslı mötəbər idman yarışlarına ev sahibliyi etməklə, özünün yüksək təşkilatçılıq qabiliyyətini nümayiş etdirir. Paytaxt və bölgələrdə müasir idman arenalarının istifadəyə verilməsi beynəlxalq yarışların yüksək səviyyədə keçirilməsinə hərtərəfli şərait yaradır.
Prezident İlham Əliyevin ilin sonunda idman ictimaiyyəti ilə görüşü, uğur qazanan idmançıların mükafatlandırılması yalnız idman hadisəsi deyil, dövlət siyasətinin mühüm tərkib hissəsidir. Belə ki, bu, ilk növbədə dövlətin idmana verdiyi siyasi və mənəvi dəstəyin nümayişidir. Ali rəhbərlik səviyyəsində idmançılarla birbaşa görüş idmanın dövlət üçün prioritet sahə olduğunu təsdiqləyir. Gənclərə dövlətin zəhməti və uğuru qiymətləndirdiyi mesajını verir, bu, idmançıların məsuliyyət hissini artırır. Belə görüşlər eyni zamanda uzunmüddətli strategiyaların reallaşmasını sürətləndirir.
Azərbaycanın idman tarixi üçün mühüm hadisələrdən biri də Bakının 2026-cı ildə “Dünya İdman Paytaxtı” elan olunmasıdır. Bu titul rəsmi olaraq Monakodan Bakıya təhvil verilib. Bakının 2026-cı il “Dünya İdman Paytaxtı” elan olunması respublikamızda idmanın inkişafına verilən beynəlxalq qiymətdir.
2025-ci ilin idman yekunlarına həsr olunan tədbirdəki çıxışı Prezident İlham Əliyevin həm dövlət başçısı, həm də Milli Olimpiya Komitəsinin prezidenti kimi Azərbaycan idmanı ilə bağlı uğur hesabatı idi.

Ayaz Quliyev
YAP Xızı rayon təşkilatının sədri

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:211
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 05 Yanvar 2026 17:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see573

Hicab üzərindən manipulyasiya və etiqad azadlığının sərhədi: reallıq nədir?

11 Oktyabr 2026 19:35see499

Azərbaycanda “Tiktok” nə vaxt açılacaq? RƏSMİ AÇIQLAMA

13 Oktyabr 2026 02:22see432

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see324

Azıx mağarasından reportaj VİDEO

11 Oktyabr 2026 20:41see264

Azərbaycan Çexiya ilə dəmir yolu əməkdaşlığını genişləndirmək istəyir

12 Oktyabr 2026 10:36see231

Gəncədə 36 yaşlı kişi ÖLDÜRÜLDÜ

11 Oktyabr 2026 23:39see230

Zelenski Trampın Ukrayna siyasətini tənqid etdi

11 Oktyabr 2026 23:57see228

Formula 1 də unikal göstərici

12 Oktyabr 2026 00:30see227

Mixək çayının yaddaşa faydası

12 Oktyabr 2026 03:03see227

Sabah ın rəqibi Bakıya gəldi VİDEO

12 Oktyabr 2026 00:36see221

Pakistanda etirazların bürüdüyü vilayətə qoşun göndəriləcək

11 Oktyabr 2026 19:16see212

Nikolay Baskov boşanmasının əsl səbəbini açıqladı

12 Oktyabr 2026 06:32see204

Almaniya Aİ səhiyyəsini hərbi böhrana hazır olmağa çağırıb

12 Oktyabr 2026 09:53see203

Ətir istifadə edənlərə xəbərdarlıq

12 Oktyabr 2026 04:05see199

Almaniyada “Starlink“ stansiyasının yandırılmasına görə Türkiyə vətəndaşları saxlanılıb

12 Oktyabr 2026 23:56see183

Yuxu rejimini dəyişməyin sadə YOLU

12 Oktyabr 2026 10:57see180

Əldə olan pulu artırmaq üçün bunu edin!

13 Oktyabr 2026 08:32see174

Premyer Liqa: Debütant “Nyukasl”ı darmadağın etdi

13 Oktyabr 2026 00:53see167

İran Azərbaycanda ideoloji təsirini genişləndirməyə çalışır?

12 Oktyabr 2026 21:39see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri