Icma.az
close
up
RU
Sözümüzü uşağımıza öz dilimizdə deyək

Sözümüzü uşağımıza öz dilimizdə deyək

Sia Az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Ana dili – xalqın varlığı, millətin nəfəsidir. Bir xalqın dili yoxdursa, onun nə kimliyi, nə də gələcəyi ola bilər. Bu gün dünyada yüzlərlə millət yaşasa da, yalnız dilinə sahib çıxanlar tarixdə iz buraxa bilmişlər. Azərbaycan xalqı da minillər boyu öz ana dilini yaşatmaq, qorumaq və inkişaf etdirmək uğrunda mübarizə aparmışdır.

Azərbaycan türkcəsi sadəcə danışıq vasitəsi deyil, eyni zamanda mədəniyyətimizin daşıyıcısı, ədəbiyyatımızın, musiqimizin, tariximizin səsidir. Bu dil Füzulinin eşqini, Vaqifin hikmətini, Sabirin tənqidini, Cəlilin cəsarətini, Bəxtiyarın vətən sevgisini bizə gətirib.
Tarixin müxtəlif dönəmlərində – istər çar Rusiyası dövründə, istərsə də Sovet rejimi illərində – Azərbaycan dili sıxışdırılıb, yerinə başqa dillər gətirilməyə çalışılıb. Amma xalqımızın ziyalıları, şairləri və maarifpərvər övladları öz dillərinə sahib çıxaraq onu qoruyublar. Məmməd Əmin Rəsulzadənin "Bir kərə yüksələn bayraq bir daha enməz!" dediyi kimi, bir dəfə milliləşən dil də daha heç vaxt yox ola bilməz.

Bu mövzuda Ulu Öndər Heydər Əliyevin ana dilimizə verdiyi dəyəri xüsusi qeyd etmək vacibdir. Onun dilimizlə bağlı bu dərin və aydın fikri çox şeyi izah edir: "Azərbaycan dili bizim milli sərvətimizdir. Hər bir xalq öz ana dilini göz bəbəyi kimi qorumalıdır."

Məhz Heydər Əliyevin təşəbbüsü və qətiyyəti ilə Azərbaycan dili dövlət dili statusunu qazanmış, Konstitusiyada öz əksini tapmışdır. Onun siyasi iradəsi nəticəsində dilimizin rəsmi və ictimai həyatda mövqeyi güclənmiş, inkişafına geniş imkanlar açılmışdır.

Bu gün isə məsuliyyət valideynlərin və müəllimlərin üzərinə düşür. Uşaqların ilk təlim-tərbiyəsi, ilk sözləri ana dilində olmalıdır. Əgər biz uşaq yaşlarından onlara başqa dilin üstünlüyünü aşılayırıqsa, bu, milli kökümüzü baltalamaq deməkdir. Xüsusən düşmən dillərində təhsilə üstünlük verilməsi, həm psixoloji, həm də ideoloji baxımdan böyük zərərlərə yol aça bilər.

Ana dilində təhsil alan uşaq özünü daha yaxşı ifadə edir, düşüncə qabiliyyəti geniş olur, mədəniyyətini dərk edir və milli ruhla böyüyür. Əgər uşağımızın şəxsiyyətli, kimlikli və milli ruhlu böyüməsini istəyiriksə, ilk olaraq ona öz dilini sevdirməliyik. Bu sevgi isə ailədə, evdə başlayır. Televizorda, kitabda, məktəbdə davam edir.

Unutmayaq, ana dilinə sahib çıxmaq və onu qorumaq yalnız şairlərin, siyasətçilərin, müəllimlərin yox, hər bir valideynin və vətəndaşın borcudur. Ana dilimiz yaşasın deyə, onu uşaqlarımıza sevdirək. Ona dəyər verək. Çünki dil – millətin ruhudur, ruhsuz bədən necə ölüdürsə, dilsiz millət də elədir.

Vüqar Vəliyev

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:116
embedMənbə:https://sia.az
archiveBu xəbər 13 İyul 2025 22:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see307

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see282

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see281

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see272

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see271

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see263

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see262

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see259

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see252

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see245

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see232

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see231

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see221

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see216

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see214

Kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif olunub Sərəncam

30 Oktyabr 2026 16:18see213

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see210

Gecə tərləmələri hansı hallarda ciddi xəstəliyin əlaməti ola bilər? HƏKİM AÇIQLADI

30 Oktyabr 2026 12:14see198

Qışda sağlam qalmaq üçün bunlara diqqət EDİN

30 Oktyabr 2026 10:18see197

Bu rayonda 300 metrlik bənd yenidən qurulur 3.2 milyon manat ayrıldı

30 Oktyabr 2026 20:03see195
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri