Icma.az
close
up
RU
Atatürk Mərkəzində əlamətdar təqdimat

Atatürk Mərkəzində əlamətdar təqdimat

Xalq qazeti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Atatürk Mərkəzində mərhum professor Valeh Hacıların müəllifi olduğu “Borçalı Mehralı bəy tarixi həqiqətlərdə” kitabının yeni nəşrinin təqdimat mərasimi keçirilib.

Mərasimdə Azərbaycanda Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş “Türk Dünyası Həftəsi” çərçivəsində keçirilən tədbirlərdə iştirak edən Türk Dünyasının nüfuzlu elm xadimləri – Türkiyənin Ardahan Universitetinin rektoru Prof. Dr. Öztürk Emiroğlu, Ankara Universitetinin professorları Sema Barutçu Özönder ve Rıza Heyət, İstanbul Universitetinin professorları Mahir Aydın və Mustafa Tanrıverdi, Marmara Universitetinin professorları Gülşən Seyhan Alışık, Serdar Oğuzhan Çayçıoğlu və Mehdi Gəncəli, Hacəttəpə Universitetinin professoru Yunus Koç, Qars Kafkas Universitetinin professoru Hacalı Nəcəfoğlu, yazıçı-publisist Dr. Orxan Aras, Qırğızıstan Elmlər Akademiyasının Ədəbiyyat İnstitutunun professoru Kadırali Konkobayev, Yunus Emre İnstitutunun Azərbaycan koordinatoru Gökhan Seyhan, eləcə də Azərbaycanın tanınmış alim və ziyalıları, Milli Məclisin üzvü Hikmət Babaoğlu, Xarici İşlər Nazirliyi və Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndələri iştirak ediblər.

Azərbaycanda Atatürk Mərkəzinin direktoru, akademik Nizami Cəfərov tədbiri giriş sözü ilə açaraq qonaqları salamladıqdan sonra kitabın məzmunu barədə məlumat verdi. O, Mehralı bəyin Osmanlı və Türkiyə tarixində mühüm yer tutduğunu vurğulayaraq əsərin müəllifi - bu il 75 illik yubileyi qeyd olunan professor Valeh Hacıların səmərəli elmi fəaliyyəti barədə ətraflı bəhs etdi. 

Sonra çıxış edən millət vəkili Hikmət Babaoğlu, Azərbaycan Dövlət Pedaqoji Universitetinin beynəlxalq əlaqələr üzrə prorektoru, professor Mahirə Hüseynova, Türkiyə və Azərbaycandan olan tarixçi-alimlər Öztürk Əmiroğlu, Mustafa Tanrıverdi, Mahir Aydın,  Nəsib Nəsibli, Nazim Mustafa, Fəxri Valehoğlu, məşhur qırğız türkoloqu Kadırali Konkobayev, türkiyəli filoloq alimlər Gülçən Seyhan Alışık və Orxan Aras Mehralı bəyin məşhur qaçaqlıqdan Osmanlı ordusu sərkərdəliyinə qədər uzanan ömür yolu və igidlikləri barədə ətraflı söz açdılar, Mehralı bəy kimi həqiqi qəhrəmanlarımızın üzə çıxarılıb təbliğ edilməsinin vacibliyinə toxunaraq təqdim olunan kitabı bu baxımdan yüksək qiymətləndirdilər. 

Çıxış edən natiqlər eyni zamanda professor Valeh Hacıların uzun illər ərzində apardığı araşdırmalar nəticəsində ərsəyə gətirdiyi bu fundamental əsərin tarixi faktların obyektiv şəkildə öyrənilməsi baxımından mühüm elmi əhəmiyyət daşıdığını vurğuladılar. 

Qeyd edək ki, əslən qədim Borçalı mahalının Darvaz kəndindən olan Mehralı bəy dövrün məşhur qaçaqlarından olub. 1877-1878-ci illər Osmanlı-Rusiya müharibəsi başlayan zaman könüllü süvari dəstə yaradaraq Osmanlı ordusu sıralarında döyüşüb. Qars və Ərzurum şəhərlərinin müdafiəsində mühüm hərbi əməliyyatlarda iştirak edərək qəhrəmanlıqlar göstərib. Osmanlı sultanı tərəfindən 5-ci rütbədən Məcidiyyə nişanı ilə təltif olunub. Müharibə bitdikdən sonra Sivas vilayətində məskunlaşıb və orada yaradılan 40-cı Qarapapaq Həmidiyyə Alayının komandanı olub. 1905-1906-cı illərdə Yəməndə Osmanlıya qarşı baş qaldırmış üsyanın yatırılması zamanı şəhidlik zirvəsinə yüksəlib. Qars şəhərində Mehralı bəy adına məktəb və körpü var.    

Onu da əlavə edək ki, professor Valeh Hacılar tərəfindən dövrün mətbuat materialları, arxiv sənədləri və digər ilkin mənbələr əsasında ərsəyə gəlmiş “Borçalı Mehralı bəy tarixi həqiqətlərdə” əsəri ilk dəfə 2001 -ci ildə Tiflisdə kiril əlifbası ilə nəşr edilmişdir. Təqdimatı keçirilən yeni nəşr isə Atatürk Mərkəzinin təşəbbüsü ilə latın qrafikalı Azərbaycan əlifbasında yenidən çap olunaraq oxucuların istifadəsinə verilmişdir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:177
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 05 İyul 2026 16:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib deputat açıqladı

10 Oktyabr 2026 21:01see972

Təhsil mühitində vahid qaydalar: “Hər kəs geyim normalarına əməl etməlidir”

10 Oktyabr 2026 13:23see441

Yuxuya getməyi asanlaşdıran 7 qida

10 Oktyabr 2026 16:04see343

Səhiyyə Nazirliyinin rəsmisi: Qlobal olaraq orta ömür dünyada 73 ili, Azərbaycanda 77 ili ötüb

10 Oktyabr 2026 09:46see262

Liqa 1: “Monako” evdə “sülh”ə razılaşdı

11 Oktyabr 2026 01:07see249

Karrik azarkeşlərin etirazına münasibət bildirdi

11 Oktyabr 2026 01:11see248

Rusiyadan miqrantları üzən QƏRAR

10 Oktyabr 2026 05:05see240

Azərbaycanlıların orta ömür uzunluğu 77 il olub Səhiyyə Nazirliyi

10 Oktyabr 2026 09:47see229

Azərbaycanın aparıcı pambıq və iplik istehsalçısı yeni şirkət yaradıb

10 Oktyabr 2026 12:58see219

Qəhvəyi mərmər bağacığının Quba Xaçmaz bölgəsində artımının səbəbləri açıqlanıb

10 Oktyabr 2026 20:16see208

Avrasiyanın yeni iqtisadi güc mərkəzi fəaliyyətini genişləndirir

10 Oktyabr 2026 11:33see204

Səhiyyə Nazirliyi: Azərbaycanda qeyri infeksion xəstəliklərin göstəricisi və ümumi xəstəlik yükü artmaqdadır

10 Oktyabr 2026 10:34see197

AIIB ölkəmizdə “yaşıl” enerji layihələrinə qrant ayıracaq

10 Oktyabr 2026 11:37see195

Xalq artistindən qızı ilə İspaniyada CANLI İFA

10 Oktyabr 2026 18:50see192

Kamil Şahverdiyev: Rəşid Behbudovun müəllif hüquqları Azərbaycana məxsus deyil

10 Oktyabr 2026 17:25see190

Əməkdar artist oğlu ilə rəqs etdiyi görüntüləri paylaşdı

10 Oktyabr 2026 14:45see189

Özəl Məhkəmə Ekspertlərinin Palatası yaradılacaq Tarix AÇIQLANDI

10 Oktyabr 2026 20:01see185

Məktəblərdə vahid geyim niyə vacibdir? Aygün Bağırlı

11 Oktyabr 2026 10:22see183

Azərbaycanın tanınmış şairi VƏFAT ETDİ

11 Oktyabr 2026 01:05see180

Məşhur müğənni Ledi Qaqa makiyajsız görünüşü ilə izləyicilərini təəccübləndirdi Video

10 Oktyabr 2026 18:02see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri