Icma.az
close
up
RU
“Sözün Tovuz fəsli” Atatürk Mərkəzində

“Sözün Tovuz fəsli” Atatürk Mərkəzində

Icma.az, Xalq qazeti portalına istinadən məlumat yayır.

Azərbaycanda ATATÜRK Mərkəzində “Sözün Tovuz fəsli” adlı şeir antologiyasının ilk tanıtım törəni keçirilib. Tərtibçisi şair-tərcüməçi Mikayıl Bozal, redaktoru şair Ehtiram İlham olan antologiya və onun ilk təqdimat mərasimi ədəbi mühitdə maraqla qarşılanıb.

“Sözün Tovuz fəsli” və onun qış fəslinin ilk, təqvim ilinin son günlərinə düşən təqdimatı, Tovuzun zəngin söz və saz gələnəklərinin, bölgənin ədəbi irsinin təbliği baxımından, eləcə də bu işin ümumazərbaycan və Türk dünyası səciyyəsi ilə əlamətdar hadisə kimi dəyərləndirilib.

Toplantıda tanınmış ziyalılar, media nümayəndələri, antologiyada şeirləri yer alan müəlliflər, el sənətkarları, yeni nəsil aşıqları, vətəndaş cəmiyyəti institutlarının təmsilçiləri və digər yaradıcilığa meyilli insanlar iştirak edib. Tədbirin aparıcısı - Azərbaycan Aşıqlar Birliyinin sədri, Əməkdar elm xadimi, professor Məhərrəm Qasımlı giriş nitqində Tovuz ədəbi mühitinin tarixi köklərinə, bu mühitin Azərbaycan ədəbiyyatına bəxş etdiyi görkəmli sənətkarlara, eləcə də antologiyanın ideya-estetik yükümlülüyünə geniş vurğu edib, düşüncələrini bölüşüb. Professor “Sözün Tovuz fəsli”ni bütövlükdə milli ədəbiyyatımızın yaddaş kitabı kimi dəyərləndirib.

Ədəbi tənqidçi Bəsti Əlibəyli, professorlar Nazim İmamverdiyev, Mayıl Əsgərov, Nazim Vəliyev, Rəfail Bəşiroğlu, Tovuz Xeyriyyə Cəmiyyəti sədrinin l müavini Çingiz Abbasov, şair və publisistlər Əkbər Qoşalı, Rəfail İncəyurd, Murad Köhnəqala, İslam Sadıq, İslam Əlibəyli, Ağacəfər Həsənli, Mübariz Məsimoğlu, Ayaz Arabaçı, Süleyman Abdulla, rəssam Nəvai Metin və digər çıxış edənlər nəşrin elmi-ədəbi dəyərini yüksək qiymətləndirib. Antologiya Tovuz ədəbi mühitinin Azərbaycan ədəbiyyatına verdiyi sanballı töhfələrin sistemli şəkildə toplanması və gələcək nəsillərə ötürülməsi baxımından önəmli qaynaq kimi xarakterizə olunub.

Çıxışlarda “Sözün Tovuz fəsli” antologiyası Tovuz ədəbi mühitinin həm tarixi, həm də çağdaş mənzərəsini dolğun şəkildə əks etdirən dəyərli qaynaq kimi oxucuların və araşdırmaçıların diqqətini cəlb edəcəyinə inam ifadə olunub.

Tovuzun söz-saz gələnəyinin canlı nəfəsini və ruhi gücünü hiss etdirən yeni nəsil aşıqları Şəhriyar Qaraxanlı və Cəmaləddin Ürfan Əlioğlunun saz ifaları məclisə ayrı bir rəng qataraq, xoş ovqat yaradıb.

Z.HÜSEYNOVA
XQ 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:125
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 29 Dekabr 2025 18:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see298

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see262

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see248

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see248

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see240

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see238

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see234

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see224

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see222

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see221

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see218

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see215

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see208

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see207

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see206

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see204

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see201

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see198

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see195

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri